BALÇİÇƏYİM
Çox da ki, həsrət acıdı,
Hər kəlməsi bal Çiçəyim!
Ayrılıq dişin qıcadı,
Yetdin dada, Balçiçəyim!
* * *
Nə yaxşı ki, gəldi səsin,
Tək qalmışdı kimsəsizin,
Sirri olur, hər bir kəsin,
Mənim sirrim, Balçiçəyim!
* * *
Səhv düşmüşdü sübhü, şəri
Xəstəhaldı tüm günləri,
Zaurun tək ümid yeri,
Dərdə dərman, Balçiçəyim!
26.05.2011.Bakı.
Müəllif: Zaur Ustac “USTADNAMƏ” kitabından,
© Zaur USTAC,2016. Bakı.