RAHİM ÜÇOĞLANLI : DAHA QƏM YÜKÜNƏ DİZİM ÖYRƏŞİB

13872925_1734294990152317_526155371049050644_n

DAHA QƏM YÜKÜNƏ DİZİM ÖYRƏŞİB

Deyirsən özünə öyrətmə,gecdir.,
Daha gül üzünə,üzüm öyrəşib..
Çönüb özgə yerə baxmaq istəmir,
Daha gözlərinə,gözüm öyrəşib..

Gözəlim,bacara bilmirəm daha,
Qəlbim vərdiş edib amana,aha..
Kədəri alıram sevincdən baha,
Daha qəm yükünə dizim,öyrəşib..

Səmti itirmişəm,səmtinə yönəm,
Çətin ki,qayıdıb qibləmə dönəm..
Başdan ayağacan harayam,ünəm,
Daha qor olmağa,közüm öyrəşib..

Necə uzaq durum,ay canım gözüm,
Sən artıq olmusan özümdə,özüm..
Bir şeir yazmasam de necə dözüm,
Daha, qələmimlə sözüm öyrəşib.!

Rahim Üçoğlanlı Rzayev
Ağdam – 11.03.2017

Müəllif: Rahim Ucoglanli

Advertisements

RAHİM ÜÇOĞLANLI : DAHA QƏM YÜKÜNƏ DİZİM ÖYRƏŞİB” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma