Mirzə Ələkbər Sabirin doğum günü

20140628-008

Bu gün dahi söz ustadı Mirzə Ələkbər Sabirin doğum günüdür. Ad günün mübarək, ruhun şad olsun, Mirzə!!!! Siz sübut etdiz ki, Qələm bütün zamanların fövqündə dayanan and yeri, Söz isə ən qiymətli mirasdır….

Advertisements

Zaur USTAC Bilirəm

1461221544_6154662_IMG-20140812-WA0001 - копия

BİLİRƏM
Bilirəm qəlbində yuva qurmuşam,
Bəlkə də sinənə yara vurmuşam,
Bilmirəm heç yönü hara durmuşam,
Səni görən gündən qibləm itibdi….
* * *
Verdiyin salamı ala bilmədim,
Dedn qal yanımda, qala bilmədim,
Sənin istədiyin ola bilmədim,
Gərək əfv edəsən, səriştəm kəmdi ..
* * *
Ustacın ürəyi yuxadan yuxa,
Nə vara inanır, nə də ki, yoxa,
Tutuşub fələklə kim yıxa, yıxa,
Sən qahmar durmasan inan ki, təkdi….
03.12.2015. Bakı.

Zaur USTAC Olub

soz

Olub
Qurbani babamdı, Ələsgər dədəm!
Söz bizə müştaqdı, biz sözə müdəm!
Düzü istəmirəm, dərinə gedəm!
Qanmazın pendiri təkədən olub!!!!
* * *
Çox bəşər görmüşəm, şəsti yerində,
Baxırsan insandı, büstü yerində,
Vidi var, forsu var, postu yerində,
Qabının qapağı ləpikdən olub….
* * *
Ustac, nələr gördün sən bu dünyada,
Bütün arzulara yetdin, nəmxuda,
Nöqsandı dünyaya, qəbul et, bu da
Çoxunun mayası lüləkdən olub….
 
17.05.2016. Bakı.

Qara NAMAZOV – YAŞAYIRAM

qnr

 

Bakı Dövlət Universitetinin müəllimi,tənqidçi-ədəbiyyatşünas,filologiya elmləri doktoru,professor QARA NAMAZOV vəfat edib. Ruhu şad olsun… Müəllimlər haqqında keçmiş zamanda heç vaxt danışmaq mümkün olmur. Təlbələrin tələbələri olduqca müəllimlərin müəllimləri həmişə xatırlanır…. Qara  müəllimin öz sözləri ilə desək;

 

 

 

Yaşayıram

 

Bircə kəlməm dilə düşsə,

Gəzib əldən-ələ düşsə,

Keçib eldən-elə düşsə,

Bilərəm ki, yaşayıram.

*     *      *

Bir əlsizə gərək olsam,

Çörəksizə çörək olsam,

Yıxılana dirək olsam,

Bilərəm ki, yaşayıram.

*     *      *

Yaxşı olsam yamanlara,

Həyan olsam qananlara,

Düşsəm qara-boranlara,

Bilərəm ki, yaşayıram.

Q.NAMAZOV.

“GECİKMİŞ NƏĞMƏLƏR” səh.155.

qn

 

 

Zaur USTAC FƏXARƏT HİSSİ

tribuna

DOĞUM GÜNÜN QUTLU OLSUN, KOMUTANIM!!!!

Sıradakı əsgərlərinin atdığı hər bir addım üçün bax beləcə narahat olan, kövrələn və eyni zamanda heç bir sözlə ifadə olunmayacaq dərəcədə qürur hissi keçirən (bunu ancaq  heç olmasa ömründə bir dəfə də olsa tribunada durub təntənəli marş qəbul edənlər daha gözəl anlayar….) Sərkərdə, ruhun şad olsun!!!! Min bir əziyyət bahasına böyütdüyün fidanlar bar verir…

Zaur USTAC Hümbət SADIQOV

sadiqov humbet

Hümbət SADIQOV – bu ad Qarabağ bölgəsində, Ağdamda, mətbuatı, televizya və radio verlişlərini izləyən həmvətlərimiz üçün bütün Azərbaycanda, onu şəxsən tanıyanlar üçün isə heç bir məkanla məhdudlanmayan geniş bir miqyasda kifayət qədər məşhurdur. Hümbət dayı (qəhrəmanımı ona görə belə adlandırıram ki, onu hamı belə tanıyır) 1922 – ci ildə Ağdam rayonu Yusifcanlı kəndində çox uşaql bir ailədə doğulub.Ailənin kiçik uşaqlarından olub. O illərin təfsilatına varmadan onu qeyd etmək istəyirəm ki, müharibə başlayan kimi böyük qardaşlar bir-birinin ardınca cəbhəyə yollanır. Onlardan ancaq  Hümbət dayı bir ayağını itirərk qayıdır. O heç vaxt əliliyini hiss etdirmədən bütün həyatı boyu əmək fəaliyyətində olmuş və böyük bir ailəyə başçılıq etmişdir. Əvvəl övladların oxutmuş  sonra isə nəvələrinin təhsil görməsinin qayğısına qalmışdır. Hümbət dayı həm də şair kimi tanınmış, yeri gəldikcə el məclislərində mühüm tədbirlərdə sözünü xalqa çatdırmışdır. Bundan əlavə Hümbət dayı mətbuatda da müntəzəm çıxışlar edir. Onun diqqətindən və bunun da nəticəsindən qələmindən heç bir xırda detal belə yayına bilməz. Heç yadımdan çıxmaz ötən əsrin 80-ci illərində yerli rayon qəzeti “AĞDAM” (Lenin yolu) onun belə  bir yazısı getmişdi “Qaz balalarının günahı nə idi?” o vaxtlar mən çox gənc idim, ancaq bu yazını oxuyandan sonra insanın diqqətcil olmasının, gördüyü nöqsanın yanından biganə keçməməsinin, sözün məqamında deyilməsinin nə qədər vacib və mühüm olduğunu anladım.

Hümbət dayı ömrü necə yaşamağı bilən, xalqına faydalı və başqalarına örnək ola biləcək bir el ağsaqqalıdır. Onu  xalqımız üçün şərəfli olan bu yaz günlərində salamlayır, Uca Yaradandan uzun ömür, can sağlığı diləyirk!!!