OĞLANSIZ AĞ AT Zaur USTAC

12651291_145832779130864_133148170044849935_n

OĞLANSIZ   AĞ   AT

De, harda salıbsan bəs igidimi?

Gəlmisən yenə də yəhər, yüyənsiz…

Harda itirmisən son ümidimi?

Heç səni bilməzdim, belə güvənsiz….

*     *      *

Nalın qızılsa da, dişin mirvari,

Lap, bəşər görməyib belə kəhəri,

Düzü inanmıram hansısa pəri,

Ağ atı gözləsin üstü ərənsiz…

*     *      *

Ay Ustac dədənə, babana rəhmət,

Qanana, bu dünya mükəmməl ibrət,

Viranə qalıbdır saysız imarət,

Saraylar xaraba  olar kimsəsiz….

 

04.08.2016. 09:57 (27′)  Bakı.

 

Müəllif: Zaur USTAC

 © Zaur USTAC,2016.

Zaur USTAC ANA şeirləri

ANALAR

ANA

Sönməz bir od kimi, adın qövr edər,
İçimdən atəşlə boylanar, ANA!
O, hansı duyğudur, hər şeydən uca,
Qəlbimin yağıyla qovrular, ANA?!

* * *

Nə qədər cismimdə dövr edər qanın,
Nə qədər yaşayar, bir para canın,
Özünün əmridir, Cənabi-haqqın,
Borcluyam, qarşında daima, ANA!

* * *

Ümidim, təsəllim sənin duandır,
Həmişə çin olan yuxularındır,
Ən yüksək mərtəbə analarındır,
De, səni unutmaq olarmı, ANA?!

13.04.1997. Bakı.

 

ANA

Beşiyim üstündə layla çalanım,
Gözümün işığı, dirəyim, ANA!
Dünyalar durduqca, yaşayasan sən,
Düşünən beyinim, ürəyim, ANA!

* * *

Dünya yaranışdan Həvva anamız,
Anadır, bacıdır qol-qanadımız,
Özün demişdin ki, deyil babımız,
Gör, nəyin dərdini çəkirsən , ANA!

* * *

Heç fikir eləmə oğul sarıdan,
Oğlunu bəxş etdi ulu Yaradan,
Mərdlərə təsəlli olmaz nigardan,
Vətənçün böyütdün oğlunu, ANA!

* * *

Vaxt olar; baharda, açanda güllər,
Yaxud da qocalar dadanda nübar,
Sənin də üzünə təbəssüm qonar,
Qayıdacaq oğlun, cəbhədən, ANA!

22.04.1995. Marağa.
ANA

Sənsən xəyalların tuşlandığı yer,
Ümdə arzuların məkanı, ANA!
Nə qədər, möcüzəli, sirli bir dünya,
Kəşf olunmamış dünyamsan, ANA!

* * *

Nə deyim, nə yazım yaraşsın sənə,
Yüksələ biləydim kaş mənsəbinə,
Dünyalar sığınar mərhəmətinə,
Özün boyda böyük dünyamsan, ANA!

* * *

Bir, şirin kəlməni eşidəydim kaş,
Kipriyim islanıb, oldu yenə yaş,
Olaydım, ayağın altda qalan daş,
Biləydim, başımın üstəsən, ANA!

* * *

Elə, kövrəlmişəm, körpə uşaq tək,
Qəlbimi yandırır odlu bir, istək,
Ay Ana, saçıma yüngül sığal çək,
Ən böyük dövlətim, qayğındır, ANA!!!

28.08.1995. Bakı.

 

ANA

Ey ilk sözüm, əzəl cümləm, dastanım, Ana!
İnsanların gözəli, mehribanım, Ana!
* * *
Ana, borcludur hər bir kəs önündə sənin
Səcdəyə layiqsən, ey səcdəgahım,Ana!
* * *
İlahi bəxş etmiş səni xoş günlər üçün
Ey azadə günüm, xoşbəxt dövranım, Ana!
* * *
Bil, ülviyyətin ilə sən geniş cahansan
Mənim həyat məktəbim, ilk cahanım, Ana!
* * *
Hamı istinad üçün öncə səni görür
Hər sözün mənbəyi, istinadgahım, Ana!
* * *
Dünyada sənin tək uca varlıq de hanı?
Ey müqəddəsliyin rəmzi, paklığım, Ana!
* * *
Zaurun bildiyi bu idi, bunu dedi
Bilmədiyim ucalıq, cənnəti-sultanım, Ana!

29.12.1991. Yusifcanlı.

 

ANA

Ana, ən ülvi insan
Çox əziz, çox mehriban.
Övladına qayğılı,
Övlad ananın balı.
Ana balasın sevər,
Hərdən tənbeh də edər.
Bu danlamaq deyildir,
Ana nəvazişidir….
Övlad üçün şalışır,
Hər zəhmətə qatlaşır.
Övladı gümrah olsun,
Paltarı təmiz olsun.
Hamıdan yaxşı geysin,
Ən ləziz yemək yesin.
Bala pis iş görəndə,
Ana bunu biləndə….
Çox da ki, kötəkləyir….
Ana məhəbbətidir.
O, övladın çox sevir.
Pis əməlin istəmir….
İstəyir yaxşı olsun,
Ləyaqətli böyüsün….
Fərsiz övlad olmasın,
Adın təmiz saxlasın.
Ana tənbeh edəndə,
Hərdən kötəkləyəndə….
O, balasın döyməyir,
Xətadan hifz eləyir.
Deyirəm, bir haləti,
Qədim bir rəvayəti;
Rəvayətdə deyilir,
Bir Ana vəfat edir….
Vəfat edərkən Ana
Deyir öz yoldaşına:
-“Sən kəs əlimi saxla,
Sonra yoldaşın olsa….
Bu əllə uşaqları,
Vursun, vuranda barı….
Mənim əlim ağtıtmaz,
Öz balamı sızlatmaz….
Axı, ananınkıdır,
Ana əli AĞRITMIR….

08.03.1990. Ağdam-Yusifcanlı.

 

* * *

Ay ana, adına vurğunam sənin,
Durduğun ucalıq xəyalə gəlməz…
Dünya xalqlarının lüğətlərində,
“ANA” sözünə tay söz ola bilməz!!!

08.01.1997. Bakı.

Müəllif: Zaur Ustac

SƏNDƏN ASILIDIR Zaur USTAC

deniz2

SƏNDƏN  ASILIDIR

Daşıya bilmirəm, qəlbimin yükün,

Çiynimdə dünyanın yükü var mənim,

Heç bir ölçüylə ölçülə bilməz,

Dünyanın özündən ağırdır yüküm!

*      *      *

Araya ayrılıq düşdü, neyləyim?

Elə bil, sinəmdə od qaladılar,

Bəxtimə qaranlıq düşəndə mənim,

Kaş sənin bəxtinə nur yazaydılar!

*      *      *

Artıq qəlb dözməyir, bunca həsrətə,

Qəlbin həsrət yükü yaman ağırdır.

Təlatüm eyləyir, köksə sığmayır,

İndi can evimin ağır çağıdır…

*      *      *

Kaş, bu namələrin bir tacir olub,

Səfərə çıxaydı, eşq bazarına.

Alaydı qəlbimin intizar yükün,

Qəlbin son qoyaydı, dərd azarına…

17.04.1995.  Marağa.

 

Müəllif: Zaur USTAC

 © Zaur USTAC,2016.

QOCA DÜNYA Habil RƏHİNOV

13010871_822914187841722_9009505685773152236_n

QOCA  DÜNYA

 

Gücü olmayanlar qocuyam deyir
Şişmanlar naharda balnan yaq yeyir
Vidsiz fiqurasız dəbli don geyir
De niyə beləsən a qoca dünya ?

Söyüdü əkdilər xurma yerində
Qır atın yəhəri yabı belində
Quzunun kəndiri qurdun əlində
De niyə beləsən a qoca dünya?

Kimi tulasına yaqlı ət atır
Kimi pişiyinə adaxlıı tapır
Kimi yaşam ücün böyrəyin satır
De niyə beləsən a qoca dünya ?

Saz alıb sinəyə saz cala bilmir
Sənəti duyanlar utanır dinmir
Dədə Şəmşirdən kəlmə deyimir
De niyə beləsən a qoca dünya ?

Yaltaqlar başdadı sözü o deyir
Vicdanlı ac qalıb yaltaq aş yeyir
Arvadı hesabımıza pal paltar geyir
De niyə beləsən a qoca dünya ?

Vətəni olanı vətənsiz etdin
Baxdırdın Zobcuqdan yurd yerlərinə
Habilin nəfəsi dəymir elinə
De niyə beləsən a qoca dünya

Kasıbın balası səngərdə əsir
Varlının balası barlarda gəzir
Seyidin yurdunda dıqalar gəzir
De niyə beləsən a qoca dünya

Bakı – 2010.

Müəllif: Habil Rahimov

DAĞLAR Zaur USTAC

10492474_515384861927991_1935368515370670425_n

DAĞLAR

                                    Ruhuna min rəhmət dədə Ələsgər…

Nədəndi, ürəyim döyünür yenə,

Gördükcə hüsnündə məlalı, dağlar?!

Yağı cövlan edir, dağıdır yenə,

Qoynunda büsatı, cəlalı, dağlar!

*      *      *

De, çoxmu çəkərik zülüm-zilləti????

Mövcud hal-vəziyyət üzür milləti,

Onsuz da düşmənin puçdu niyyəti,

Ordumun beşiyi, vüsalı, dağlar!

*      *      *

Dünya belə qalmaz, dəyişər zaman,

Yenə dövran olar, həmənki dövran,

Bulaqlar başında məclislər quran,

Oğullar ərsəyə gələli, dağlar!

*      *      *

Ustac bulud kimi dolub, ağlamır,

Köksünün yarası qaysaq bağlamır,

Bir bilsən ruhumu nələr çuğlamır,

Doğacaq nə zaman Hilalın, dağlar?!

07.05.1995.  Marağa.

 

Müəllif: Zaur USTAC

 

YARIM BARDAQ Zaur USTAC

YBARDAK

YARIM BARDAQ

O yarım buraxdığın

Bardaq, de yadındamı????

Sen gedəndən düz üç gün

Söndürübdü yanğımı….

* * *

Dodağın dəyən yerdən

Öpmüşəm, neçə kərə….

Dadsız şüşə o gündən

Dönüb bala, şəkərə….

* * *

Sənin tutduğun yerdən

Çalışmışam tutmağa….

İz tapanda izindən

Qanad olmur uçmağa….

* * *

Bütə dönüb, bu bardaq

Bəzəyidir evimin….

Üstündə barmaq-barmaq

Bəzəyi var əlinin….

* * *

Qalan son damlaları

Qıymadım. içəm özüm….

Qonaq etdim gülləri,

Belə bulundu çözüm…

* * *

Dibçəklər Yer kürəsi,

Güllər Mən, Sənsə susan…

Heç nə yox itirəsi,

Tay canıma hopmusan…..

01.08.2016. 15:40 (40′ ) Bakı.
Müəllif: Zaur Ustac