Zaur USTAC: BAXMASIN

12295367_1556059104657136_649959886470046234_n

BAXMASIN

Belə məchul baxış yaraşmır sənə,

De, alagözlərin elə baxmasın….

Ruhun baxışını salıbdır çənə,

De, alagözlərin elə baxmasın….

*        *        *

Sən gül ki, üzündə dünya oyansın,

Aləm bu gülüşdən nura boyansın,

Fırlanan dünyamız dursun, dayansın,

De, alagözlərin elə baxmasın….

*        *        *

Asılıb baxışdan dünyanın qəmi,

Artıq sonu çatıb, yetişib dəmi,

Qov getsin kədəri, yox et ələmi,

De, alagözlərin elə baxmasın….

*        *        *

“Gözlər könüllərin aynasıdır” bil,

Qəlbində birikmiş o göz yaşın sil,

İnanki, deməyə söz tapmayır dil,

De, alagözlərin elə baxmasın….

*        *        *

Ustacı çətinə salmısan yaman,

Çox azdı ruhunun səsini duyan,

Elə baxışın var, canlara qıyan,

De, alagözlərin elə baxmasın….

28.03.2017.   Bakı.  (18.00. 30’)

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZWWW.USTAC.AZ

 

Belçikanın Ham şəhərində Qarabağ Atına heykəl qoyulub.

QARABAĞ ATI

Anası Günəşdi, atası Aydı,
Göylərdən enibdi Qarabağ Atı!!!!
Düşmənə göz dağı, dostasa haydı,
Baratdı, muraddı, Qarabağ Atı!!!!
* * *
Rəngini veribdi, ata – anası,
Yerdə, göyüzünün sanki, sonası,
Qumralı, qaşqası, teli şanası,
Hörmətdi, izzətdi, Qarabağ Atı!!!!
* * *
Dünyanı edibdi, özünə heyran,
Tüm dünya səkməyən gözünə qurban,
Ustac, belə deyib həp atan, baban,
Namusdu, iffətdi, Qarabağ Atı!!!!

21.07.2016. 23:45(15′) . Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZWWW.USTAC.AZ

Qeyd:
Belçikanın Ham şəhərində Qarabağ Atına heykəl qoyulub.

 

1490534464_at-1

Zaur USTAC: YARADIB SƏNİ

13700008_272665549780706_8991984136199361522_n

 

YARADIB SƏNİ

Bu gül cəmalına, kədər yaraşmır,

Yaradan gülməkçün yaradıb səni.

Şirin avazına, qəhər yaraşmır,

Yaradan ötməkçün yaradıb səni.

*        *        *

Diləklər içində ən ümdə dilək,

Çiçəklər içində ən incə çiçək,

Bəzəklər içində ən sadə bəzək,

Yaradan bəzəkçün yaradıb səni.

*        *        *

Yaşamın anlamın öyrənək, bilək,

Nisgili qov  getsin güldürək, gülək,

Bu gözəl dünyada sevilək, sevək,

Yaradan sevməkçün yaradıb səni.

*        *        *

Arzular qəlbində coşsun, çağlasın,

Hər günə yeni bir nəğmə bağlasın,

Dostların sevinsin, düşmən ağlasın,

Yaradan örnəkçün yaradıb səni.

*        *        *

Ustac nəğmə qoşar, deyər yorulmaz,

Nazəndə gözəllər sevər, vurulmaz,

Sənintək gözəldən diyar  sorulmaz,

Yaradan  görməkçün yaradıb səni.

27.03.2017.   Bakı.  (13.00. 30’)

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.

WWW.YAZARLAR.AZ

                və

WWW.USTAC.AZ

Zaur USTAC: ŞEHÇİÇƏYİM.

14650058_343873962629571_8357710058046663488_n

ŞEHÇİÇƏYİM
Tacısan dünyamda tüm çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim…
Sehrinə düşmüşəm, nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…
* * *
Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…
* * *
Bir kərə, bir anlıq olsa da, vüsal
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…

03.06.2010. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZWWW.USTAC.AZ

Zaur USTAC : BİLSİN

zaur

BİLSİN.

Mən dünyaya pis demərəm,

Kim nə deyir özü bilsin…

Dünya sənsən, dünya mənəm,

Aşuqqalar düzü bilsin….

* * *

Kəkələmə, kəlmə üstə,

Kimi altda, kmi üstə,

“Ot da bitər kökü üstə”,

Söz deyənlər sözü bilsin…

* * *

Seçə blmir sazla sözü,

Ayırammır odla közü,

Qarışdırıb suyla buzu,

İz sürənlər izi bilsin…

* * *

Hərə gəzir bir bəhanə,

Bu dünyanın “günahı” nə?

Çoxu bilmir heç kahı nə,

Deyir, bunu qazı bilsin….

* * *

Ustac dəyər verər sözə,

Gücü heç vaxt salmaz  dizə,

Dünyadan nə gəlsə bizə,

Arar bizi, bizi bilsin…

25.03.2017.   Bakı.  (16.00. 15’)

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZWWW.USTAC.AZ

Zaur USTAC : İNDİ

11992670_541549615996054_127419619_n

İNDİ

Səndən əvvəl nəyim vardı dünyada?
Dünya özü mənim üçün heç idi…
Söylə görüm qalıbmı heç yadında
Həmən günün nişanəsi üç idi…

* * *
Dil açanda ata-ana demişdim,
Ağzım üstə tərs şilləni yemişdim,
Bağ-baxçada nəyim vardı dərmişdim,
Sən gəlləndə gethagetdi, köç idi…

* * *
Dayan dedin tərəddüdsüz dayandım,
Oyan dedin hövlank qalxdım oyandım,
Nə gətirdin nə verdinsə həp aldım,
Bunlar mənə həyat verən bac idi…

* * *
Zaman ötüb özümə mat qalmışam,
Tay sayəndə zəngin adam olmuşam,
Bu halımdan inan tamam bihuşam,
Çox düşündüm bir yol olar gec idi…

* * *
Sən gələn gün vaxt sataşdı gözümə,
Zaman adlı yoldaş tapdım özümə,
Həmən gündən sərhəd yoxdu sözümə,
Səndən əvvəl kəlmələr də bic idi…
* * *
“Vav” yovuşub, yoldaş olub “zəbər”- lə,
Gecə mənim, gündüz mənim səhərlə,
Günəş mənim, ulduz mənim qəmərlə,
Tək olanım üzü qara sac idi….
* * *
Uzatdıqca uzanacaq siyahı,
Yer götürməz, Göy götürməz bu ahı,
Ustac sorar nədə olub günahı,
Günahsızı dustaq etmək suç idi…
27.07.2014. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZWWW.USTAC.AZ

Zaur USTAC: GÜLSÜN

13731485_302409796775759_5594060651518862533_n

GÜLSÜN

Bir baxıb, baxmamaq olurmu, gülüm?
Dil qəlbin oxusun, göz gözə gülsün…
Qaynayıb, axmamaq olurmu, gülüm?
Sözlər gül qoxusun, göz gözə gülsün…
* * *
Al rəngli tər qönçə bəzək gül üzə,
Ruhun mehman ola, gəzək gül üzə,
Süz dolsun qədəhlər içək, gül üzə,
Üz üzə toxunsun, göz gözə gülsün…
* *
Ustacam, söyləməm, heç zaman yarın,
Çoxdan cəzbindəyəm, sənin tək yarın,
Əgər, inanmırsız bu qəlbi yarın,
Arzular qovuşsun, göz gözə gülsün…
22.05.2015. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZWWW.USTAC.AZ