ZAUR USTAC XEYRİYYƏ AKSİYASINA START VERDİ

FİYP

“USTAC.AZ” Fərdi İnkişaf və Yaradıcılıq  mərkəzi olaraq, “ÖDƏNİŞSİZ ANTİSKOLİOZ TƏDBİRLƏR” çərçivəsində xeyriyyə aksiyasına start verdik. Risk qrupuna daxil olan, həmçinin artıq birinci və ikinci dərəcə skolioz dioqnozu qoyulmuş 10 – 15 yaş arası oğlan və qızları,  açıq havada keçirilən sadə antiskolioz idman hərəkətlərindən ibarət oyun – məşqlərə dəvət edirik. Ödənişsiz aksiya 10 dekabr 2018 – ci ildən, 10 mart 2019 – cu ilədək  (üç ay) davam edəcək.

RİSK QRUPUNA DAXİL OLAN UŞAQLAR:

Artıq 10 yaşı tamam olmuş arıq, uzun, zəif, qan azlığı olan xüsusi ilə qız uşaqları “S” – vari skolioza aşırı dərəcədə meyillidirlər.

Məqsəd: – yuxarıda qeyd olunmuş müddət ərzində ödənişsiz oyun-məşqlər zamanı sadə lakin olduqca vacib hərəkətləri uşaq və yeniyetmələrə öyrədib, onlarda ilkin sərbəst məşq etmək vərdişləri formalaşdırmaqdan eyni zamanda hərəkətləri yerinə yetirməklə bərabər hamımızın evində olan  qida məhsullarından nizamlı qaydada necə istifadə etmək barədə məlumat verməkdən ibarətdir.

Oyun – məşqlərin keçriləcəyi yer: – Yasamal Parkı Uşaq Oyun Meydançası.

Vaxt: – Həftənin I, III, V günləri saat 18:05-dən 19:35-dək.

Qeyd:

Hava şəraiti münasib olduğu (güclü küləkli və yağışlı havalar istisna  olmaqla)  yuxarıda qeyd olunmuş bütün günlər, müəyyən olunmuş vaxtda fasiləsiz olaraq oyun – məşqlər keçiriləcək.

BU YAZINI OXUYUB, EHTİYAC HİSS EDƏN HƏR KƏS QATILA BİLƏR:

Əlaqə:  Tel: (+994) 70-390-39-93   

USTAC.AZ

Advertisements

MƏRYƏM ƏLİYEVA – AY ÜRƏK…

42314507_1411820478951087_3080467848837988352_n

Əbəs yerə düşünmə gəl, ay ürək!
Heç bilirsən?
Həyat bizi haralara götürür,
Fitnələrlə dolu olan bu dünya,
Bilmədiyin bircə anda ,
Səni səndə bitirir.
Boyun əymə acılara,
Əsla!
Günlər keçmək bilmir,
Ağlamaqla!
Daha dünən duvağını gözləyən,
İndi bu gün qara örtür telinə.
Heç boşuna süzülməsin yaşların,
Boğazında düyümlənən,
Kədərini, əllərinlə,
Saxla!
Onsuz da dövran dönür,
Sızlamaqla!
Yaxın olmaz istədiyin uzaqlıq,
Gedənlərin elə gedər, geri dönməz.
Ötürdüyün yaşanmayan,
Özün kimi böyüməyən uşaqlık,
İstəsən də, bir də geri gəlməz.
Həyat davam edər,
Sınma!
Zaman dəyişən deyil,
Yoxlamaqla!
Axı niyə anlamırsan, ay ürək?!
Eşq də bizə dur deyir, eşitməsək də.
Susma!
Danış bitsin üst-üstünə yığdıqların.
Kimi görürsən elə görürsən.
Biz ikimiz görməsək də.
Unutma ki, heç bir şeyin anlamı yox ,
Məni səndə, səni məndə
Saxlamaqla!
Başka sözə nə gərək!
Nəsə… nəsə… düşünmə gəl, ay ürək!

 

BU GÜN İLYAS TAPDIĞIN DOĞUM GÜNÜDÜR…

İLYAS  TAPDIQ – DAĞ KİMİ, DAĞLAR OĞLU… – RUHUN ŞAD OLSUN… AD GÜNÜN MÜBARƏK…

 

ilyas tapdıq

 

İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulmuşdur. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952-1956).

Ədəbi yaradıcılığa tələbəlik dövründə “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şerilə başlamışdır. Uşaqgəncnəşrdə redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), “Gənclik” nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, “Azərbaycan” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləmişdir.

1989-cu ildən Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. “Gənclik” nəşriyyatı redaksiya şurasının üzvü, Azərbaycan komsomolu Şöhrət şurasının üzvü, “Türk əsrində Azərbaycan” jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisi olmuş, bir sıra respublika festival və müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur. Təşviqat qatarında dəfələrlə rayonlara getmiş, zəhmətkeşlər qarşısında çıxış etmişdir. 60-80-ci illərdə qardaş respublikalarda keçirilən ümumittifaq tədbirlərinə, yubileylərə, uşaq kitabı həftəsinə, müşavirələrə dəvət olunmuşdur.

Ürəyindən əməliyat olunmuş şair 25 dekabr 2016-cı ildə axşam saatlarında  Bakıda, evində vəfat etmişdir. Şair Badamdar qəbirstanlığında, həyat yoldaşının yanında dəfn olunmuşdur. Ruhu şad olsun…

İLKİN MƏNBƏ:

https://az.wikipedia.org/wiki/%C4%B0lyas_Tapd%C4%B1q

İlyas Tapdıq: “Keçən günlərim üçün çox darıxıram”:

YAZARLAR.AZ

Fizika və lirika- elmi idrakla bədii təfəkkürün vəhdəti – Sadiq QARAYEV.

SADİQ QARAYEV

Qurani Kərimin “Zumər surəsi”nin 9-cu ayəsində İslam peyğəmbərinə bu cür deyilməsi əmr olunur: “De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?”

Sinoplu Diogen: “Dünyada ən böyük xeyir elm, ən böyük şər nadanlıqdır”.

İsaak Nyuton: “Bilik real və yenilməz qüvvədir. Məhz bilik sərvət və kapitaldır. Böyük Yaradan biliyi seçmə adamlara verir”.

Tarix boyu bütün ağıllı insanlar, o cümlədən görkəmli dövlət xadimləri elmə və alimə böyük qiymət vermişlər

Azərbaycan Milli Elmlər Akedemiyasını “müqəddəs elm ocağı” kimi dəyərləndirən tarixi şəxsiyyət, Ümummilli liderimiz Heydər Əliyev demişdir : “XXI əsrdə yalnız yüksək elmi potensiala və elmi tutumlu texnologiyaya malik ölkələr öz xalqları üçün xoşbəxt və firavan həyat tərzi təmin etmək imkanına malik olacaq”.

Cənab prezident İlham Əliyevin AMEA-nın illik ümumi yığıncaqlarından birində dediyi- “Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır” (25 aprel 20011) fikirlər Böyük Öndərin ideyaları ilə vəhdətdə olub, elmə, mətiqə və zəkaya əsaslanan uğurlu siyasətin bu gün də davam etdiyinin bariz göstəricisidir.

Dövlət siyasətini qlobal geopolitik vəziyyətin dinamikası ilə uzlaşdırmağı bacaran, müasir dövrün nadir ölkə başçılarından olan prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirmək” ideyasının gerçəkləşdirilməsində AMEA-ın müstəsna rolu vardır və olacaqdır.

Son dövürlər, xüsusilə Akademik Akif Əlizadənin Akedemiyaya rəhbərlik etdiyi vaxtdan aparılan elmi tədqiqat işlərinin bir neçə yeni müstəvidə və istiqamətdə inkifışafı zamanın tələbinə uyğundur, elmin inkişafını şərtləndirən mühümm islahatlardır.Məsələn:

Simbioz – yəni bir neçə elmin birləşdiyi, elmi tədqiqatlara üstünlük verilməsi,Elmi tədqiqatların mövzularını Respublikanın iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı üçün zəruri olan bilklər sistemi ilə, eləcə də beynəlxalq aləmdə prioritet elmi araşdırmalar istiqməti ilə uzlaşdırmaq,

Elm və iqdisadiyyatın vəhdətinin yaradılması, elmi naliyyətlərin praktikaya real tətbiqi,

Qlobal iqlim dəyişklərinin mənfi təsirlərini azaltmaq, ekolji tarazlığın və biomüxtəliflyin qorunub saxlanılması Innovasiya texolgiyalarının inkişafı isiqamətində aparılan tədqiqatlara üstünlük verilməsi

Bütün bu yeniliklər elmin kompleks inkişafını şərtləndirəcək, dünya elminin müsair səviyyəsi ilə ayaqlaşmağa imkan verəcəkdir.

Qeyd edildiyi kimi AMEA-da aparılan islahat istiqamətlərindən biri də simbioz elmi tədqiqatlardır. Bu qlobalaşan dünyada elmi-texniki tərəqqinin sürəti ilə ayaqlaşmaq üçün zamanın tələbidir. Çünki, hər hansı bir obyektin və ya hadisələrin həqiqi mahiyyətini üzə çıxarmaq üçün, müxtəlif elmlərin birgə-simbioz tətbiqi zəruridir və müasir elmin aktual məsələlərindən biridir.

Əldə edilən elmi nəticələrin daha aydın, obrazlı formada ifadə edilməsində isə ədəbiyyatın və incəsənətin rolu böyükdür. Fizika və lirika ideyasının əsas mahiyyəti, qarşıya qoyulan başlıca məqsədi aparılan tədqiqatlarda müxtəlif elm sahələrinin birgə tətbiqini genişləndirmək, simbioz elmlərin üzə çıxardığı elmi həqiqətlərin ədəbi və incəsənət müstəvilərində əks olunmasıdır.

Bu ideyanın müəllifi akademik İsa Həbibbəylidir. Doğrudur, fizika və lirika terminin tarixi daha əvvələrə gedir. Xüsusi ilə keçən əsrin ortalarında Avropda və Rusiyada bu termin daha çox işlənmişdir. Lakin, bu zaman fizika və lirika ideyası əsasən iki mahiyyət daşıyırdı: Dəqiq elmlərin yoxsa hümanitar elmlərin daha önəmli olduğunu isbat etmək üçün mübahisələr və fizika ilə ədəbiyyatın oxşar, üst-üstə düşən nöqtələrini tapmaq cəhdləri.
İşığın difraksiyasını, interferensiyasını əsas götürən bir qurup alim onun dalğa, metallardan sərbəst elktronları vurub çıxarmasını (fotoeffekt hadisəsi) isə əsas götürən digər alimlər isə onun zərrəcik olduğunu sübut etmək üçün mübahisə edirdilər.

Dahi alim Nils Bor əlavəlik prinsipi ilə bu mübahisəyə son qoydu: İşıq nə dalğa nə də zərrəcik deyil, üçüncü- əlavə bir şeydir. Digər misal, Mendeleyev elektroliz hadisəsini fiziki-kimyəvi, yəni birgə hadisə olduğunu söyləyib bu proses haqqqındakı ayırıcı mübahisələrə son qoymuşdur.

Eləcə də Akademik İsa Həbibbəyli fizika və lirika ideyası ətarafında gedən ayrıcı mübahisələrə son qoymuş, birləşdirici mahiyyət daşıyan, daha təkmil və məntiqli elementlər əlavə edərək, elmin, ədəbiyyatın və incəsənətın inteqrasiyasına, inkişafına zəmin yardacaq yeni prinsiplər müəyyənləşdirmişdir.

Vətənə, dövlətə qulluq, Azərbycanın elm və təhsilini inkişaf etdirməyi əsas fəaliyyət istiqaməti seçməsi, xarketerindəki iradə, dinamiklik və zəhmətsevərliyi sayəsində akademik İsa Həbibbəyli fizika və lirika ideyasını nəzəriyyədən praktiki müstəviyə keçirməyi bacarmışdır. İsa Həbibbəylinin təşəbbüsü ilə, “Fizika və lirika” konfransları bir ənənə halını aldı.

İlk dəfə 2014-cü ildə Bakı Elm Festivalı çərçivəsində “Fizika və lirika” konfransı keçirildi. İkinci dəfə AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Novruz təqvimi: lirikada və astrofizikada”, üçüncü dəfə AMEA-nın Dendrologiya İnstitutunda, dördüncü dəfə bu il iyulun 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağında “Qoşa qanad: Elmi idrakla bədii yaradıcılığın sintezi” mövzusunda “Fizika və lirika” konfransları keçirildi.

Beşinci Fizika və lirika konfransı artıq beynəlxalq səviyyədə keçirildi. Azərbaycan Milli Elmlər Akademiyasının, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) birgə təşkilatçılığı ilə “Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” mövzusunda keçirilən beynəlxalq konfrans noyabrın 16-da Bakıda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında öz işinə başladı. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi münasibətilə müxtəlif ölkələrdən gəlmiş qonaqların da iştirak etməsi, bu konfransı daha da maraqlı, yaddaqalan və əhəmiyyətli etdi.

Beynəlxalq Fizika və lirika konfransı öz işini 17-18 noyabrda Şamaxı Astrofizika Rəsədxanasında davam etdirdi. Burada 50-yə qədər avropdan, Rusiyadan və digər MDB ölklərindən alimlər iştirak edirdi. Müxtəlif elm sahələrinə aid son dövrlər aparılan tədqiqatlar əsasında məruzələr edildi.

Sevindirici hal idi ki, azərbaycanlı alimlərin məruzələri nəinki həmakarlarının çıxışlarından geri qalmırdı, hətta bəzi hallarda daha üstün məziyyətlərə malik olurdu.

Beynəlxalq Fizika və lirika konfransı öz işini noyabrın 22-23-də Rusiyanın Dubna şəhərində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda davam etdirdi. Konfransı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Alimlər Evində İnstitutun direktoru, akademik V.A.Matveyev açdı və 1956-cı ildən fəaliyyətə başlayan institun fəaliyyətinin əsas istiqamətləri, stüruktur qurluşu, son dövrlər aparılan tədqiqatların mahiyyəti və əldə olunan uğurlar bardə geniş məlumat verdi.

Sonra Azərbaycandan gedən nümayəndə heyətinin rəhbəri Akademik İ.Həbibbəyli “Fizika və lirika” ideyasının mahiyyəti, keçirilən konfransların məqsədi və əhəmiyyəti barəsində çıxış etdi.

Fizika və lirika- elmi idrakla bədii təfəkkürün vəhdəti
Beynəlxalq konfransda iştirak edən AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycanın səlahiyyətli nümayəndəsi, akademik Nazim Məmmədov, Azərbaycanın Rusiyadakı Səfirliyinin əməkdaşı Aqşin Əliyev çıxış edərək tədbirin əhəmiyyəti barədə öz fikirlərini bildirdilər.

Azərbaycandan gedən nümayəndə heyətinin üzvlərindən Hamlet İsaxanlı “Riyaziyyat və poeziya”, Professor Ağacan Əbiyevin “musiqi əsərləri və təsviri sənət, onların insana təsiri”, AMEA-nın müxbir üzvü Tehran Mustafayev “Fizika-lirika problemlərinin ədəbi-nəzəri təhlili”, AYB katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Fizika-lirika və mətbuat”, AMEA-nın Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, b.f.d, dosent., Sahilsiz Təzadlar və Sahibsiz Kölgələr romanlarının müəllifi Sadiq Qarayevin “Biosintez elmlərin nəticələri bədii obrazlarda: Orbitlər və universal mövcudluq nəzəriyyələri”, AMEA-nın Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru İmaməddin Əmiraslanovun “Kristallar və Türk xalqlarının mifologiyası”, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov “Azərbaycan ədəbiyyatında astronomiya motivləri” mövzularında məruzələrlə çıxış etdilər.
Fizika və lirika- elmi idrakla bədii təfəkkürün vəhdəti

Konfransda Moskvada yaşayan ziyalılar, yazıçı və alimlər də iştirak ediblər. Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin rəhbəri, filologiya elmləri doktoru Abuzər Bağırov, şair, tərcüməçi Sultan Mərzili (Məmmədov) və həkim, şair Afaq Şıxlının çıxışları da maraqla dinlənildi.

Mən bu tədbirlərin iştirakçısı kimi qürur duydum, sevindim və bütün çəkilən əziyyətlərin yekununu çox faydalı olduğu qənaətinə gəldim:

-Bakıda, Şamaxıda və Dubna şəhərində keçirilən konfransda Azərbycanlı alimlərin hər birinin çıxış və məruzləri maraqla qarşılanmaqla yanaşı, yüksək səviyyəsi, elmi nəticələrin dolğunluğu ilə fərqlənirdi. Bu Azərbaycan elminin səviyyəsi idi. Bizi, xüsusi ilə də Fizika və lirika ideyasının müəllifi, akademik İsa Həbibbəylini çox sevindirirdi;
-Dubna şəhərində bizim nümayəndə heyətinə göstərilən yüksək hörmət və qayğı Azərbycan dövlətinin və elminin beynəlxalq aləmdə nüfuz göstəricisi idi;

-Konfransın davam etdiyi müddətdə “Neyton fizikas”, “yüksək enerji” laboratoriyalarında olduq. Bu laboratoriyaları uzun illər idi ki, görmək istəyirdim. Hamımız yaddan çıxmyan təəsüratlar aldıq. Buna görə hörmətli İsa müəllimə xüsusi təşəkkür edirəm. Obrazlı şəkildə desək, O bizim əlimizin neytronlara toxuna biləcək məsafəyə gətirmişdir;
Fizika və lirika- elmi idrakla bədii təfəkkürün vəhdəti
– Azərbycandan gedən nüamyəndə heyətinin üzvlərinin, o cümlədən bütün Fiziki və lirika konfranslarının yükəsək səviyyədə keçirilməsində böyük təşkilatı əməyi olan AMEA Reyəsət Heyətinin elmi katibi, f.ü.f.d Ağahüseyin Şükürov, Ədəbiyyat institunun direktor müavini Rəşad Qasımıvun Dubnada əsil azərbaycançılıq məfkurəsini mənimsəmiş, yüksək mədəniyyətli, intelektual səviyyəli, davranışları və elmi diskusiyaları ilə xalqımız, dövlətimiz haqqında müsbət imic yaratmaları mənə xüsusi zövq verirdi. Bu heyət də akademik İsa Həbibbəylinin uğurlu seçimi idi.

Nəticə: İlk vaxtlar bir çoxunun tam qavramadığı Fizika və lirika ideyasına birləşdirici elementlər qatmaqla akademik İsa Həbibbəyli bu fikiri yeni təkamül müstəvisinə gətirmişdir. İdeya, iradə və zəhmət hesabına keçirilən konfranslar müxtəlif sahələrdə çalışan azərbaycanlı alimlərin birgə tədqiqatlar aparmasına stumul vermiş, bədii və incəsənət əsərlərində elmi təfəkkürün iştirakının zəruriliyini ortaya qoymuş, beynəlxalq elmi əlaqələrin güclənməsinə səbəb olmuş, Azərbaycan elminin səviyyəsinin ölkəmizdən xaricdə nümayiş edilməsində mühümm rol oynamışdır.

Sadıq Qarayev
AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, b.ü.f.d., dosent, Azərbyacan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının və Türkiyə İLESAM-ın üzvü

BAKI-27.11.2018

İLKİN MƏNBƏ:

ZAUR USTAC – BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR VƏ YA TƏRANƏ MƏMMƏDİN “TOR”–U

Terane Memmed

 

 

                      ON ALTINCI YAZI

 

Salam olsun, dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu. Sözün həqiqi mənasında nə xoş halımıza…

Öncə onu qeyd etmək istəyirəm ki, bu yazını sayca on beşinci olan “Yazarlar və yazılar” məqaləsinin əlavəsi və ya tamamlayıcı bir hissəsi kimi də qəbul etmək olar. Həmin yazıda ümumi şəkildə və daha qlobal səpkidə romançılıqdan söhbət getdiyindən oxucunun fikrini dolaşdırmamaq məqsədi ilə bu yolu seçdim. Onu da əlavə edim ki, bundan bir sonrakı, yəni “Hərb mövzulu yazılar” adlı on yeddinci yazı ilə bu məsələ tamamlanır. Ümumiyyətlə, bu yazılar nədən yaranır? Yazmaq bir ehtiyacdır, vəssalam. Mühit, məqam və ya hər hansı bir an yazını sifariş edir və yazar da acizanə şəkildə qələmi əlinə götürüb yazmağa başlayır. Tam səmimi olaraq bildirmək istəyirəm ki, belə bir mövzuda yazı yazmaq istəyi hələ ötən əsrin 90-cı illərindən rəhmətlik Ziya Bünyadovun, tanınmış yazarlarımız Elçinin, Anarın yazdığı əsərlərlə tanış olduğum vaxtlardan yaranamışdı. Çox sonralar İlahinin qisməti Əhmədbəy Ağaoğlu haqqında Ülviyyə Hüseynlinin mükəmməl bir yazısı ilə tanış oldum və bu fikrim bir az da qüvvətləndi. Hamımızın yaxşı tanıdığı Elxan Elatlının şeir kitabı düşdü əlimə (şəxsi kitabxanamda Elxan Elatlının üç şeir kitabı var), oxudum valeh oldum. Eyni zamanda, artıq nə vaxtsa belə bir yazını mütləq yazacağımı özüm üçün dəqiqləşdirdim. Texniki istiqamətdə təhsil almış daha iki tanınmış şairimizin adını çəkməklə bu sözə qüvvət məsələsini yekunlaşdırmaq istəyirəm. Onlardan biri dəyərli şairimiz Abdulla Cəfər, digəri isə doğum günü də bu günlərə təsadüf edən milyonların sevimlisi, nəğməkar şair Vahid Əzizdir. 23 noyabr Vahid müəllimin ad günüdür, bu gün münasibəti ilə sevimli şairimizi təbrik edir, Uca Yaradandan ona uzun ömür, cansağlığı arzu edirik. Var olun, yazın, yaradın, dəyərli insan…

Nəhayət, Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra yazı yarandı. Sual ola bilər ki, yuxarıda sadalanan müxtəlif tanınmış və o qədər də tanınmayan imzaların söhbətə nə dəxli… Bu kiçik yazıda iki məsələ; mükəmməl (standat və ya standarta yaxın) nümunələr və ədəbiyyatçı olmayan yazarların yaradıcılığındakı fərqli məqamlar üzərindən fikir yürüdərək “Tor” haqqında söhbət açacaq, bir kitaba yüklənmiş min fikrin mində birinə aydınlıq gətirməyə çalışacağıq. Yuxarıda sadaladığım əsaslarla, müasirlərimiz olan, özlərini ədəbiyyat sahəsində görən, görmək istəyən gənclərə faydası ola bilər – düşüncəsi ilə bu sətirləri qələmə alıram.

“Yazarlar və yazılar” yazısındakı fikri davam və inkişaf etdirərək bildirmək istəyirəm ki, insan hansı sahədə çalışırsa çalışsın (müəllim, həkim, mühəndis və s.), təbiətin, yaranışın, həyatın bir parçası olduğunu unutmamalıdır. Yaratdıqları ətrafa zərər vermədən onun özünə, inkişafına, rifahına xidmət etməlidir. Konkret yazarların, ədəbiyyatın probleminə gəlincə, yazar adı yaradıcılıq olan işlə elə məşğul olmalıdır ki, sözün əsl mənasında izi qalsın. Öz izi. Başqasının etdiyinin surətini çıxartmasın, özü nəsə yaratsın… Yəni, yazılan yazı zaman ötdükdən sonra dəyərini itirməsin, əksinə, dəyər qazansın, daha da əhəmiyyətli olsun. Nəzərinizə çatdırmaq istəyirəm ki, müəllifin kimliyindən asılı olmayaraq qələmdən çıxan yazı artıq özü-özlüyündə müəyyən bir ədəbi hadisədir. Bu o deməkdir ki, indi yazılanları yüz il sonra oxuyanlar bizim indiki həyat tərzimizdən, başımıza gələnlərdən az-çox səhih məlumatlar ala bilsinlər. Bugünkü yazı o informasiyanı daşımırsa, onun bir adı var – cəfəngiyyat… Məni bağışlayın, ədəbiyyatdan çox uzaq cəfəngiyyat… “Yazarlar və yazılar” yazısındakı fikrimi bir daha qabardaraq, altını cızaraq, vurğulamaq istəyirəm ki, insanlığa, onun ikişaf tarixinə xidmət etməyən istənilən yazılı nümunə müəllifinin kimliyindən asılı olmayaraq sadəcə kağız yığınıdır, vəssalam. Bu işdə deyərdim ki, ixtisaca filoloq olmayanların bəxti daha çox gətirib. Bu, əslində təbii və məntiqi nəticədir. Çünki onlar ədəbiyyatçı olmadığına, qayda-qanunlara o qədər də dərindən bələd olmadıqlarına görə yaratdıqları istər-istəməz orijinal, özünəməxsus alınır. Filoloji təhsil alanların məntiqi olaraq quruluş-struktur baxımından demək olar ki, həmən-həmən bir-birlərini təkrarlamasının əksinə olaraq, dəqiq elimlər sahəsində təhsil alanlar və ya hansısa yüksək dəqiqlik tələb edən sahədə çalışanların yaratdığı yaradıcılıq nümunələri sistemliliyi, yığcamlılığı, əhatəliliyi, tamlığı, bitkinliyi və özünəməxsusluğu ilə seçilir. Bu qeydlər heç də bütün ədəbiyyatçı yazarların yaratıqlarına aid deyil, nisbi və ümumi xarakter daşıyır. Belə geniş bir girişdən sonra həyatda olan bütün mövcudatın nisbiliyini də nəzərə alaraq yazının məqsədini açıqlamaq istəyirəm. Xüsusi ilə sözüm əlində qələm olanlara aiddir. Bu məsələ məni həmişə narahat edir və şeirlərdə də ara-sıra, yeri gəldikcə toxunuram.

Məsələn, “Söz müqəddəsdir”, “Vurğuna”, “Olub” şeirləri ünvanlı şəkildə, sırf bu məqsədlə qələmə alınmışdır. Yazımızın məqsədi Təranə Məmməd və onun yazmış oduğu “Tor” kitabı timsalında belə bir nümunənin olduğunu xatırlatmaqdır. Bu təqdimat özü-özlüyündə əgər heç bir təsir və mənafe olmasa, müasir dövrümüzdə də həcmindən asılı olmayaraq mükəmməl sənət əsəri yaratmağın mümkünlüyünü ortaya qoyur və varlığını nəzərimizə çatdırır. Haqlı sual oluna bilər, niyə Təranə Məmməd? Nə üçün “Tor”? Cavabı isə hələ girişdə sadaladığım məqamlar və məlumatın son dərəcə yeni – çağdaş olmasıdır. Ən yeni nümunə üzərindən yazarlarımızın yazılarına bir baxış deyək adına…

Qəhrəmanımızın nümunəsinə keçməzdən əvvəl söhbətimizin daha anlaşıqlı olması, yəni mənim qeydlərimin əsası və sizin mətləbə daha yaxın olmanızı təmin edəcəyinə inandığım üçün kiçicik bir ümumi məlumatlandırmaya ehtiyac duydum.

Beləliklə, tanınmış yazar Təranə Məmməd haqqında QISA ARAYIŞ:

Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı) 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. “Payızda bahar”, “Gözlərdən öpüb ayrılın”, “Etiraf, Priznanie” adlı şeir və nəsr kitablarının müəllifidir. Haqqında söz etdirən “Tor” kitabı müəllifin sayca dördüncü kitabıdır.

tor

Müəllifin sayca dördüncü kitabı olan “Tor”a biz də məhz dörd tərəfdən yaxınlaşıb, fikrimizi dörd baxş bucağından gördüyümüz, dörd aspektdən əsaslandırmağa çalışacağıq. Həmin dörd meyar aşağıdakılardan ibarətdir:

– Kitabın dili,

– Struktur – quru luşu,

– Mövzu aktuallığı,

– Əhatəliliyi.

Yazının dili bütün dövürlərdə aktual problem olsa da, xüsusi ilə son zamanlar qloballaşma adı altında baş verənlər və eləcə də dövlət başçısı səviyyəsində ana dilimizə olan qayğının fonunda bir daha xüsusi əhəmiyyət kəsb edən qabarıq məsələ kimi ortaya çıxır. Bu məsələdə Təranə xanımın yazdıqları nümunə göstərə bilinəcək səviyyədə tam, bitkin əsərlərdir. Təranə Məmmədin əsərlərinin dilindən yazarkən, nədənsə, qeyri-iradi azyaşlı oğluna siqareti tərgitmək üçün onu əvvəlcədən müxtəlif bahalı siqaretlər alıb dolduraraq hazırladığı otağa həbs edib, – “di, nə qədər çəkirsən, çək” – deyən atanın misalı yadıma düşür. Təranə xanım dörd fərqli dildə eyni səviyyədə yaradıcılıq imkanlarına malik olmasına baxmayaraq, onun bir dildə, yazdığı digərinə qarışmır. Yazılarının dili ümumi qəbul olunmuş formada, məsələn, bütün dövürlərin dahi yazarı ünvanının tək daşıyıcısı L.Tolstoyun başqa dillərdəki frazalara əsərlərində yer ayırdığı şəkildə istifadə etməsini nəzərə almasaq, olduqca təmiz, səlis və aydındır.

Əsərlərin quruluşu, olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir. Bu baxımdan, kitabdakı hekayələr hər biri özü-özlüyündə bir povestin, povest isə əslində həcmli bir romanın yüklülüyünü daşıyır. Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür.

Yazdıqlarının demək olar ki, hamısı həmən-həmən aktual mövzuları əhatə edir. Söhbətin, hekayətin zaman və məkan olaraq hardan başlayıb, harada bitməsindən, məzmunundan asılı olmayaraq hal-hazırda bir vətəndaş kimi hər birimizi narahat edən Qarabağ problemi, qaçqın və köçkünlərimizin vəziyyəti, Xocalı faciəsi, Aprel döyüşləri, gənclərin və gənc ailələrin problemləri, ölkəmizdə baş verən dəyişikliklər, fasiləsiz inkişaf, quruculuq işləri və başqa digər mühüm əhəmiyyətli hadisələr onun yazdıqlarının əsasını, canını, ruhunu, şah damarını təşkil edir.
Elə yuxarıda sadaladıqlarımız keyfiyyətlər Təranə Məmməd yaradıcılığının zənginliyini, rəngarəngliyini, əhəmiyyətini gözlər önünə sərməyə kifayət edir. Ancaq bunlar hələ hamısı deyil… Həcmindən asılı olmayaraq, Təranə xanımın yazdıqları əhatəliliyi baxımından da çox seçilir. Hər bir bədii səhnənin təsviri, obrazın canlandırılması zamanı xüsusi bir musiqi duyumu, rəssam peşəkarlığı sezilir onun yaratdıqlarında… Özünəməxsus, orijinal bir təhkiyyə üslubuna malik olan Təranə Məmməd, məsələn, adi bir uşaq bağçasındakı tərbiyəçi ilə uşağın arasındakı dialoq zamanı ölkəmizin tarixində baş vermiş istənilən məsələni çox asanlıqla ortaya çıxarıb, əhatəli şəkildə oxucusuna təqdim etməyi bacarır və hekayət bitdikdən sonra oxucuda heç bir cavabsız sual, yarımçıq məsələ qalmır. Təranə xanımın yaratdığı obrazların prototipləri Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizdən tutmuş, hal-hazırda bizimlə birlikdə gündəlik yaşam mücadiləsi verən müxtəlif zümrələrə aid uşaqlar, yeniyetmələr, gənclər, yaşlılar, xəyalları yarım qalmış övladlar, dünyaları yıxılmış valideynlər, tələbələr, fəhlələr, iş adamları, qazilərimiz, torpaq-yurd həsrəti ilə yaşayan qaçqın-köçkünlərimiz kimi müasirlərimizdir.

“Yazarlar və yazılar” məqaləsindəki yazarların bütün dövrlərdə aktual olan iki sevimli mövzusu var, – “müharibə və məhəbbət” fikrinə qayıdaraq qeyd etmək istəyirəm ki, Təranə Məmməd bu iki mövzunu çox ustalıqla birləşdirib, söz israfçılığına yol vermədən hər güllənin həyati əhəmiyyət kəsb etdiyi xüsusi əməliyyatda olan kəşfiyyatçı əsgər dəqiqliyi ilə bütün məsələlərin öhdəsindən böyük məharətlə gələrək, misilsiz, xüsusi ilə gələcək nəsillər üçün, eyni zamanda müasirlərimiz olub, ancaq dünyadan xəbərsiz yaşayanlar üçün gözəl nümunələr yaradır. Bizə qalan onları əldə edib oxumaqdır.

Sonda bir haşiyəyə çıxmaq istəyirəm. Bu fikri sizə çatdırmazdan əvvəl yenə də bütün mövcudatın nisbiliyi məsələsini unutmadığımı və bunu xatırlayaraq, “Yazarlar və yazılar” məqaləsindəki fikirlərimin davamı olaraq, bildirmək istəyirəm ki, necə ki, müasir romançılar üçün müəllifi mübahisəli olsa da, əsl Azərbaycan Ədəbiyyatı incisi hesab etdiyim “Əli və Nino” bütün meyarlara cavab verən roman standartı ola bilər, eləcə də Təranə Məmmədin “Tor” povesti bu janrda özünü sınamaq istəyənlər üçün nümunə sayıla biləcək bir əsərdir. Daha bir misalla söhbətimi yekunlaşdırmaq istəyirəm, bu gün 20-25 yaşı olan gənclər çox hörmətli yazarımız Anar müəllimin “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Dantenin yubileyi” (bu əsərləri ona görə misal çəkirəm ki, əminəm, bu yazını oxuyanlar mütləq o əsərlərlə də tanışdır…) və digər ötən əsrin ortalarında, sonlarına doğru, yaratığı mükəmməl nümunələr vasitəsi ilə həmin dövrün olduqca müxtəlif, demək olar ki, həmin dövr cəmiyyətini təşkil edən bütün zümrələrin nümayəndələrini sosial və mədəni cəhətdən tanıyır, insanların düşüncə və həyat tərzin, yaşam səviyyəsin, öyrənir, ümumilikdə hadisələrin cərəyan etdiyi zaman kəsiyi və məkan haqqında vacib məlumatlar əldə edirsə, gələcək nəsillər də Təranə Məmmədin yazdıqları əsasında bizim indi yaşadıqlarımız barəsində mühüm olan informasiyaları əldə edə biləcəklər. Yazar üçün bundan böyük xoşbəxtlik, səadət ola bilərmi? Bütün yuxarıda sadaladıqlarıma istinadən bəyan edirəm ki, hər bir qələm sahibinin ümdə vəzifəsi, həyatda var olma səbəbi, onun heç bir sapmaya yol vermədən yerinə yetirməli olduğu missiya, məhz elə bundan ibarətdir. Təranə xanım bu vəzifənin öhdəsindən layiqincə gələn yazarlarımızdan biridir. Bu münasibətlə onu təbrik edir yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Xeyirli-uğurlu olsun, Təranə xanım. Yolunuz açıq olsun…

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasız. Uğurlarınız bol olsun.

Müəllif: Zaur Ustac.

21.11.2018 – Bakı.

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac
#sevin_ki_seviləsiz #türk #türklər
#heryeredebiyyat #həryerədəbiyyat

 

 

Ömür karvanı – Təranə Məmməd

 

46793822_710836839315770_5471153719326277632_nÖmür karvanı

Ömür dediyimiz kiçik bir andır,
Sonu gələcəkdir, əvvəli keçmiş.
O, ömür adlanan gözəl məkandır,
Ondan çox sarvanlı karvanlar keçmiş…

Keçən karvanların birində yəqin,
Mənim də yerim var, sənin də yerin.
Birimiz sarvanın düz yaxınında,
Birimiz karvanın lap axırında.

O yerlər əzəldən bölünüb artıq,
Hərənin öz yeri, öz zamanı var.
Bu, dünya deyilən nəhəng bir varlıq,
Onun öz qanunu, öz fərmanı var.

Ömür dediyimiz kiçik bir andır,
Əvvəli keçmişdir,sonu gələcək.
Dünyaya gələnlər ona qonaqdır,
Biri doğulacaq, biri öləcək.

Müəllif: Terane Memmed

 

Признание – Тарана Маммад

Terane Memmed

Признание

Жизнь игрoй проходит между нами,
И в выиграше и в проиграше мы сами.
Мы и вы это есть мы с вами,
И только роли разные меж нами.
Мы- ваша честь,
Вы-наша гордость!
В вас сила есть,
Мы- ваша нежность!
Без нас ведь не было б и вас,
Рождает мать и вас и нас.
Но женщина , увы, слаба,
Когда мужчина рядом.
И это будет так всегда!
Без вас бы жизнь застыла навсегда,
Пред вами я снимаю шляпу,
господа!

 

BALAYAR SADİQ – ÜÇÜYƏN UCALIQ…

2016-10-23-00-31-5114696995_607420709437633_1394901667_n

ÜŞÜYƏN UCALIQ

Gəldim,
uzaqlar əliboş qaldı…
ağacların danışdığı
rəngdə yorğunam.

Baxışımda çidarlanıb
buludlar
Yaddaşımın çölləri
dağılıb
yaşıllığın təravətinə…

Damarlarımda mələyən
quzuları varaqlayıram
canavar səsinə məktub yazaraq…

Yenə də gec gəldi həndəsə fəsli
Məni unudubdu
bütün rəqəmlər
ağacların danışdığı rəngdə

İndi bir köntöy sözün
üstünə çıxıb
zamanın üzünə
solaxay bir həqiqəti
çırpmaq gərəkdir
ağacların danışdığı rəngdə.

Daha qaldır əllərini
bayraq əvəzi
və unutma,
ucalan bütün bayraqların
üşüdüyü bir ucalıq var
ağacların danışdığı rəngdə…

 

Müəllif:  Balayar Sadiq

BAŞINIZ SAĞ OLSUN, BALAYAR MÜƏLLİM

 

EKLİLTANINMIŞ ŞAİR BALAYAR SADİQƏ AĞIR İTKİ ÜZ VERİB. YAZARLAR CAMİYYƏSİ OLARAQ, ŞAİRƏ ÖMÜR-GÜN YOLDAŞININ VAXTSIZ VƏFATINDAN KƏDƏRLƏNDİYİMİZİ BİLDİRİR, ONUN DOĞMALARINA, YAXINLARINA DƏRİN HÜZNLƏ BAŞ SAĞLIĞI VERİRİK… ALLAH RƏHMƏT ELƏSİN… RUHU ŞAD OLSUN… ALLAH SƏBR VERSİN, BALAYAR MÜƏLLİM…

YAZARLAR.AZ

“Səməd Behrəngi” adına ədəbi mükafatların təqdim etmə mərasimi olub.

23-ü noyabr 2018-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda hər il olduğu kimi “Səməd Behrəngi” adına ədəbi mükafatların təqdim etmə mərasimi olub. Mərasimdə həm müstəqill Azərbaycan, həm də Cənubi Azərbaycandan çox tanınmış şair-araşdırmaçılar iştirak edilər. Mükafatçıları təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Tədbirdən fotolar:

46516038_2452775918071027_3527710687520358400_n

46815678_2452775714737714_201119188029276160_n

 

46507329_2452775644737721_8983733881307922432_n

 

YAZARLAR.AZ