Hər hərfə bir şeir – Zaur Ustac

sxo

Zaur Ustacın  “Gülünün Şeirləri” kitabı əlifbanı yeni öyrənməyə başlayanlar üçün çox əlverişli bir vəsaitdir. Beləki, anoliji vəsaitlərdən fərqli olaraq  əlifba sırası ilə bütün hərflərin hamısına və eyni zamanda 1-dən 9-a qədər bütün rəqəmlərə aid olduqca axıcı şeir, tapmacalar yığcam şəkildə bir kitabda toplanmışdır. Aşağıdakı bəzi nümunələrə nəzər salaq:

“ L “

 

Lalə  dostların yenə

Topladı ətrafına,

Axı, mən nənəmgilə

Getmişdim Lənkərana!?

 

Orda bir ağac vardı,

Meyvələri sapsarı.

Leyla  dadına baxdı,

Büzüşdü dodaqları.

 

Və ya başqa bir nümunə:

“  N “

 

N, iyirminci hərfdir,

Düşüb qabağa amma.

Çünki, onu bilməsək,

Yaza bilmərik Ana.

 

N, nənəmin ninnisi,

N, nənəmin nehrəsi,

N, nənəmin şipşirin

Noğul kimi nəvəsi.

 

 

Daha bir maraqlı nümunə:

“ Ç “

 

Ç hərfi çobanla

Lap çoxdan dostluq edir,

Ç – li çomax həmişə

Çobanın əlindədir.

 

 

Çəməndəki keçisi,

Ç – li çayırı çeynər,

Arxacdakı çəpişlər

Çeşmələrdən su içər.

 

 

Ç – li alaçıq, çadır

Çöldə çobanın evi,

Çoban yaman çox sevir

Ona görə bu hərfi!

 

Mənim xoşuma ən çox bu şeir gəlir:

“ K “

 

Kirpi kələmlə bir gün

Gəldi kələ-kələyə.

Dedi, çəkil yolumdan,

Kələm, güldü kirpiyə.

 

Sonra, gördü ciddidi

Dedi, əkil başımdan.

Bura mənim yerimdi,

Bir də keçmə qarşımdan!

 

 

Kartofla, kök dözməyib,

Yetişdilər köməyə.

Kirpi başa düşdü ki,

O, məcburdu dönməyə.

Kitabdan  tam  pulsuz olaraq buradan  istifadə etmək olar:

https://zaurustacinkitablari.wordpress.com/380-2/

Advertisements

Hər hərfə bir şeir – Zaur Ustac” üçün 2 şərh

qelemdar üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma