BÜRCLƏR DƏYİŞDİ – YENİ BÜRCLƏR TƏQVİMİ

s266135201567006809_p25_i2_w1000

Yer kürəsinin orbitində hər il meydana gələn sürüşmələr nəticəsində ulduzların mövqeyini dəyişdiyi bildirilir. Son günlər demək olar ki, bütün kütləvi informasiya vasitələrində bu cür məlumatlara rast gəlirik. Hətta bu məlumatı çoxları sensansion məlumat kimi də “ŞOK XƏBƏR” başlığı altında dərc edib. Əslində isə burada qeyri-adi heç nə yoxdur və hamımızın yaxşı tanıdığı görkəmli  münəccim (filoloq-astroloq) Firuddin Qurbansoy  da geniş, çoxmilyonlu auditoriya qarşısında təsdiqlədi ki, bu hadisə- məlumatlar ötən əsrin 70-ci illərindən məlum idi. Astroloqlar proqnozlar zamanı bu sürüşməni həmişə nəzərə alırdılar. Görkəmli astroloqumuz onu da qeyd edib ki, 13 bürcün mövcudluğu əvvəllər də olub. lakin bu sonsuz kəhkəşan üçün müvəqqəti haldır. Belə ki, təxminən 120 ildən sonra “Balıqlar” bürcünün yoxa çıxması nəticəsində yenə də 12 bürc qalacaq. Gələcəkdə bizi nə gözləməyindən asılı olmayaraq, hələlik təqdim olunan yeni bürclər təqvimi belədir:

 

Dolça: 16 fevral-11 mart
Balıq: 11 Mart — 18 Aprel
Qoç: 18 aprel — 13 may
Buğa: 13 may-21 iyun
Əkizlər: 21 iyun-20 iyul
Xərçəng: 20 iyul-10 avqust
Şir: 10 avqust-16 sentyabr
Qız: 16 sentyabr-30 oktyabr
Tərəzi: 30 oktyabr-23 noyabr
Əqrəb: 23 noyabr-29 noyabr
İlan: 29 noyabr-17 dekabr
Oxatan: 17 dekabr-20 yanvar
Oğlaq: 20 yanvar — 16 fevral

Bu yeni təqvimin ortaya çıxmasını böyük əksəriyyət  KİV-lərdə təxminən aşağıdakı məzmunlu məlumatla əsaslandırmağa çalışırlar.

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi -NASA  Yer kürəsinin orbitində hər il meydana gələn sürüşmələr nəticəsində ulduzların mövqeyinin dəyişdiyini açıqladı.

NASA bu vəziyyətin bürclərin tarixlərinin də dəyişdiyi mənasına gəldiyini bildirir.

Açıqlamada indiki göy üzünün antik zamanlardakından çox fərqli olduğu, Günəşin 12 bürcü təşkil edən ulduzların üzərində yerləşdiyi zamanının da buna görə dəyişdiyi bildirilir.

NASA-nın internet saytında bürclər ilk dəfə olaraq Babillər tərəfindən istifadə edilməyə başlandığında 23 iyun-22 avqust arasında anadan olanların Şir Bürcü olduğu, lakin bu tarix aralığının artıq Xərçəng Bürcünə aid olduğu irəli sürülür.

Bunun səbəbi isə Yür Kürəsinin orbitinin keçdiyi Şimal Qütbünün eyni istiqamətdə olmaması və nəticədə 3 min ildən sonra göy üzünün əvvəlkindən fərqli olmasıdır.

Digər tərəfdən, astrologiyada 12 deyil, 13 bürcün olduğu qənaəti də getdikcə güclənir.

NASA da internet saytında qədim Babil mənbələrində 13-cü bürc olan Ophiuchus, yəni İlan Bürcünə yer verildiyinə toxunur.

Lakin Babillərin bilinməyən bir səbəblə Günəşin 30 noyabr – 17 dekabr tarixində üzərində olduğu İlan Bürcünü bir kənara qoyduğu məlum olur.

Sonda bir daha görkəmli astroloqumuz Firuddin müəllimin fikirlərinə əsaslanaraq nəzərinizə çatdırmaq istəyirik ki, harahatçılığa heç bir əsas yoxdur və heç bir qeyri-adi hadisə baş verməmişdir. Çoxdan məlum olan hadisə sadəcə indi ictimaiyyətə açıqlanmışdır.

Uzaq ulduzların da hər an sizinlə olan (“şah damarınızdan da yaxın”) Uca Yaradanın hökmündə olduğunu unutmayın!!!!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma