Zaur USTAC: GƏL ÖYRƏT MƏNİ şeiri

aaaaaaaaaaaaaaaaaa

GƏL ÖYRƏT MƏNİ
Düşmüşəm hüsnünün sehrinə inan,
Çox azdır bu incə mətləbi qanan,
De görüm qövr edib, alışıb yanan
Odlu bir yaraya su səpərsənmi?
* * *
İncə bir təbəssüm aparır məni,
Qovursan dünyamdan dumanı, çəni
Allahım bir mələk göndərib səni
Şəfalıq bir kəlmə söz deyərsənmi?
* * *
Xəstənin dərdinə dərman təbibim,
Ağzında dili bal, şəkər həbibim,
Səndən nə gizlədim, var bir eyibim,
Bisavad Zaura dərs verərsənmi?

06.11. 2009. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2016. Bakı.
Əlavə olaraq videolar burada:
https://www.youtube.com/zaurustac

Advertisements

Pəri: Görən yaddaşında necə qalmışam???

14485143_1865327013696127_829865129484703512_n

Görən yaddaşında necə qalmışam,
O kövrək baxışlı qara qız kimi,
Yoxsa,yanağına yaraşıq verən
Laləyə yaraşan xallı qız kimi.

Bilirəm sevirdin uzun saçını,
Uzun kipriyini,qara qaşını,
Görəsən sən onu necə sevmişdin,
İndi unutmusan onun yaşını.

O sən sevən qızın qara saçları,
İndi də bəmbəyaz qara bənzəyir,
Atəşli alov tək yanan gözləri,
İlləri ötürüb səni gözləyir.

Sənli günlərindən bir iz salaraq,
Üzündə illərin qırışı qalıb,
Hər dəfə gözləri dolub qalaraq,
Baharı soldurub,sərt qışı qalıb.

Dərdi qucaqlayıb sinəsi üstə,
Söz qoşur sinədən hər biri bəstə,
Könlü bir quş təki qalıb qəfəsdə,
Səsləsən dağıdar,qəfəsdən uçar.
© Pəri.

Müəllif: Pari Azimova

Bu dəfə “DÖRD SUAL” -ı Zaur USTAC özü cavablandırdı:

20150624_110553-d0bad0bed0bfd0b8d18f

“DÖRD SUAL” -ı  Noyabır  ayı  üçün cavablandırmaq bu dəfə Zaur Ustacın öhdəsinə düşdü:

– Saalam, Zaur müəllim!

–  Salam!

-“YAZARLAR” jurnalı olaraq, YAZARLAR.AZ –da  yayımlanmaq şərti ilə oxucu zövqünü formalaşdırmaq, oxucuların mütaliəsini istiqamətləndirmək,  əsasən də yeniyetmələrdə,  gənclərdə,   mütailə vərdişlərinin formalaşmasına  məqsədyönlü  şəkildə təsir  göstərmək  üçün  aşağıdakı DÖRD sualı cavablandırmanızı  xahiş edirik:

– Buyurun!

-İlk oxuduğunuz kitab hansıdır?

– “Qızıl Şamdan” – nağıl kitabı.

– İlk oxuduğunuz iri həcmli kitab hansıdır?

– “Koroğlu”  dastanı.

– İlk oxuduğunuz çoxcildli kitab hansıdır?

– “Min bir gecə nağlııarı” .

– İlk oxuduğunuz xarici ədəbiyyat nümunəsi hansıdır?

– Jül Vern “Kapitan  Qrantın uşaqları” .

– Sualları cavablandırdığınız üçün təşəkkür edirik. Sağ olun!

– Sağ olun!

Zaur USTAC :GÖYLƏR YERƏ HƏSRƏT

11665567_690163591116783_620750621210605007_n

GÖYLƏR YERƏ HƏSRƏT

 

Göylər Yerə həsrət, Yer də Göylərə,

Çox əllər,  uzalı qalıb əllərə,

Bülbülər, nəğmələr deyib güllərə,

Sevda pətəyindən bal süzən çox az….

*    *    *

Buludlar, göylərdə  birikən  həsrət,

Cadarlar, torpağı yaxan vüsalət,

Bir yağış damlası, torpağa “qismət”,

Həşirli dağ çayı, varsa da  çox az….

*    *    *

Ustac, sən külək bil, o Göyün əli,

Ormanlar, çəmənlər torpağın teli,

Dumduru irmaqlar, şipşirin dili,

Şimşək, odlu  öpüş, bilənsə çox az…

22.11.2016. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2016. Bakı.
Əlavə olaraq videolar burada:
https://www.youtube.com/zaurustac