Qabil DƏRDLİ – SÖZÜN SEHRİ

 

13173839_999401706811737_135894304491096408_n

SEVGİMİZƏ TARİX YAZDI

Yaz axşamı, sahildə biz,
Əsən mehin qabağında.
Baxır mənə o gül bəniz
Ayın düşən işığında.

Küləyin canında artıq,
Bilinir axşam sərini.
Bir azca da yaxınlaşdıq,
Əlimə alıb əlini…

Saçlarını külək atır,
Gödəkcənin arxasına.
Mərmər sinə bəzək qatır
Köynəyinin yaxasına.

Titrək, isti nəfəsimiz,
Qəlbə qığılcımlar saçır.
Alovlanan saf eşqimiz,
Səadətə yollar açır.

Göydə ulduz yolun azdı,
Çıxıb sanki sırasından.
Sevgimizə tarix yazdı,
Ulduzların arasında…
02.03.2016
NƏBİYEV QABİL (DƏRDLİ)

 

 

ONSUZ DA…
Onsuz da ömrümün payızındayam,
Qorxutma gələcək yağışla məni.
Bəlkə də donmədim, yarı yoldayam,
Bir az anla məni, bağışla məni…

Qəlbimdə uyuyur, çiçəkli bahar,
Dondurmaz nə boran, nə tufan, nə qar…
Qorxuram tək sənin gözlərindən, yar,
Buz edər bir soyuq baxışla məni…

19.09.2016
NƏBİYEV QABİL (DƏRDLİ)

 

 

GƏLSİN

Bir namə yazıram o gülçöhrəyə,
Çatdırın, özünü yetirsin, gəlsin.
Qəlbimi vermişəm o məhparəyə,
Alıb ürəyimi, gətirsin, gəlsin.

Niyə ğöz yetirmir könül yarına?
Xilaf çıxır əhdinə, ilqarına.
İnanmışdım onun etibarına,
Sanmıram yadından çıxarsın, gəlsin.

Yollar üzüb məni, yorub gözümü,
Görəcəmmi bir də gülər üzünü?
Dərdli Qabil ona ürək sözünü,
Yazdı naməsində, oxusun, gəlsin.
25.09-0310.2016
NƏBİYEV QABİL (DƏRDLİ)

 

Müəllif: Qabil Nabiyev

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma