Vahid ÇƏMƏNLİ: AĞDAMIM, AĞDAMIM…

vahid

ÇAĞDAŞ  AĞDAM  ƏDƏBİ  MÜHİTİNİN  NÜMAYƏNDƏLƏRİ  SİLSİLƏSİNDƏN:

 

 

Yadına düşəcəyəm…

 

Riyaziyyat müəllimi
Tez-tez “Vahid” deyəcək.
Dostlar məni anacaq,
Dostlar köks ötürəcək,
Yadına düşəcəyəm.

Küçə dardı, sığmayır
Bura qoşa adamlar.
Bəs hardadı görəsən,
Küçənin darlığından
Eyləyən giley-güzar.
Küçənin ortasında,
Donub, sanki bir xəyal-
Qoşa addım səsini
Dinləyərsən nitqi lal…
Küçənin daş yaddaşı
Varaqlanar küləklə.
Bir vaxt “çıx get” deyərkən,
Mən çevrilib gedəndə,
Sönən ayaq səslərim
Yenə həmin ahənglə
Səslənəcək ürəkdə,
Yadına düşəcəyəm…

Yasəmən budağına
Yenə quşlar qonacaq.
Bahar təbəssümünlə
İsinən tər ləçəklər,
Həsrətli ahlarından
Alışacaq, yanacaq.
Çox sevdiyin gözlərin
Bulud kimi dolacaq.
Əksim üstə göz yaşın
Zərif naxış salacaq,
Yadına düşəcəyəm.

Arabir darıxanda,
Gəzməyə çıxacaqsan.
Baharda yarpaqlarda,
Qışda bəyaz qarlarda
Əksinə baxacaqsan.
Bəzən körpə uşaq tək,
Dodağını büzərək
Hara boylanacaqsan?
Baxıb xoşbəx halına
Güləcəyəm doymadan…
Mən ki az-az gülərdim,
Qaraqabaqdım yaman,
Xəyalına duman tək
Qonacağam bircə an,
Yadına düşəcəyəm.

Gözlərindən qızartı
Çəkən əlvan üfüqlər,
Günəşin batdığını
Sənə verəcək xəbər.
Günəşın qayıtmağı
Bir də qaldı sabaha.
Bir axşam Günəş kimi
Batsam da üfüqlərdə,
Sabah yenə Günəş tək
Gələn deyiləm daha.
Sən də qəlbində ümid
Ta gözləmə sübhədək,
Səhər mənsiz gələcək,
Günəş mənsiz gələcək,
Yadına düşəcəyəm,
Yadına düşəcəyəm…

 

 

 

Hər kiməm, beləyəm…

Hər kiməm, beləyəm, öz aləmim var,
Bir tufan çağlayır içimdə mənim.
Durub boylanıram yar gələn yola,
Od tutub alışır içim də mənim.

Fərqi yox yolların enişi, diki,
Gedirəm boz gurd tək, bir aslan təki,
Sözdən bal çəkirəm, yüküm bal yükü,
Bal verir arım da, beçəm də mənim.

Vətənim ürəyim, vətənim qalam,
Nə qədər xam yerdə hələ iz salam…
İnana bilmərəm yollarda qalam,
Səliqə-səhman var köçümdə mənim

Dəli Çəmənliyəm, ürəyim dolu,
Basaram bağrıma mən sağı, solu,
Getdiyim Haqq yolu, ədalət yolu,
Yollar Tanrınındı, seçim də mənim!

Baxıram göy üzü sanki bir ayna,
Qardaşım, yaxşı bax yollara, dayna…
Könlünü şad elə, qol götür oyna,
Ruhum var bu ölçü-biçimdə mənim.

Yanar bir baxışla aşıqın canı.
Mərd ol, dözümlü ol, iradən hanı?
Dərdi ver dağlara, bir süz dörd yanı,
Qəmin də mənimdi, qəmçın də mənim!

Vahidəm, düşmərəm heç xam xəyala,
Ölərəm, kimsədən qalmaram dala.
Ömür köhlənimi çapım dördnala.
Yollarda çıxacaq dincim də mənim.

 

 

DOSTUM

Hesabdan əlasan, əhsən huşuna…
Baxmaram ömrünün cavan yaşına.
Dünyanın dərdini yığıb başına,
Mənə dərdini çək, deyirsən, dostum

Dağda dəyirmanın, xırmanda dənin,
Çəməndə naxırın, dəryada gəmin,
Özün də göylərdə – bala, nə qəmin?,
Niyə baş güzünə döyürsən, dostum?

Fikirdən, xəyaldan gərginəm, gərgin,
Bəxtimi özümdən saldınm didərgin,
Sevincdə keçəri, qəm də ötərgi,
Niyə ürəyini yeyirsən, dostum?

Çox da aciz bilmə məni ay dədə,
Yüz yerim ağrısa, alsam min zədə,
Çəkilən deyiləm mübarizədən,
Deyəsən qapımı “döyürsən”, dostum?

Dərd etmə özünə may belə getdi,
Xəzan belə gəldi, yay belə getdi,
Ömür belə gəldi, ay belə getdi,
Çatmazsan, dalınca yüyürsən, dostum.

Ömrə zinət verər hər şeyin safı,
Yaman çox uzatdıq deyəsən lafı,
Mən bir söz aşiqi, sən söz sərrafı,
Maşallah, dedikscə deyirsən, dostum…

 

Şirvanın…

Bu torpaqda bu yurdda,
Sabirin səsi yaşar.
Nəsimi ülviyyəti,
Səhhət həvəsi yaşar,
Xəqaninin, Seyyidin
Ölməz nəfəsi yaşar,
Od oğlu, od qızıdır
Hər övladın, Şamaxı.

Qucağı bol bəhrəli
Düzlərindən keçəndə,
Şeh qoxulu gülləri
Dəstələyib biçəndə,
Pirsaatın suyunu
Ovuşlayıb içəndə,
Sandım, axdı qanıma
Yanar odun, Şamaxı

Çiçək olar ürəyim
Pirqulu yaylağında,
Günəş olub yanaram
Dədəgünəş dağında,
Bir gilə üzüm yedim
Barlı üzüm bağında,
Damağımdan getmədi
Bu bal dadın, Şamaxı

 

Müəllif:  Vahid Çəmənli

Vahid Vahid

Vahid Gasimov

 

MÜƏLLİFİN ÖZ SƏSİ İLƏ  – Ağdam,səni düşündükcə. . .  ŞEİRİ:

Advertisements

Bu gün Azərbaycanda milli Sevgililər Günüdür – YAZARLAR.AZ

 

 

SEVGİ

 

Bu gün Azərbaycanda milli Sevgililər Günüdür
Bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.

İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda – nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod Ilham Allahverdiyevin adını daşıyır.

1989-cu ilin 30 iyununda da vağzalı sədaları altında Fərizə İlhamgilə köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə, hazırkı “20 Yanvar” dairəsində vurulub.

Ailə İlhamı həmin günü xəstəxanalardan birində tapır. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.

Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Amma qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra bir qab sirkəni içir. Və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirməyə taqəti olmur.

Bətnindəki körpəni də özü ilə məzara aparır…

Müəllif: Leyla Hesenova

Zaur USTAC: – STEREOTİPLƏRİ  YOX  EDƏN  ADAM.

İlham m y

ON  İKİNCİ  YAZI

STEREOTİPLƏRİ  YOX  EDƏN  ADAM.

 

Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, Sizinlə növbəti görüşə şans verdi. Bugünkü söhbətimizin mövzusu çox ciddi və yaşam boyu həmişə aktual olmuş və belə görünür ki, hələ bizi, bizdən sonrakıları da narahat edəcək bir məsələdir. Yəqin ki, hamımız bu sözü ya çox işlədirik, ya da heç olmasa eşidirik: – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…” və s. buna oxşar kəlmələr demək olar ki, addımbaşı; işıq idarəsində, su idarəsində, qaz idarəsində, təhsil və uşaq müəssisələrində, nəqliyyat vasitələrində bir sözlə hələlik  ASAN xidmət ofislərindən başqa hər yerdə istər dövlət, istərsə də, özəl təşkilatlarda qulağımızı deşir… Belə məqamlarda kimi haqq qazandırır, kimi qınayır. Adətən bu cür hallarda hansısa bir yarıtmaz fərdə görə bütün bir kollektivi – özümüzü – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…”- deyib qınayırıq. Sözsüz ki, məsələn, bütün sürücülər və ya satıcılar kobud deyil… Biz isə birinə görə hamımızı qınayırıq. Şübhəsiz ki, məntiqi olaraq vəzifəsinin öhdəsindən bacarıqla gələn xidmətçilər, qulluqçular, operatorlar, tərbiyəçilər, müəllimlər çoxdur. Lap əvvəldən ənənəvi mətbuatı (1987- ci ildən üzü bəri),  son zamanlar isə texnologiyanın sürətli inkişafından bəhrələnərək elektron kütləvi informasiya vasitələrini müntəzəm izləyən bir şəxs kimi onu da xüsusi qeyd etmək istəyirəm ki, xırda bir nöqsanı böyütməkdə, – qarışqa fil məsələsi – yaymaqda peşəkar olub, canfəşanlıq göstərsək də, yaxşı hallara, müsbət keyfiyyətlərə qarşı belə həssaslıq göstərmirik. Əksinə görməzdən gəlirik. Halbuki, tam tərsi olmalı, yaxşıları nümunə üçün yazmaq, yaymaq lazımdır. İndi gələk əsas məsələyə hər hansı bir kollektivdə vicdanlı  işçilər olsa da, rəhbərlikdə bacarıqlı, peşəkar, qətiyyətli, iradəli, tələbkar şəxs olmadıqda istər-istəməz biz yuxarıda sadalanan hallarla rastlaşırıq. Yəni, bir təşkilatda istər on müdir və ya menecer dəyişsin hər gələn öz iradəsini, qətiyyətini ortaya qoymayıb, “belə gəlib belə də gedəcək…” prinsipinə əsasən sadəcə işə gəlib – getsə, əlbətdə, hər şey olduğu kimi köhnə qayda ilə davam edəcək. Ancaq, həmişə belə olmur. Ellə hallar var ki, onunla rastlaşan kimi mütləq yazmaq və yaymaq lazımdır. Belə halların biri ilə mən may, iyun ayları Şamaxıda  olarkən rastlaşdım. Söhbətin məğzinə birbaşa səksən üç yaşlı Qulu babadan sitat gətirməklə  keçmək istəyirəm: – “A kişi, 58 – dən (1958-ci il nəzərdə tutulur) bu məktəb bura köçüb, hələ belə şey olmamışdı. Mən özüm də burda  aqranomluğu (1963 -1968) oxumuşam, dövlət imtahanında direktor Mayis  (Səfərov) müəllim dedi ki, Fərəqə müəllim danış  Qulu eşitsin… Oxumaq nə gəzirdi, dəftər idi pulla alıb, uşaqlara yazdırıb aparıb verirdik… İndi belə deyil, hamı təzə direktoru tərifləyir. Camaat başına and içir… “ Onu qeyd edim ki, Qulu babanın evi mənim üçün də doğma olan Şamaxı Dövlət Regional Kolleci ilə düz üzbəüz yerləşir. Qulu baba da yay – qış həmişə küçədə görərsən. Soruşanda da deyir ki, məni belə gümrah saxlayan havadır. Mənə məlum olanlardan əlavə, Qulu baba   və  bir neçə tələbə ilə söhbətdən sonra məlum oldu ki, bu ilin yanvar ayından sonra kollecə yeni təyin olunan direktor – İlham müəllim ilk gündən öz iradə və qətiyyətini ortaya qoyaraq, Qulu baba demişkən  58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənəni bir kəlmə – “OLMAZ “ ilə aradan qaldırmışdır. Onu qeyd edim ki, Qulu baba ilə, tələbələrlə hər söhbətdə yazı beynimdə formalaşır, İlham müəllim haqqında, axına qarşı üzən, illərdən bəri  formalaşmış stereotipləri qırıb, məhv edən  adam obrazı gözüm önündə canlanırdı. Odur ki, mütləq İlham müəllimlə şəxsən görüşmək, kəlmə kəsmək qərarına gəldim. Ancaq,  görüşdən əvvəl bu il  məzun olacaq əyani şöbənin tələbələrindən Nofəllə, Nemətlə, qiyabiçilərdən Elgün, Sədayə, Fariz, Fəridə, Nərmin, Paşa, Fatimə, İbrahimxəlil, Zöhrə və başqaları ilə maraqlı söhbətlərim oldu. Tələbələr də,  Qulu  baba deyənləri  təsdiqləyirdi. Əyani şöbədən məzun olacaq Nofəl deyir ki, İlham müəllim özü şəxsən dəfələrlə siniflərə girib, akt zalına iclaslara toplayıb bildirib ki, heç kim oxumaqdan başqa yol fikirləşməsin. Qiymət almağın bir yolu var, o da oxuyub cavab vermək. Biz sonuncu dəfə söhbət edəndə Nofəl artıq dövlət imtahanların da verib qurtarmışdı. O, imtahanlardan, yaradılmış şəraitdən ağızdolusu, böyük razılıqla danışırdı. Qiyabiçi  Paşa  bildirdi  ki,  yay  sessiyasına gələn kimi İlham müəllim onları da  şəxsən  akt  zalında iclasa  toplayıb, vaxtdan səmərəli istifadə etməyi, fənn müəllimləri ilə əlavə məşğul olmağı tövsiyə edib və müəllimlərə tapşırıqlar verib. Nəticə göz qabağındadır. İndi onlar sessiya  və dövlət imtahanlarını müvəffəqiyyətlə verib, məzun olacaqları günü gözləyirlər. Bütün  bu xoş, sevindirici xəbərlərdən sonra 22 iyun 2017-ci il tarixində İlham müəllimlə görüşdüm.

Qısa arayış:

Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi  ( inanıram ki, xəbərəbaxanların  hamısı bu kəndi tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə  indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif  vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

Görüş və söhbətimiz  çox səmimi alındı. İlham müəllim olduqca xoşxasiyyət və mehriban bir şəxsdir. Eyni zamanda olduqca təvazökardır. Söhbəti əsasən Qulu babadan eşitdiklərim, tələbələrin razılıqları, ümumilikdə camaatın fikri üzərində qurdum. Xüsusi ilə Qulu babanın 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənə məsələsinin üstünə gələndə xəfifcə gülümsəməklə kifayətləndi. Bunula belə İlham müəllim xüsusi heç nə qeyd etmədi. Söz hər dəfə görülən işlərdən düşəndə sadəcə onu deməklə kifayətlənirdi ki, biz öz vəzifəmizi yerinə yetiririk. Narazılıqla onu da qeyd etdi ki, siz camaat danışana çox da fikir verməyin hələ görüləsi o qədər iş var ki… Biz yalnız vəzifəmizi yerinə yetiririk, xalqa xidmət edirik… Məncə  hamı  dayandığı  mövqedə öz işinin öhdəsindən layiqincə gəlməyə çalışsa nəticələrimiz daha ürəkaçan olar… İlham müəllim danışdıqca öz-özümə deyirdim, nə yaxşı ki, Sizin kimi ziyalılarımız var. Nə yaxşı Sizi tanıdım. Nə yaxşı Sizinlə həmsöhbət oldum. Sonda İlham müəllimə bütün bunlar barədə kiçik bir yazı yazmaq fikrim olduğunu bildirdim və materiala əlavə kimi bir foto çəkmək üçün icazə istədim. Sağ olsun təklifimi isti qarşıladı,  etiraz etmədi. Bir-neçə sual verib, fotonu çəkib, sağollaşıb ayrıldıq. Qəbul etməyindən, yola salana qədər, bütün söhbətimiz boyu İlham müəllim o qədər xoş təsir bağışladı ki, istər-istəməz deyilənlərin çox az olduğu qənaətinə gəldim. Ani olaraq söhbətimizin əvvəlindəki müxtəlif təşkilat, xidmət sahələrindəki problemlər yadıma düşdü və onların hamısına sidqi – ürəkdən uca Yaradandan İlham müəllim kimi bacarıqlı, qətiyyətli, iradəli ortaya iş qoymağı bacaran bir təşkilatçı, rəhbər arzu etdim.  Yolboyu Bakıya qədər düşünmüşəm, bir yandan asandır, bir yandan çətin. Zarafat deyil dayanmadan hərəkətdə olmalı axına qarşı üzməlisən. Qətiyyət və iradə rəhbər işçi üçün vacib şərtdir. Özün də bilirsən ki, bu, illərdir belədir, necə deyərlər hamının canına-qanına hopub. Bilirsən ki, belə olmaz, desən ya sənə inanmayacaqlar, ya inanmaq istəməyəcəklər, ya inana bilməyəcəklər… Ancaq, sən bu gündən “bu”, “belə olacaq” deyirsən və irdə, qətiyyət göstərərək sübut edirsən ki, bəli “belə eləmək” olur… BU HƏQİQƏTƏN DƏ BELƏDİR.

  1. 06. 2017. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Təvəkkül Goruslu – BİLİN, MƏN BELƏYƏM.

11241617_676012729197109_2760167283180963671_n

 

BİLİN, MƏN BELƏYƏM. . .

Bir ömür yaşadım, oldum səmimi,
Saxta şübhələrlə yormayın məni.
Pozmayın sevinci, şadlıq dəmimi,
Çırpmayın daşlara, qırmayın məni!

Sevgi göz yaşları, ağlamaqdırsa,
Ay belə məhəbbət, keç, istəmirəm.
Könülü, ürəyi dağlamaqdırsa,
Mən belə sevdanı heç istəmirəm.

Bir görüş, vüsalçün çırpınıramsa,
Bir eşqin məhvinə səbəbkarmıyam?
Həsrətdən, hicrandan yıpranıramsa,
Söyləyin, ay ellər, günahkarmıyam?

Məşuq aşiqinin gülü olmalı,
Yalnız ətirini ona saçmalı.
Aşiq məşuqunun qulu olmalı,
Bir ömür sevməkçün qucaq açmalı!

Bilin mən beləyəm, bilin mən buyam,
Çətin sevdiyimdən, sevgimdən doyam.
Olarsa sevgidə anlayış, inam,
Ol sevgi Quranım, ol sevgi ayəm!

28. 06 2017

 

 

SÖYLƏRLƏR

Talelər taxtada atılan zərmiş,
Biri güllə yemiş, biri gül dərmiş,
Birin fələk sərmiş, birin fel sərmiş,
Söylərlər, bunların hamsı qədərmiş,
Tanrım, dünya səndən uzaqmı yermiş !

Yarı gecəymişsə, yarı səhərmiş,
Azı sevinc imiş, çoxu qəhərmiş,
Kiminə şərbətmiş, kimə zəhərmiş,
Söylərlər, səbr elə, bunlar qədərmiş,
Tanrım, dünya səndən uzaqmı yermiş!

Zalım peyda olsa, yurd, yuva yıxsa,
Cahanı, bəşəri alovda yaxsa,
Qan töksə, göz yaşı sel kimi axsa,
Söylərlər, səbr elə, qəza qədərmiş,
Tanrım, dünya səndən uzaqmı yermiş!

Yağsa, leysan olsa, sellərə düşsən,
Külək, tufan olsa, yellərə düşsən,
Günahın olmasa dillərə düşsən,
Söylərlər, səbr elə, qəza – qədərmiş,
Tanrım, dünya səndən uzaqmı yermiş!

Tanrıda, Allahda yox belə bir ad,
İnsanlar ” şeytan”dan umduqca imdad,
“Şeytan ” da “qədər “i eyləmiş icad,
Bəndələr, imanlı, inamlı olun,
Şeytana tapşırmaz Tanrı öz qulun!

27. 06. 2017

 

 

GÖZLƏRİM YOL ÇƏKİR. ..

Gözlərim yolların ağına düşüb,
Solunu izləyib, sağına düşüb,
Sevdanın bir payız çağına düşüb,
Gözlərim yol çəkir, yollara çıxsan!

Yox olub uyğusu, yuxusu qaçıb,
Səhəri yollarda, izlərdə açıb,
Sən gələn yollara nurunu saçıb,
Gözlərim yol çəkir, yollara çıxsan!

Bu könlüm gözümdən yolunu salıb,
Nisgilli həsrətlə xəyala dalıb,
Sonsuz, nəhayətsiz yollarda qalıb,
Gözlərim yol çəkir, yollara çıxsan!

Yolların kələfin götür əlinə,
“Ya Allah ” kəlməsi gəlsin dilinə,
Uyma əğyarların fitnə – felinə,
Gözlərim yol çəkir, yollara çıxsan!

26. 06. 2017

 

Müəllif:  Təvəkkül Goruslu Məmmədov

Zaur USTAC: BU BELƏDİR.

Asger

 

BU BELƏDİR

 

Nədir yenə, ümman kimi,

çalxalanıb, coşdun, ürək?

İçindəki bu təlatüm,

bu oyanış de nə demək?

Həsrətdənmi, nisgildənmi,

Ürək, yenə çağlayırsan?

Anasına həsrət qalmış,

Körpə kimi, ağlayırsan…

İçindədir; ümid adlı,

qığılcımın od-alvu,

tərslik etmə, dəli könül,

intizara alış, yovu!!!

Həqiqətlər qarşısında,

Biz gücsüzük, biz heç nəyik,

Dinlə məni deyim, ürək,

Biz nəçiyik; şan-şöhrətli,

– “hüququndan keçmiş əsgər”,

həmdəminə həsrət canıq,

bəzən canlı, bəzən cansız,

biz “robotuq”, biz “əşyayıq”…

Bu torpaqdan yoğrulmuşuq,

Bu torpaqdan doğulmuşuq,

Yardan əfsəl, anamızın

Qulluğuna buyrulmuşuq!!!

15.04.1995. Marağa.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZWWW.USTAC.AZ

Подарила бы счастье – Наргиз Курбанова

11750693_1608055676131114_5059849160804820734_n

Подарила бы счастье

В ЭТОМ МИРЕ ПЕЧАЛИ, В ЭТОМ МИРЕ ТОСКИ,
Я ХОЧУ,ЧТОБ МЫ СТАЛИ ДРУГ К ДРУГУ.БЛИЗКИ,
ПОДАРИЛА БЫ СЧАСТЬЕ, ЖАЛЬ…ЕГО НЕ ДОСТАТЬ…
ЧТОБ МОГЛИ МЫ С ТОБОЮ СЧАСТЛИВЫМИ СТАТЬ.Я БЫ МОРЕ ВЕСЕЛЬЯ ПОДАРИЛА ТЕБЕ,
ЧТОБЫ ЛУЧ НАСТРОЕНЬЯ ЗАСИЯЛ НА ЛИЦЕ,
МНЕ Б СОГРЕТЬСЯ УЛЫБКОЙ, И УТКНУТЬСЯ В ПЛЕЧО,
ПОДАРИЛА БЫ СОЛНЦЕ,  ЖАЛЬ…ОНО ГОРЯЧО….

Я ХОЧУ ТВОИМ СЕРДЦЕМ,  ДЫХАНИЕМ СТАТЬ,
И, КАК МАТЬ НАД МЛАДЕНЦЕМ, ДО РАССВЕТА НЕ СПАТЬ,
ПОДАРИЛА Б ЛУНУ Я , ЖАЛЬ…. ОНА ВЫСОКО….
ПОДАРИЛА БЫ ЗВЁЗДЫ, ЖАЛЬ….ОНИ ДАЛЕКО…

Я ХОЧУ ТВОИ ПЛЕЧИ, , УТРОМ РАННИМ ОБНЯТЬ,
СЛУШАТЬ СЛАДКИЕ РЕЧИ,, ДЕНЬ И НОЧЬ ЦЕЛОВАТЬ,
Я Б ВЕСЬ МИР ПОДАРИЛА, ЖАЛЬ…ЕГО НЕ ОБЪЯТЬ,
ЧТОБ ТВОЕЙ ПОЛОВИНКОЙ, ХОТЬ ЧАСТИЧКОЮ СТАТЬ.

Я ХОЧУ ТЕБЯ СТРАСТНО, И НЕЖНО ЛЮБИТЬ,
ЧТОБ БЕЗУМНЫЕ ЛАСКИ ТЁМНОЙ НОЧЬЮ ДАРИТЬ,
НАСЛАЖДАТЬСЯ ЧЕРТАМИ, ВИДЕТЬ СЧАСТЬЕ В ГЛАЗАХ,
Я БЫ РАЙ ПОДАРИЛА С АРОМАТОМ В УСТАХ.

КАК ДЖУЛЬЕТТА, ГОТОВА ТЕБЕ ЖИЗНЬ Я ОТДАТЬ,
ЧТОБЫ БЫТЬ С ТОБОЙ СНОВА, И ДУШОЙ ТВОЕЙ СТАТЬ,
Я ХОЧУ, ЧТОБЫ БИЛИ ВМЕСТЕ НАШИ СЕРДЦА,
ЧТОБЫ ВЕЧНО ЛЮБИЛИ, МЫ ВСЮ ЖИЗНЬ,ДО КОНЦА…

ВСЁ ТЕБЕ ПОДААРИЛА, НЕ ОСТАЛОСЯ СЛОВ,
НО ОДНО ПОВТОРЮ Я, ЭТО СЛОВО – ЛЮБОВЬ!
ЧУВСТВО ЭТО СВЯТОЕ, ОНО СВЕРХУ. ДАНО,
ОТДАЛА ТЕБЕ ВСЁ Я, А ПРОШУ, –  ЛИШЬ ОДНО….

ХОЧУ СЧАСТЬЯ ПРОСТОГО,-  БЫТЬ ЛЮБИМА ТОБОЙ,
МНЕ НЕ НАДО ДРУГОГО, – ТЫ (!) ОСТАНЬСЯ СО МНОЙ!!!

Тобой пьяна была я…

Как хочется в твои глаза взглянуть,
Иначе разобраться в чувствах сложно,
Утраченное счастье вновь вернуть,
Хотя, я знаю,…это невозможно…Уж солнце за черту давно зашло,
Когда с тобою мы расстались,
Ну, почему всё так произошло?
Мы на прощанье… даже не обнялись.Я часто доказать себе пыталась,
Что я сильна, и вовсе не сломалась,
Но каждый раз в себе я ошибалась,
И, вновь поверив, снова обжигалась.Напрасно столько сил своих истратив,
Себя я изводила до предела,
Такой уж у меня характер,
Мне ни к чему всё это было делать!…

Подсказывало сердце мне:- Не верь!
Что ждут меня с тобой одни невзгоды,
Тобой пьяна была я,…но теперь,
Я не войду в одну и ту же воду!

Ты ловко обманул меня, я знаю…
Такая, видно, у меня судьба,
Но я тебя ни в чём не обвиняю,
Наверно, виновата я сама….

ЕСЛИ БЫ ТЫ ЗНАЛ

Тлеет огонёк моей души,
Маленькая искорка надежды,
Я прошу, её ты не туши,
Будь со мною ласковым,..и нежным…
Стоит лишь увидеть мне тебя,
Становлюсь пунцовой я от краски,
Страстью заливается душа,
Я любви хочу твоей,..и ласки…
Сластью переполенные губы,
Будят чувства, спящие во мне,
А глаза, -сиянье изумрудов!
Как трава весеняя, в росе…
Сердце гложет от тоски, во тьме,
Если бы ты знал….как ты мне нужен…
Прилечу на крыльях я к тебе,
Только позови,…и в зной, и в стужу!
Запахом хочу твоим дышать,
Утолить любви и страсти жажду,
Не могу я чувств своих унять,
Поцелуев жду твоих, как счастья….
Я хочу почувсвовать тебя,
Страстью и любовью поделиться,
Отдала б тебе я всю себя,
Чтоб тобою вдоволь насладиться.
Как же мне унять свой страстный пыл!?
Ты, ведь, всё равно меня не слышишь….
Для меня ты будешь, есть , и был,
Даже, если ты меня не видишь!
Погаси очаг моей души,
Окропи холодною водой,
Может так потухнут угольки,
И останется лишь дым седой…
—————————————-
ПЕРВОИСТОЧНИК;

YENİ KİTAB: “BEKLENEN DOLUNAY” – NARGIS

 

YAZARLAR.AZ  TƏQDİM  EDİR:

 

yk

YENİ KİTAB: “BEKLENEN DOLUNAY” – NARGIS

“Biliyor musun Angele, ruhsal everen, görünmez, sonsuz ve tüm iyilikleri bünyesinde tpolayan Tanrı tarafından yaratılmışdır. Dünya ise, buna karşıt olmak üzere Şeytan’ ın yaratımıdır. İyileştirilemez; öylece kalacakdır. Ancak, ….” – yuxarıdakı sətirlər “BEKLENEN DOLUNAY”,  Müəllif: Nargis kitabındandır. Maraqlı kitabdır.

YAZARLAR.AZ olaraq, müəllifə yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

Rafiq AĞDAMLI – CAN QARABAĞİM

aafag

ÇAĞDAŞ  AĞDAM  ƏDƏBİ  MÜHİTİNİN  NÜMAYƏNDƏLƏRİ  SİLSİLƏSİNDƏN:

 

CAN QARABAĞİM

YAMAN AĞİR DƏRDDİR VƏTƏN HƏSRƏTİ,
FİKRİMDƏN ÇİXMAYİR YURD, YUVAM QƏTİ,
BƏLALAR BÜRÜYÜB BU MƏMLƏKƏTİ,
ALOVLAR İÇİNDƏ HƏM SOLUM, SAĞİM,
İLLƏRDİR İNLƏYİR CAN QARABAĞİM.

ARZULAR PUÇ OLDU, ÖMÜR DƏRBƏDƏR,
HƏSRƏTİN İÇİNDƏ BİZİ BOĞUR SƏR,
YALANLAR, HİYLƏLƏR DÜŞMƏNDƏN BETƏR,
YURDSUZ XOŞ KEÇMƏYİR ÖTÜŞƏN ÇAĞİM,
İLLƏRDİR İNLƏYİR CAN QARABAĞİM.

DƏRDİN QƏLB SİZLADİR, BAŞİN DUMANLİ,
SƏNSİZ BİZ HEÇ NƏYİK NÖKƏRLİ, XANLİ,
YAŞAMAQ DEYİL Kİ, OLSAQDA CANLİ,
QOVRULDU, KÜL OLDU KÖKSÜNDƏ BAĞİM,
İLLƏRDİR İNLƏYİR CAN QARABAĞİM.

BOĞUR ÖZ İÇİNDƏ CƏHALƏT BİZİ,
YAMAN EYLƏDİLƏR HEY ALƏT BİZİ,
SİNDİRDİ, MƏHV ETDİ BU HALƏT BİZİ,
YÜKLƏNDİ ÜST-ÜSTƏ BELƏCƏ DAĞİM,
İLLƏRDİR İNLƏYİR CAN QARABAĞİM.

BİR İGİDİN ÖMRÜ KEÇİB ARADAN,
BAXMAQDAN BEZİBDİR GÖZÜM QARADAN,
TƏKCƏ ÜMÜD QALİB SƏNƏ YARADAN,
YA RƏBBİM KÖMƏK OL MƏHV OLSUN YAĞİM,
İLLƏRDİR İNLƏYİR CAN QARABAĞİM.

26.05.2017

Müəllif:  Rafiq Ağdamlı

Rafiq GÖYÇƏLİ – SAF MƏHƏBBƏT – söz çələngi.

rg

 

Yetişmək uçun.

Bir mələk könlümə fərman eyləyib,
Yaman dərdə salıb qovub,teyləyib,
Şair yazıq danışmayıb, dinməyib,
Nakam sevgisinə yetişmək üçün.

Qəmdən çıxammıram, qəmli gəzirəm,
Bir mələk yolunda əsir-yesirəm,
Hqqdan danışıram,yalan demirəm,
Sevən könülləri yaşatmaq üçün.

Qəm yükünü tək çəkirəm sinəmdə ,
Üzüm gülür səni gözəl görəndə,
İnci düzür danışanda, dinəndə,
Vəfalı könlümü yaşatmaq üçün.

Geymisən əyninə mələk libası,
Səndən doyammıram, neynim qadası,
Həkk olub qəlbimə eşqin havası,
Sevən ürəyimi yaşatmaq üçün.

Rafiqin taleyi daşa toxunub,
Vaxtı yelə verib donub, ovunub,
İndi ürəyinə bir mələk qonub,
Qalan ömürünü yaşatmaq üçün,

 

Qəfəsdə qalıbdı.

Allah, Allah nələr çəkir ürəyim,
Puç olubdu bir istəyim, diləyim,
Niyə küsüb məndən görən mələyim,
Hissiyatım var, qəfəsdə qalıbdı.

Bəxti yazan ağı qara yazıbdı,
Cüllüt boğazımı dara yazıbdı,
Hökmü.zəhmi niyə yara yazıbdı,
Şeriyyarım var, qəfəsdə qalıbdı.

Bəlkə yenə bərk yalvarım Allaha,
Ümidim də qalmayıbdı sabaha,
Qalmayıbdı məndə dözüm heç daha,
Hissiyatım var .qəfəsdə qalıbdı.

Başım üstü yaman alıb çən, duman,
Yandırıb qəlbimi göyə sovuran,
Ürəyimi narın-narın yandıran,
Sevdiyim var, yar qefəsdə qalıbdı.

Öpum əllərindən bir səcdə edim,
Mələklər çiynimdə qoy gora gedim,
Dilim.dilim olsun axı nə dedim,
Hissiyatım var, qəfəsdə qalıbdı.

Ey Allahım məni yara yetirin,
Hüzuruna zülümkara yetirin,
Qənşərində çəkin dara öldürün,
Küllüyatım var.qəfəsdə qalıbdı.

Rafiqi çəksəniz dilindən dara,
Fəda eyləyərəm canımı yara,
Sözümü deyirəm sadiq dostlara,
Məhəbbətim var, qəfəsdə qalıbdı.

 

Gizlədirsən.

Sevgilim üz – gözündəki
Xalı niyə gizlədirsən?
Şirin – şəkər dilindəki
Balı niyə gizlədirsən?

Əndamında qızıl kəmər,
Şəfqətlidir nazik əllər,
Ağaribdı sona tellər,
Şalda niyə gizlədirsən?

Bir əlində gözəl çiçək,
Tər bənövşə ləçək-ləçək,
Öpüm, qucum səni mələk,
Yarı niyə gizlədirsən?

Bsğında var alma, heyva,
Bostanda sarı şamama,
Üzüb vermirsən adama,
Tağı niyə gizlədirsən?

Rafiq bezibdi canından,
Əsirgəmir al qanından,
Yorulub qalmaqalından,
Marı niyə gizlədirsən?

 

Saf məhəbbəti.

De necə yanmayım eşqin oduna,
Vəfasız sən çıxdın təmiz andına,
De kimə əhd edim çatsın dadıma,
Söndürsün çağlayan saf məhəbbəti.

De kimin nazını çəksin bu könül,
Özün şahidisən ey dili qafil,
Nədən acı olur hərdən dodaq, dil,
Sənə unutdurur saf məhəbbəti.

De harda kök salım məskənim olsun,
Biçarə ürəyim kimdən kam alsın,
Əksinmi, özünmü yadigar qalsın,
Köksümdə göynədir saf məhəbbəti.

De harda, kiminlə mən yuva qurum?
Hansı bəxtəvərə işıq yandırım?
Yatan nadanları tez oyandırım,
Duyub cəlb eləsin saf məhəbbəti.

De niyə alışan tezcə də sönür?
Rafiq bircə gecən min birə dönür,
Necə ürəyiniz həsrətə dözür?
Sinəmdə sizlayır saf məhəbbəti.

 

Müəllif:  Rafiq Goyceli