Zaur USTAC : TUTQU şeiri.

 

13256361_1741242712801095_5907908279862183422_n

 

TUTQU
(Qurbaninin ruhu şad olsun…)
Qönçə dodaqların bal süzür indi,
Kişmişin yaxşısı quşa qalan tək….
Taclı tər çiçəyin, məs gəzir indi,
Aranın al narı Muşa varan tək….
* * *
Qırmızı, gündöyən yeri almanın,
Dümağdı, gündəyməz zehi heyvanın,
Paçalı, bütövdən şirindi narın,
Şərabın köhnəsi nuşa yatan tək….
* * *
Ustacın bir mərrə ağlı qalmayıb,
Nə çox, dağlar yarıb, səhra dolanıb,
Armudun yaxşısı ayıya qalıb,
Naşının xırmanı qışa qalan tək….
21-23.04.2016. (11:25) . Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZWWW.USTAC.AZ
#zaurustac

Advertisements

Vəfa Mürsəlqızı : Ümid şeiri.

13227298_593833864111138_1182358454800232624_o

 

Ümid

Hər şeyi bilirəm, demə əzizim,
Ürəkdə nə qədər ağrın, acın var,
Bəlkə də hardasa mənim ümidə,
Sənin ayrılığa ehtiyacın var.

Gücüm yox sadəcə çıxıb getməyə,
Titrək dodağımla , öpüb gözündən,
İsti nəfəsini duyduğum kəsin,
Mən yaman qorxuram payız üzündən.

Bürün ilıq-ilıq xatirələrə,
Bağla pəncərəni, payızdır artıq,
Hər qadın bir dəfə dönür mələyə,
Bir mələk bir dəfə enir nə yazıq.

Bəlkə də, bəlkə də ümid var hələ,
Hələ də qopmayan bağlarımız var,
Durna qatarına qoşulub gedək,
Bizim də hardasa baharımız var…

Müəllif: ©  Vəfa Mürsəlqızı

Elnur Qərari: İNTİZAR şeiri.

 

 

18057900_1198449873597498_8558196670842235397_nİNTİZAR

Yardan ayrı düşüb divanə könlüm,
Yenə bulud kimi dolmuşam ALLAH!
Baş-başa qalmışam xatirələrlə,
Yaman saralmışam, solmuşam ALLAH!

Üzü dönük çıxıb ilk məhəbbətin,
Pozulmuş əhvalım düzələr çətin,
Nə vaxtdir qəıbimi uzen həsrətin, —
Qəmini ürəyə salmışam ALLAH!

Məni tənha qoyub bu gen dünyada,
Hicrindən Kərəmtək yanmışam oda,
Yenə nazlı yarı salmışam yada,
Şirin xəyallara dalmışam ALLAH!

Qohumdan, qardaşdan uzaq gəzirəm,
Hərdən inciyirəm, hərdən küsürəm,
Yarın həsrətinə necə dözürəm!?
Bu gücü mən hardan almışam ALLAH!?

Baxıram hər yanda yeri görünür,
Ürəyim kədərə dərdə bürünür,
Nə xəbər göndərir, nə geri dönür,
Bir sözdən asılı qalmışam ALLAH!

26.04.2017

Müəllif:   ©  Elnur Qərari

Zaur USTAC: ÇIX şeiri.

13529150_262485504132044_3890479089236313577_n

ÇIX

Biçarə aşiqdə qalmayıbdı can,
Dilə çıx, fayda yox ürək sözündə….
Bərzəxdə yaşamaq zordan zor inan,
Felə çıx, işartı görüm üzündə….
* * *
Nədən gen qaçırsan, bilməm ki, məndən,
Görsət gül üzünü, Gün şıxsın çəndən,
Qəlbinin səsini duyuram bəmdən,
Zilə çıx, arzular gülsün gözündə….
* * *
Ustacı qoymusan çölün düzündə,
Sarı güllər bitib, çoxdan izində,
Haçansa talemiz gülər bizim də,
Fala çıx, hikmət var elin sözündə….
23.07.2015. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZWWW.USTAC.AZ
#zaurustac

Zaur USTAC : GÖR şeiri

10262169_236216999903838_4091134773383912687_n

GÖR

İçimi içindən yeyən arzular
Qorx, bir gün yığışıb canımı üzə,
Neyləyim, bu könül səni arzular
Bax, nələr gözümdə çıxıbdı üzə…
* * *
Demirəm, özünü gəl unut tamam,
Bunu istəmirəm, mümkünsüz, tamam,
Səndən istəmirəm, bir baxış tamam,
Gözucu bir nəzər ayıbmı üzə???
* * *
Gör, işin harası dil açıb Ustac,
Xəfif təbəssümə qalıbdı möhtac,
Əlacı onadı eləyib merac,
Günəşin səmt tutub, yön alıb üzə…
24.05.2015. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZWWW.USTAC.AZ