Nicat KAMALOĞLU: MƏN TANRI ŞAMANIYAM

12144947_1478409789133999_1414167688564240701_n

Nicat KAMALOĞLU: MƏN TANRI ŞAMANIYAM

 

Mən Tanrının Şamanıyam

Mən 40 əsrdən çoxdur,

Türk ruhlu şamanam.

Dualarım Tanrı dağlarında səslənir,

Altayların Bozqurdları gecə mənlə ulayır,

Sibiryanın buz küləkləri şerlərimdir mənim.

Mən Tanrını özlüyümdə tapmışam, hər an Tanrıylayam,

Tanrı mənim şerlərimdə, sətirlərimdə yaşayır.

Mən Tıva, Altay, Yakut, mən Türküstan Şamanıyam.

Göy Tanrının şaman ruhlu şairi.

Tanrının qol – qanadıyam

Mən yerdə ağac olmuşam

Əvvəlcə çarmıxda İsa,

Sonra isə xaç olmuşam

Bəşər mənim sətirlərim,

Ruhumda imana gəlim,

Şaman ruhu dediklərim,

Dualara ac olmuşam

Şaman mənəm Altaylarda,

O taylarda, bu taylarda,

Ruhum birləşib Hunlarda ,

Mən bir Yalquzaq olmuşam

Gecənin nurlu ayıyam, İrtışam, Ural çayıyam,

Mən bir Şaman duasıyam,

Tanrıya əlac olmuşam

Dua olub qəlbə dolan,

Tanrını eşidən duyan,

İbrahimdən incik olan,

Qoca Canavar olmuşam

Leylinin derdi Məcnun mən,

Göytürk, Qaraxani, Hun mən,

Ayələrdə Məhəmmədəm,

Mən bir Yalavac olmuşam

Mənə elə gəlir ki, insanlar din üstündə bir – birin ittiham etməkdənsə, hərə öz dinində və düşüncəsində Tanrıya çatsa, Tanrını bulsa yaxşı olar. Tanrı mənim ruhumdadır. Göy Tanrı məni duyur, məni anlayır, o məni eşidir. Sən Altay küləyisən, Saçlarımın ətrini, Türküstana yayırsan Sən Bilalın verdiyi, İlk əzan səsisənmiş, Bəlkə də, məni sorağlayırsan amma sən mənim üçün, bir ulu türk Şamanı, Bir ruh bilicisisən,.. Sən o Tanrı dediyim, Gözümlə görmədiyim, O ilahi bir üzün, məndəki cismisən sən  bir şaman, mən ocaq əsrlər keçsə belə, Turan adlanan yurdda, Bu ocaq susmayacaq Ocağın özü sönsə, hənirtisi qalacaq, Bu dünya daşa dönsə, qorxma ay oğul hələ, Türkü yox olan deyil, Tenqrisi qalacaq Sən ey mənim, yuxumun, Şahı, sultanı şaman, sən tanrının əlindən, doğdun, doğulmamışdan ey ulu Bozqurd, Böri, 600 ildir bu belə sən Bozqurdumsan mənim, ölsəm göylər gedən, Şaman Ruhumsan Mənim Tanrın özü şairleri, ozanları, yazarları haqq carçısı etdiki, məhz onlar bu dünyada Tanrının sözcüsü olsun. qopuz nərdə, xaqan hanı, ? Gün gələr, quraq Turanı, Göz yaşlarıyam Tanrının, göydən yerə yağıram mən…

Müəllif: Nicat Kamaloglu

 

 

 

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma