İbrahim SƏLİM : SEVGİ GÜNƏŞİ…

 

14725596_968264323283987_7389687679395745396_n

Bu sevgi.

İntizar əl çəkmir yaxamdan mənim,
Ayrılıq heç çıxmır yuxumdan mənim,
Həsrət ayrılmayır qoxumdan mənim,
Niyə mənim sonum oldu bu sevgi.

Belə olmalıydı bu sevgi sonu,
Mənə qənim oldu eşqin oyunu,
Necə unudum ki indi mən onu,
Niyə mənim sonum oldu bu sevgi.

Sevib sevilmədim sevənlər kimi,
Nə sonun xoş gördüm nə də ilkini,
Vaxtsız açıb vaxtsız solan gül kimi,
Niyə mənim sonum oldu bu sevgi.

İ.Səlim.

 

***************************

Mən uduzdum.

Bacarmadım ürəyimlə,
Söz keçmədi bircə kəlmə,
Naxış,naxış, ilmə, ilmə,
Mən uduzdum bu oyunda.

Nə desəm də artıq gecdi,
Hədəfinə məni seçdi,
Oxu məni dəldi keçdi,
Mən uduzdum bu oyunda.

Əzdi məni baxışların,
Qəmi oldum qışın,qarın,
Göz yaşıyam buludların,
Mən uduzdum bu oyunda.

İ.Səlim.

******************************

Səni mən.

İnanmazdım səni belə sevərəm,
İnanmazdım sənin üçün ölərəm,
İnanmazdım sənsiz bir gün gülərəm
Zor olsada unudacam səni mən.

Yara açdın ürəyimdə gedincə,
Elə bildim dünya mənim sevincə,
Çox boylandım cığırınca izincə
Zor olsada unudacam səni mən.

Yalan imiş sevgi dolu sözlərin,
Məhəbbətlə mənə baxan gözlərin,
Qırılaydı sənə qaçan dizlərim,
Zor olsada unudacam səni mən.

İ.Səlim.

Müəllif: İbrahim Selim

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma