Zaur USTAC : TUTQU şeiri

zulum

TUTQU
(Qurbaninin ruhu şad olsun…)
Qönçə dodaqların bal süzür indi,
Kişmişin yaxşısı quşa qalan tək….
Taclı tər çiçəyin, məs gəzir indi,
Aranın al narı Muşa varan tək….
* * *
Qırmızı, gündöyən yeri almanın,
Dümağdı, gündəyməz zehi heyvanın,
Paçalı, bütövdən şirindi narın,
Şərabın köhnəsi nuşa yatan tək….
* * *
Ustacın bir mərrə ağlı qalmayıb,
Nə çox, dağlar yarıb, səhra dolanıb,
Armudun yaxşısı ayıya qalıb,
Naşının xırmanı qışa qalan tək….
21-23.04.2016. (11:25) . Bakı.

Zaur Ustac “NİŞANGAH” kitabından
© Zaur USTAC,2016. Bakı.
Əlavə olaraq videolar burada:
https://www.youtube.com/zaurustac

Müəllif: Zaur Ustac

Advertisements

Zaur USTAC : TUTQU şeiri” üzərinə 2 şərh

  1. Cox gözəl şeirləriniz var.Həm maraqlı,müasir ,düşündürüçü.Məhəbbət şeirləriniz də tövsiyə veriçı,həyata baxışlarında dönüş xaeakterlı.Gələçəyə baxışlarda müasirlik.Dəbdəbəyə ehtiyatlı yanaşma.
    Övladlara qaygiküşlik və sairə təzahir olunur.Cox gözəl tərbiyəci müəllim kimi özünüzü sübut ütsiniz.
    –Sizə gələçək yaradiçılıgınızın da davamlı olmasını ,ürəkdən arzu edirəm Ustad.Zaur Ustaç müəllim.

    tərəfindən bəyənildi 1 şəxs

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma