Vahid ÇƏMƏNLİ: AĞDAMIM, AĞDAMIM…

vahid

ÇAĞDAŞ  AĞDAM  ƏDƏBİ  MÜHİTİNİN  NÜMAYƏNDƏLƏRİ  SİLSİLƏSİNDƏN:

 

 

Yadına düşəcəyəm…

 

Riyaziyyat müəllimi
Tez-tez “Vahid” deyəcək.
Dostlar məni anacaq,
Dostlar köks ötürəcək,
Yadına düşəcəyəm.

Küçə dardı, sığmayır
Bura qoşa adamlar.
Bəs hardadı görəsən,
Küçənin darlığından
Eyləyən giley-güzar.
Küçənin ortasında,
Donub, sanki bir xəyal-
Qoşa addım səsini
Dinləyərsən nitqi lal…
Küçənin daş yaddaşı
Varaqlanar küləklə.
Bir vaxt “çıx get” deyərkən,
Mən çevrilib gedəndə,
Sönən ayaq səslərim
Yenə həmin ahənglə
Səslənəcək ürəkdə,
Yadına düşəcəyəm…

Yasəmən budağına
Yenə quşlar qonacaq.
Bahar təbəssümünlə
İsinən tər ləçəklər,
Həsrətli ahlarından
Alışacaq, yanacaq.
Çox sevdiyin gözlərin
Bulud kimi dolacaq.
Əksim üstə göz yaşın
Zərif naxış salacaq,
Yadına düşəcəyəm.

Arabir darıxanda,
Gəzməyə çıxacaqsan.
Baharda yarpaqlarda,
Qışda bəyaz qarlarda
Əksinə baxacaqsan.
Bəzən körpə uşaq tək,
Dodağını büzərək
Hara boylanacaqsan?
Baxıb xoşbəx halına
Güləcəyəm doymadan…
Mən ki az-az gülərdim,
Qaraqabaqdım yaman,
Xəyalına duman tək
Qonacağam bircə an,
Yadına düşəcəyəm.

Gözlərindən qızartı
Çəkən əlvan üfüqlər,
Günəşin batdığını
Sənə verəcək xəbər.
Günəşın qayıtmağı
Bir də qaldı sabaha.
Bir axşam Günəş kimi
Batsam da üfüqlərdə,
Sabah yenə Günəş tək
Gələn deyiləm daha.
Sən də qəlbində ümid
Ta gözləmə sübhədək,
Səhər mənsiz gələcək,
Günəş mənsiz gələcək,
Yadına düşəcəyəm,
Yadına düşəcəyəm…

 

 

 

Hər kiməm, beləyəm…

Hər kiməm, beləyəm, öz aləmim var,
Bir tufan çağlayır içimdə mənim.
Durub boylanıram yar gələn yola,
Od tutub alışır içim də mənim.

Fərqi yox yolların enişi, diki,
Gedirəm boz gurd tək, bir aslan təki,
Sözdən bal çəkirəm, yüküm bal yükü,
Bal verir arım da, beçəm də mənim.

Vətənim ürəyim, vətənim qalam,
Nə qədər xam yerdə hələ iz salam…
İnana bilmərəm yollarda qalam,
Səliqə-səhman var köçümdə mənim

Dəli Çəmənliyəm, ürəyim dolu,
Basaram bağrıma mən sağı, solu,
Getdiyim Haqq yolu, ədalət yolu,
Yollar Tanrınındı, seçim də mənim!

Baxıram göy üzü sanki bir ayna,
Qardaşım, yaxşı bax yollara, dayna…
Könlünü şad elə, qol götür oyna,
Ruhum var bu ölçü-biçimdə mənim.

Yanar bir baxışla aşıqın canı.
Mərd ol, dözümlü ol, iradən hanı?
Dərdi ver dağlara, bir süz dörd yanı,
Qəmin də mənimdi, qəmçın də mənim!

Vahidəm, düşmərəm heç xam xəyala,
Ölərəm, kimsədən qalmaram dala.
Ömür köhlənimi çapım dördnala.
Yollarda çıxacaq dincim də mənim.

 

 

DOSTUM

Hesabdan əlasan, əhsən huşuna…
Baxmaram ömrünün cavan yaşına.
Dünyanın dərdini yığıb başına,
Mənə dərdini çək, deyirsən, dostum

Dağda dəyirmanın, xırmanda dənin,
Çəməndə naxırın, dəryada gəmin,
Özün də göylərdə – bala, nə qəmin?,
Niyə baş güzünə döyürsən, dostum?

Fikirdən, xəyaldan gərginəm, gərgin,
Bəxtimi özümdən saldınm didərgin,
Sevincdə keçəri, qəm də ötərgi,
Niyə ürəyini yeyirsən, dostum?

Çox da aciz bilmə məni ay dədə,
Yüz yerim ağrısa, alsam min zədə,
Çəkilən deyiləm mübarizədən,
Deyəsən qapımı “döyürsən”, dostum?

Dərd etmə özünə may belə getdi,
Xəzan belə gəldi, yay belə getdi,
Ömür belə gəldi, ay belə getdi,
Çatmazsan, dalınca yüyürsən, dostum.

Ömrə zinət verər hər şeyin safı,
Yaman çox uzatdıq deyəsən lafı,
Mən bir söz aşiqi, sən söz sərrafı,
Maşallah, dedikscə deyirsən, dostum…

 

Şirvanın…

Bu torpaqda bu yurdda,
Sabirin səsi yaşar.
Nəsimi ülviyyəti,
Səhhət həvəsi yaşar,
Xəqaninin, Seyyidin
Ölməz nəfəsi yaşar,
Od oğlu, od qızıdır
Hər övladın, Şamaxı.

Qucağı bol bəhrəli
Düzlərindən keçəndə,
Şeh qoxulu gülləri
Dəstələyib biçəndə,
Pirsaatın suyunu
Ovuşlayıb içəndə,
Sandım, axdı qanıma
Yanar odun, Şamaxı

Çiçək olar ürəyim
Pirqulu yaylağında,
Günəş olub yanaram
Dədəgünəş dağında,
Bir gilə üzüm yedim
Barlı üzüm bağında,
Damağımdan getmədi
Bu bal dadın, Şamaxı

 

Müəllif:  Vahid Çəmənli

Vahid Vahid

Vahid Gasimov

 

MÜƏLLİFİN ÖZ SƏSİ İLƏ  – Ağdam,səni düşündükcə. . .  ŞEİRİ:

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma