Şəmsi SƏFƏROV: ÖLÜ YOL

11737810_865499923533965_3026529918229952081_n-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f

Şəmsi SƏFƏROV: ÖLÜ YOL – bu yol Yusifcanlıya gedən yoldu…..

 

Ölü yol
(Müqəddəs yurd yerlərimizin xarabalıqlarını uzaqdan seyr edərkən ruhumun göynərtisindən çixan səslərdir bu sətirlər)

O kənd bizim kəndimiz,
Bəs onun yolu hanı?!
Kənd yoluyla tanınar,
Birinci, yolu tanı…

Müqəddəsdi bir zaman,
And içərdik :“Yol haqqı”.
İtdi mizan-tərəzi,
İtirildi yol haqqı.

Yuxularımdan keçər,
Bərənin-bəndin yolu.
Yoxsa gedib-gələni,
Ölər o kəndin yolu.

Yolu ölmüş kəndlərin,
Özü də ölər, Allah.
Dağı uçub, tökülər,
Düzü də ölər, Allah.

Bu yolun başı kəsik,
Qolları didim-didim.
Yol kəsəni yol kəsər,
Yol verin, kəndə gedim.

…Haqqdan ümid üzülməz,
Dirənsə daşa yolun.
…Durun, təzə yol çəkək,
Yolumuz Şuşa yolu.

Müəllif: Shemsi Seferov

ÖLÜ YOL – bu yol Yusifcanlıya gedən yoldu….. Bu yolun kosmosdan görüntüsü….

http://wikimapia.org/#lang=en&lat=39.972483&lon=47.051868&z=15&m=b&v=2

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma