Hər hərfə bir şeir – Zaur Ustac

yeni kitab

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Məktəbə hazırlaşırıq” adlı məktəbə hazırlıq qrupları üçün metodiki vəsaitə daxil edilmiş hərflərə, rəqəmlərə, fəsillərə, aylara və eləcə də digər balacalar üçün maraqlı olan şeir və tapmacaların toplanmış olduğu Zaur Ustacın  “Güllünün Şeirləri” kitabı artıq çatışdadır. Məktəbəhazırlıq qrupları ilə məşğələlər təşkil edən müəllimlər, uşaqbaxçası tərbiyıçiləri, evdə balaca uşaqları olan hər bir valideynlər və əlifbanı yeni öyrənməyə başlayanlar üçün çox əlverişli bir vəsaitdir. Beləki, anoliji vəsaitlərdən fərqli olaraq  əlifba sırası ilə bütün hərflərin hamısına və eyni zamanda 1-dən 9-a qədər bütün rəqəmlərə aid olduqca axıcı şeir, tapmacalar yığcam şəkildə bir kitabda toplanmışdır. Aşağıdakı bəzi nümunələrə nəzər salaq:

KİTABI  ŞƏHƏRİMİZİN ƏSAS KİTAB MAĞAZALARINDAN SORUŞA  BİLƏRSİNİZ

ZUGS

“ L “

 

Lalə  dostların yenə

Topladı ətrafına,

Axı, mən nənəmgilə

Getmişdim Lənkərana!?

 

Orda bir ağac vardı,

Meyvələri sapsarı.

Leyla  dadına baxdı,

Büzüşdü dodaqları.

 

Və ya başqa bir nümunə:

“  N “

 

N, iyirminci hərfdir,

Düşüb qabağa amma.

Çünki, onu bilməsək,

Yaza bilmərik Ana.

 

N, nənəmin ninnisi,

N, nənəmin nehrəsi,

N, nənəmin şipşirin

Noğul kimi nəvəsi.

 

 

Daha bir maraqlı nümunə:

“ Ç “

 

Ç hərfi çobanla

Lap çoxdan dostluq edir,

Ç – li çomax həmişə

Çobanın əlindədir.

 

 

Çəməndəki keçisi,

Ç – li çayırı çeynər,

Arxacdakı çəpişlər

Çeşmələrdən su içər.

 

 

Ç – li alaçıq, çadır

Çöldə çobanın evi,

Çoban yaman çox sevir

Ona görə bu hərfi!

 

Mənim xoşuma ən çox bu şeir gəlir:

“ K “

 

Kirpi kələmlə bir gün

Gəldi kələ-kələyə.

Dedi, çəkil yolumdan,

Kələm, güldü kirpiyə.

 

Sonra, gördü ciddidi

Dedi, əkil başımdan.

Bura mənim yerimdi,

Bir də keçmə qarşımdan!

 

 

Kartofla, kök dözməyib,

Yetişdilər köməyə.

Kirpi başa düşdü ki,

O, məcburdu dönməyə.

DAHA  ÇOX MƏLUMAT:

 

Zaur Ustacın “45” adlı seçmə şeirlər  kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından soruşa bilərsiniz.

Təhsil  Nazirliyi tərəfindən metodiki vəsaitə daxil olunmuş şeirlər – məktəbəhazırlıq qrupları üçün – Zaur Ustacın “Güllünün Şeirləri” kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından soruşa bilərsiniz.

Moskva Kremlini tikən məşhur şamaxılı memar Əliş bəy Sübhan oğlu Kərəmli – Şirvanı haqqında  Zaur Ustacın “Əliş və Anna” kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından soruşa bilərsiniz.

 

 

ingilis dili

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Müəllif: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hər hərfə bir şeir – Zaur Ustac” üçün 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma