İNDİ Zaur USTAC

11050306_687294444737031_3482839205040245773_n

İNDİ
(Ustad Əbülfət Heydərə)

Bu 5-10 il tarix üçün bir andı,
Ötənlərdən bir yadına sal indi.
Dədəmiz də bir vaxt yurddan kənardı,
Sonra döndü, ürəyimdə xal indi…
+ + + +
Gavır oglu lap binədən gavırdı,
Xan var idi, tavırlar da tavırdı,
Adi yağış çöldən evə qavırdı,
Murdar  gəda olub əhli-hal indi..
+ + + +
Ustac deyər, ulu ustad qəm yemə,
Allah verən uzun ömrə kəm demə,
Bu kəlmələr necə enir qələmə???
Ağ kağıza gözəl bir xətt sal indi….

22.06.2015. Şamaxı.

Advertisements

سئو – زائـــور اوستاج

12524273_790992947700513_234013689348489767_n

 

زائـــور اوستاج

 

 

 

سئو

 

سه ن سئو؛سه نی سئوه نی؛سئچیبدی سئوگی سه نی

سئومه یه نی سئوه ن له ر؛سئوگی سینده سوچلودور…

سئودی یینی سؤیله یه ن؛سئچیبدیسئوگیسینی

سئوگیسین سئزدیرمه یه ن؛سئوگیسینده سوچلودور…

***

سئوگی ؛سئویب…سئویلمه ک؛سئوه نین سئوینجیدیر؛

سئوگی ؛سونسوز سه خاوه ت؛سئودانین سونوجودور؛

سئوگی ؛سونا سه رمایه؛صاباحین سولقوجودور؛

سئوگیسین سئزدیرمه یه ن؛سئوگیسینده سوچلودور…

***

سئودالینین سئوگیسی؛سیرلی؛سونسوز؛سینیرسیز؛

سئویب؛ سئزدیرمه مه ییسولطانلیق می سانیرسیز؟؟؟؟

سئومه یه نی سئومه ییصئداقه ت می ساییرسیز؟؟؟؟

سئودی یینی سئودیره ن سئوگیسینده سوچلودور….

 

باکی -2016

 

زائـــور اوستاج -گؤزون گؤزو

12524273_790992947700513_234013689348489767_n

 

 

زائـــور اوستاج

گؤزون گؤزو

 

گوله ن گؤزون گؤزه ل لی یی گؤزه ل دی

گوله ن گؤزوگؤرونمه یه ن گؤز گؤره ر….

گؤزون گولور؛گؤزون گؤزو گولمه ییر؛

گؤزده گؤزو گؤرونمه یه ن گؤز گؤره ر…

 

 

***

گؤزو گؤزده ن گؤزون گؤزو گیزله دیر؛

گؤزده گؤزو گؤزون گؤزو گیزله دیر؛

گؤزون گؤزو گؤزوموزده گیزلی دیر

گیزلی گؤزو گؤرونمه یه ن گؤز گؤره ر…

***

گؤی گؤز گیریان؛گؤزو گؤزده ن گولومسه ر

گوله ن گؤزون گؤزو گؤزده ن گولومسه ر؛

گولمه یه ن گؤز ؛گؤزه گؤزده ن گولومسه ر؛

گیریان گؤزو گؤرونمه یه ن گؤز گؤره ر….

 

باکی – 2016

 

 

 

Zaur USTAC ORİYENTİR ULDUZU

1 - копия

Bu gün Mübarizin MƏSƏLƏNİN YEGANƏ VƏ DÜZGÜN HƏLLİ YOLUNU GÖSTƏRDİYİ GÜNDÜR!!!! – Aprel döyüşləri də məhz onun nişan verdiyi SƏMTDƏ BAŞ VERDİ VƏ MƏSƏLƏ HƏLƏ DƏ AKTUAL OLARAQ QALIR…..
“ikinci fəsil
18.06.2010-cu il “ TG “ cəbhəsi, Seyidin postu.
Bu gün lap isti idi. Ya da, adama belə gəlirdi. Bir də isti olacaq də yayın ən oğlan çağıydı, ancaq buna isti demək olmazdı. Vallahi elə bil, torpaqdan od qaynayırdı. Sanki, Gün dağların arxasına keçdikcə, torpaqdan qlxan isti daha da artırdı…
– Bu gün nə yaman sakitçilikdi, yəqin istiyə görə öz deşiklərinə girib, yatıblar.- əsgərlərdən biri dilləndi.
– Bu sakitçiliyin bir zibili çıxacaq- Seyid cavab verdi.
Şərrin ilk qaranlığı ilə şərəfsizlərin ilk güllələri də gəldi. Çox maraqlı idi. Həmişəkindən fərqli olaraq, əsgərlərin “trassuyuşşi” adlandırdığı işıqlandırıcı-yandırıcı güllələrlə düz bilindajın üstünə atırdılar. Ara-sıra ön müşahidə məntəqəsinin qabağına “AQS” mərmiləri də düşüb partlayırdı. Sanki, dığalar, belə bilindajlarının olamamağının paxıllığın çəkirdilər…”
ZAUR USTAC ORIYENTIR ULDUZU kitabindan

https://zaurustacinkitablari.wordpress.com/oriyentir-ulduzu-2/

https://oxuzal.wordpress.com/zaur-ustac-oriyentir-ulduzu/

http://www.kitabxana.net/files/books/file/1430716832.pdf