DÜNYANI GÖZƏLLƏŞDİRƏN İNSANLAR – ADİL CƏFAKEŞ ANLADIR….

DÜNYANI GÖZƏLLƏŞDİRƏN İNSANLAR – ADİL CƏFAKEŞ ANLADIR….

Kim nə qədər pis desə də, dünyadan narazı, zamandan şikayətçi olsa da dünyanı  məhz sözün əsl mənasında  gözəlləşdirən  geniş ürəkli, bütün ehtiyac və təmannaların fövqündə dayanan şəxslər həmişə olmuş yəqin ki,  olacaqdır…. Belə insanlarla həyatımız boyu ən azı bir neçə dəfə mühüm məqamlarda rastlaşırıq…. Əlbətdə, bəlkə bu şans da ancaq layiqolanlara verilir… Ancaq, fakt, fakt olaraq qalır…. Belə adamlar var və biz onlarla rastlaşırıq… Aşağıdakı hekayət bəlkə də çoxlarına adi görsənə bilər… Buna baxmayaraq onu siznlə bölüşmək qərarına gəldik… Bu sözlər özünəməxsus dəstixətti ilə seçilən, tanınmış  saz-söz ustası  Adil Cəfakeşə məxsusdur:

 

publika-az1429684899539910

“1989 – cu ildə yazdığım şeirlərimi qoltuğuma vurub, yola düşüb Laçından Bakıya gəldim. Şəhər mühitinə və şəhərə bələd olmayan sadə bir kənd uşağıydım.
Soraqlaya – soraqlaya o vaxtkı “yazıçı nəşriyyatına getdim. Bəzi şair və yazıçılar şeirlərimə baxıb üzlərini turşutdular. Hətta mənim şeir yazmamağımı məsləhət gördülər. Üstəlik hədə-qorxu gələnlər də oldu. Bu vaxt tanımadığım bir orta yaşlı kişi içəri girdi. Mənə olan təzyiqləri görüb mənə yaxınlaşdı. Kimliyimi və hardan soruşdu. Bir nəfərin qabağındakl əl yazmalarımı götürüb xeyir baxdıqdan sonra bir şeirimi ucadan oxudu və üzünü orda oturanlara tutub əsəbi halda və çox sərt şəkildə dedi: bu uşaq sizin hamınızdan yaxşi şairdi. Bəsdir isdedadlı gənclərin paxıllığın çəkməyiniz. Sonra da mənimlə bərabər aparıb bir neçə şeirimi ULDUZ jurnalının redaktoru gözəl şairimiz rəhmətlik Ələkbər Salahzadəyə təqdim edib nəşr etdirdi. Demək olar ki, bu mənim şair kimi püxtələşməyimə güclü bir təkan oldu. Həmin kişi dünən dünyasını dəyişən gözəl şairimiz İlyas Tapdıq idi. Allah şairimizə rəhmət eləsin.”

YAZARLAR.AZ olaraq, böyük şairmizin yaxınlarına və onu sevənlərə səbir diləyir, Söz qədri bilən bütün insanlara başınız sağ olsun deyirik. Söz sahibləri Söz durduqca yaşayırlar buna heç şübhəniz olmasın….

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma