29 İYUL “TƏHMİNƏ VƏ ZAUR”günü

TahminaZaurvmeste

29 İYUL – Təqvimdə bu gün “Təhminə və Zaur” günü kimi qeyd  olunur… 29 İyul günü Təhminə  və  Zaur nəhayət ki,  görüşdülər, bu günü SEVGİ, VÜSAL Günü kimi qeyd etdilər…. Bu gün Təhminə və  Zaurun  həsrətinin son bulduğu gündür…. Onlar ilk görüşdəcə elə görüşdülər ki, elə bil, yüz il idi bir-birilərini  tanıyırdılar… İlk görüşdəcə Zaur Təhminəni Kərəm yanğısı ilə bağrına basıb, ehtiraslı səslə qulağına pıçıldadı: – “Təhminəm sən bu vaxta qədər harada idin? – Niyə bu qədər gec gəldin, Təhminəm? – Düz qırx il çəkdi sənin gəlməyin, Təhminəm….”5284a6

45067_src

Gülə-gülə  yüz ilin həsrətin gedərirmiş kimi sakit bir məkana keçdilər…

13426_sx3y9wfas2

Dadlı yeyib, dadlı danışdılar……..

TahminaZaur-evde

Elə bil, yüz il idi bir-birilərin tanıyırdılar…. Xəyal qurdular, “ÖTƏN GÜNLƏRİ YADA SALDILAR…”    və bu günlərin  intiqamını zamandan aldılar….

50594936b130d4c01d6bf7912b1498e1

preview_360p.mp4

…və bu vaxtdan 29 İYUL tarixə “TƏHMİNƏ VƏ ZAUR” günü kimi düşdü….

 

Müəlliflər: Təhminə və Zaur

İdeya müəllifi və təşəbbüskar: Təhminə.

Məkan: Nə yerdəydi, nə göydə.

Tarix: 29.iyul 2016.

*QEYD:

“Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanına və “Təhminə” filminə görə Anar müəllimə və filmin bütün yaradıcı heyyətinə xüsusilə  baş rolların ifaçılarına; Zaur (Fəxrəddin Manafov) və Təhminə (Meral Konrat) xüsusi minnətdarlığımızı bildiririk!!!!

Advertisements

Zaur USTAC AY QIZ

13700008_272665549780706_8991984136199361522_n

AY QIZ
Niyə deyirsən ki, gözəl deyiləm,
Gözəlliyi nədə görürsən, ay qız?
Yoxsa ki. Boyanı, ya zər xalatı,
Sən, gözəllik bilirsən, ay qız?
* * *
Burda səhvin var, fikirləş bir az,
Dağ qızı Lalə də heç belə olmaz,
Bənövşə utanıb, yanında açmaz,
Özündən bədgüman dolanma, ay qız!
* * *
Gözəllik zər-ziba, zinətdə deyil,
Gözəllik dəyişən libas da deyil,
Gözəllik təmtaraq, həvəs də deyil,
Gözəllik, bir kəlmə sözündə, ay qız!
* * *
Bu tür sözlərinlə qəlbimə dəymə,
Gözəlliyi dükan, bazarda gəzmə,
Bir də mənim üçün belə söz demə,
Gözəllik, insanın özündə, ay qız!
* * *
Gözəllik – saf könül, təmiz diləkdir,
Gözəllik – sədaqət, həm incəlikdir,
Başlıca gözəllik öz qəlbindədir,
Onu başqa yerdə axtarma, ay qız!
* * *
Gözəllik – xoş arzu, təmiz duyğudur,
Gözəllik – sirdaşa olan qayğıdır,
Gözəllik – İNSANIN tale payıdır,
Özünə yaxşı bax, gözəlsən, ay qız!
23.06.1994. Marağa.

Muellif: Zaur Ustac

Zaur USTAC ÇIX

13237601_838217206311420_7605870461124785272_n - копия

ÇIX

Biçarə aşiqdə qalmayıbdı can,
Dilə çix, fayda yox ürək sözündə….
Bərzəxdə yaşamaq zordan zor inan,
Felə çıx, işartı görüm üzündə….
* * *
Nədən gen qaçırsan, bilməm ki, məndən,
Görsət gül üzünü, Gün şıxsın çəndən,
Qəlbinin səsini duyuram bəmdən,
Zilə şıx, arzular gülsün gözündə….
* * *
Ustacı qoymusan çölün düzündə,
Sarı güllər bitib, çoxdan izində,
Haçansa talemiz gülər bizim də,
Fala çıx, hikmət var elin sözündə….
23.07.2015. Bakı.

Muellif: Zaur Ustac

 

Zaur USTAC QARABAĞ ATI

13726759_10210509934929856_7192499458442927463_n

Qarbağ Atı

Anası Günəşdi, atası Aydı,
Göylərdən enibdi Qarabağ Atı!!!!
Düşmənə göz dağı, dostasa  haydı,
Baratdı, muraddı, Qarabağ Atı!!!!

Rəngini veribdi, ata – anası,
Yerdə, göyüzünün sanki, sonası,
Qumralı, səkili, məxsus qaşqası,
Hörmətdi, izzətdi, Qarabağ Atı!!!!

Dünyanı edibdi, özünə heyran,
Tüm dünya səkməyən gözünə qurban,
Ustac belə görüb ata-babadan,
Namusdu, iffətdi. Qarabağ Atı!!!!

21.07.2016. 23:45(15′) Bakı.

Müəllif: Zaur Ustac

Zaur USTAC YENİ KİTAB

QA

“QƏLBİMİN  AÇIQCASI”  Zaur  USTACIN  2016- cı ildə  çapdan çıxan kitablından biridir.      Bu  kitabda müəllifin müxtəlif illərdə nəşr olunmuş kitablarından seçmələr toplanıb.

Müəllifin “Qəlbimin açıqcası” adlandırdığı bu kitab sözün əsl mənasında bir qəlbin harayı, hıçqırtısı, olduqca kövrək duyğuların təzahür forması,  kağız üzərində inkasıdır. Bu şeirlər hərdən büllur sulu könül irmağının şırıltısı, hərdən də həssas, eyni zamanda paramparça olmuş ürək sahibi bir aşiqin zümzüməsi kimi səslənir. Oxuduqca gah yaz çiçəklərinin ətri duyulur, gah da payız yarpaqlarının  xışıltısı eşidilir. Bir sözlə, bu  kəlmələr  Təbiətin həzin pıçıltısından başqa bir şey deyil….

https://zaurustacinkitablari.wordpress.com/q%C9%99lbimin-aciqcasi-3/

 

.