Məmməd QƏDİR: Mənə sarı.

10494828_505993649533779_2554676661596422446_n

Mənə sarı

Saralmayın, gözüm yollar,
Bir yar gəlir mənə sarı.
Pohrələnmiş yarpaqlarım,
Ona yaşıl, mənə sarı.

Yandım, içirt su sevdanı,
Durna eşqi, qu sevdanı,
Yaralıyam, bu sevdanı,
Mənə bağla, mənə sarı.

Ömür nədi, beş gün,-dedin,
Duruxmuşdun, çasqın dedin,
“Bir sən idin eşqim…”-dedin,
Sözün yaşıl, məna sarı.

Buta verildi, içmədik,
Çən düşdü, eşqi seçmədik,
İlahi, niyə keçmədik,
O sərhəddi, mən hasarı?!.

Müəllif: Memmed Qedir

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma