Pəncərə Zaur USTAC

pencere

Pəncərə
Bahar gəlib pəncərəmə,
Ürəyimə gələ bilmir….
Lap dayanıb qəlb evimə,
İçəriyə girə bilmir….

* * *

O, zənn edir düz gəlməyib,
Neçə yazdır naz eyləyir….
Deyirəm ki, düz tuş gəlib,
Mən dediyim az eyləyir….

* * *

Ustac, sənə düz eyləyir,
Nə eləyir saz eyləyir….
Sən deyirsən naz eyləyir,
Hər nə edir, az eyləyir….

28.04.2016. Bakı.
Müəllif: Zaur Ustac

Advertisements

Tur alacam Zaur USTAC (Şəhid Tural Əhmədovun oğlu Turalın dilindən)

24 yaşlı şəhidimiz Tural Əhmədovun adını daşıyan oğlu Tural

Tur alacam

(Şəhidimiz Tural Əhmədovun oğlu Turalın dilindən)

 

Dədəm Qorqud səhv ad verməz,
Doğulmuşuq tur almağa!!!!
Od ərənlər öc saxlamaz,
Doğulmuşuq öc almağa!!!!

* * *

Gözlərimin içinə bax,
Gözünüzü oyacağam!!!!
Hünərin var, tur düzənlə,
Tüm turları alacağam!!!!

* * *

Sanma, qanı qalar yerdə,
Törəmizdir, alacağam!!!!
Tək atamın qanın deyil,
Haqqımızı alacağam!!!!

* * *

Yağmurlu günü sal yada,
Yenə taxtu-tac alacam!!!!
Tarixdə yüz il, bir gündü,
Geci- tezi bac alacam!!!!
28.04.2016 Bakı.
Müəlif: Zaur Ustac

VURĞUN VƏTƏNDİ Zaur USTAC

SV

Vurğun Vətəndi…

(Vurğuna)


Vurğunam, Vurğunun vurğunluğuna,
Vətən varlığıydı, Vətən varıydı…
Vətəndə vətənsiz Vurğunluğuyla,
Vətənin varlığın vurğulayırdı….

* * *
Varam, Vurğunumun vurğunluğuna,
Varıynan varmışdı varılmayana,
Vətənin vəkili Vəkiloğluna,
Vətən vüqariydı, Vətən varıydı….

* * *

“Vurğunam”, Vətənin varı varımdı,
Vecsizlər vulqarlıq vurğulayırdı,
Vurğunsa, Vətənə Vətən verirdi,
Vətən Vurğunuydu, Vurğun Vətəndi….
24.04.2016 / BAKI.

Müəllif: Zaur Ustac

Rənglərin dili GÜLÜ – Gülüzə Mustafayeva yeni kitabını təqdim etdi

20160422_165514

Rənglərin dili GÜLÜ – Gülüzə Mustafayeva yeni kitabını təqdim etdi.

QISA ARAYIŞ

Gülü  xanım – Mustafayeva  Gülüzə  Zaur  qızı 2004-cü ildə Dekabrın 11-də Bakı şəhərində anadan olub. Lap  körpəlikdən yazıb-oxumaqla yanaşı musiqiyə, rəsm çəkməyə də böyük maraq göstərir.

Hal-hazırda Bakı şəhər 20 nömrəli tam orta  məktəb-liseyin  5-ci sinfində oxuyur. Gülü xanım dərs əlaçısı olmaqla bərabər ictimai işlərdə də xüsusi fəallıq göstərir. Demək olar ki, məktəbin bütün tədbirlərində iştirak edir və  nəticə olaraq diplomlarla, fəxri fərmanlarla,  xüsusi mükafatlarla  mükafatlandırılır. Bütün bunlardan əlavə Gülü xanım  haqqında  2012 – ci  ildə Lalə Qəzənfərqızının tərtib etdiyi “ZƏKA” kitabının 4-cü cildinin 218 – ci səhifəsində  geniş  şəkilli məqalə verilmişdir.  O, “Oxumağa nə var ki…”,“Duyğular”kitablarının  və  hələ çap olunmamış maraqlı, orijinal hekayələrin, onlarla rəsm  əsərlərinin ( hansı ki, onlardan biri kitabın üz qabığı kimi istifadə olunmuşdur) müəllifidir.  “Rənglərin dili” adlı bu kitab müəllifin oxucularla üçüncü görüşüdür.

20160422_165554

23 Aprel Uşaq Günündə Gülü xanım həm özü sevindi, həm  də onu sevənləri sevindirdi.

Biz də bu xoş gündə “YAZARLAR” olaraq onula birgə olmaqdan qürur duyur,

yeni-yeni  yaradıcılıq uğurları arzu edirik!!!

Zaur USTAC Tutqu

20140627-018

Tutqu

(Qurbaninin ruhu şad olsun…)

Qönçə dodaqların bal süzür indi,
Kişmişin yaxşısı quşa qalan tək….
Taclı tər çiçəyin,  məs  gəzir indi,
Aranın  al narı  Muşa varan tək….

* * *

Qırmızı, gündöyən yeri almanın,
Dümağdı, gündəyməz  zehi heyvanın,
Paçalı, bütövdən şirindi narın,
Şərabın köhnəsi nuşa yatan tək….

* * *

Ustacın bir mərrə ağlı qalmayıb,
Nə çox, dağlar yarıb, səhra dolanıb,
Armudun yaxşısı ayıya qalıb,
Naşının xırmanı qışa qalan tək….

21-23.04.2016. (11:25) / Bakı.

Zaur USTAC QUCAĞINI GENİŞ AÇ

 

QUCAĞINI GENIŞ AÇ…

( Gizir  Pəncəli Teymurova həsr olunur.)

Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…. ….
Sancmışam Sancağımı, rahat gəlirəm indi….

 

8 8 8

 

Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna….
Sıra ilə gəlirik, yol ver girək qoynuna….

8 8 8

Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, daha nəyi gözləyim????
Ana, sən də gözünün qorasını sıxma ha…
Oğulun adı üstə, qurban gedər torpağa!!!!

12.04.2016. Bakı.

 

DAHA  ƏTRAFLI  BURADA;

Zaur USTAC