Rahim ÜÇOĞLANLI : NƏDƏNDİR şeiri

13872925_1734294990152317_526155371049050644_n

NƏDƏNDİR

Gözəlim gözümdə bitib qalmısan,
Getmirsən uzağa bir an nədəndir..
Dönmüsən dilimdə fəryada aha,
Çəkir həsrətini bu can nədəndir..

Sənsiz nalə çəkir şeirim,sözlərim,
Sevgisiz taqətdən düşür dizlərim..
Gecələr üfüqdə qalır gözlərim,
Gecikir.,açılmır bu dan nədəndir..

Ruhuum sənsizlikdən elə göynəyir,
Cismim ayaq tutmur aşır büdrəyir..
Hər adın gələndə qəlbim titrəyir,
Coşur damarımda bu qan nədəndir..

Rahimə bəxş olmuş ilahi paysan,
Çiçəkli baharsan günəşli yaysan..
Dünyama nur saçan bədirli aysan,
Sənsiz zülmət olur hər yan nədəndir.?

Rahim Üçoğlanlı Rzayev
Ağdam-29.10.2016

Müəllif: Rahim Ucoglanli

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma