Zaur USTAC – DOQQUZU ON BEŞ KEÇİR…

20170731_091616

DOQQUZU ON BEŞ KEÇİR…

(Mayakovskidən danışan Xanıma)

 

Danışdıq,  gələcəksən…

Sən dedin: – “Çalışaram…”

Mən dedim: –  “Gözləyəcəm…”

Səkkizi  on beş keçir…

Kipriklərim asılıb, saniyə əqrəbindən

Baxışlar mədət umur, saatın məhvərindən…

Zamanın  kəfkirində  yellənir  neçə xəyal…

Doqquzun yarsı oldu…

İstəyirəm, diksinim qəfil qapı zəngindən

Ta ki, yaxam qurtarsın bu zamanın əngindən…

Çık-çık saat səsində ələnir neçə istək…

Daha doqquz olubdur…

Eşikdə şər qarışıb…

Fikirlər də dolaşıb…

Çöl işığı yandırım, yolun işıqlı olsun…

Doqquzu on beş keçir…

Danışdıq gələcəksən…

Sən dedin: – “Çalışaram…”

Mən dedim: –  “Gözləyəcəm…”

Yəqin ki, çalışırsan…

Mən də ki, gözləyirəm…

Kipriklərim dolaşıb,  əqrəbi izləməkdən,

Baxışlarım əzilib,  zamanı “bizləməkdən…”

Onun da yarsı oldu…

Zaman sürəsi doldu…

Bundan sonra hər bir an,  artıq, zamana yükdü…

Durum, eşiyə baxım…

İşıq sönməyib, barı…

Birdən qəfil gələrsən, gözün görməz kandarı…

On oldu, torba doldu…

On birdir, – gözləyirəm…

Çalışırsanmı, sən də…

On iki, bir, iki, üç…

Əlim gəlmir, söndürüm, bayırdakı işığı…

Dilimdə bitən budu: – “Xoş gəldin içəri keç…”

Dörd yoldaş sirdaş olub,

Belə qovuşduq sübhə…

Daha gələ bilməzsən,

Buna qalmadı şübhə…

İndi saat doqquzdur, hətta onu beş keçir…

Qulaq qapı zəngində, göz ilişib əqrəbə…

Dünya şən, zaman məzə…

Təkcə bizik qəribə…

Doqquzu on beş keçir…

Yəqin, indi yoldasan, işə tələsən vaxtdır…

Çalışırsan çatasan gecikmədən işinə…

Mən də durum, söndürüm, qoy  bayırın işığın…

Çalar saatla oyaq, alım gözün acısın…

Zaman kimə istəyir qoy dişini qıcasın…

Düz qoqquzun yarsıdır…

Əlim qopmur qələmdən…

İstəyirəm biləsən, bunlar hamısı deyil…

Bu sözləri yazmağa ən ağ vərəq seçmişəm…

Hələ, neçə kəlmənin üstündən vaz keçmişəm…

 

31.07.2017. BAKI. (09:40)

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac

 

MÜƏLLİFİN  ÖZ   SƏSİ  İLƏ:

Advertisements

Antalya Grida City Hotel’de gerçekleşen Mahmut Boz ve Jamila Babayeva çiftinin düğün töreni.

image (1)

İş ve siyaset dünyasının ünlü isimleri, hafta sonu Antalya Grida City Hotel’de gerçekleşen Mahmut Boz ve Jamila Babayeva çiftinin düğün töreninde bir araya geldi.

 

İlkin mənbə:

http://www.ankahaber.com.tr/magazin/is-dunyasini-bulusturan-dugun-h35687.html

ADİL CƏFAKEŞ: PƏRDƏLƏRƏ QONAN SÖZLƏR…

 

ad

ADİL CƏFAKEŞ: PƏRDƏLƏRƏ QONAN SÖZLƏR…

KƏSMƏZ

Ayaqdan çəkən yox, əldən tutan ol,
Yardım edən əldən İLAHİ kəsməz.
Sevinci, kədəri bölub bərabər, 
Nə gülüşü kəsməz, nə ahı kəsməz.

Gah düzə, gah dağa çəkər bəndəni,
Danladar, qınağa çəkər bəndəni.
Azaldar, sınağa çəkər bəndəni,
Amma birdəfəlik mətahı kəsməz.

Bizə düz göstərir yolu Tanrımız,
Ürəyi rəhm ilə dolu Tanrımız.
Adil, çətin gündə ulu Tanrımız,
Heç vaxt üstümüzdən pənahı kəsməz.

 

ELƏ BİL Kİ, YER ÜZÜNƏ NAXIŞDI

Elə bil ki, yer üzünə naxışdı,
Gözüm, di gəl bu gözəldən doy belə.
Dövrün zövqü – səfasından ləzzət al, 
Belə keçsin qalan ömür, qoy belə.

Bu şeiri qəlbim yazır, özüm yox,
O baxışın qarşısında dözüm yox.
Aman Allah, qaşa, gözə sözüm yox,
Qamət belə, buxun belə, boy belə.

Kaş bu sevda gerçək olsun nağılsa,
Ağlım fikrin heç dəyişməz ağılsa.
Dönərəmmi bu sevdadan, yığılsa –
Tayfa belə, nəsil belə, soy belə.

 

 

KƏSİLİR

Quruyub giləsi ğözlərimin ta,
Artıq yavaş – yavaş yaşım kəsilir.
Nə zaman ki, düşüb vüsal yoluna – 
Getmək istəyirəm, qarşım kəsilir.

Durub boş – boşuna qoruma, dəyməz,
Məzarıma dəyməz, goruma dəyməz,
Bir kimsə qurumuş quruma dəyməz,
Həmişə bar verən yaşım kəsilir.

Elə ləlik idi, ləlik də durub,
Cəfakeş birtəhər çəlikdə durub.
Bu bıçaq dirənib ilikdə durub,
Neçə illərdir ki, başım kəsilir.

 

 

GÜNAHKARAM YANINDA

Sifariş etmisən ki, saatda yüznən gəlim,
Aşım uca dağları, dərəynən, düzən gəlim.
Axı sənin yanına mən hansı üznən gəlim, 
GÜNAHKARAM YANINDA.

Düşünmədim sənintək haqq göndərən butam var,
Bəxtim sıfırdı artıq, nə qalıq var, nə tam var.
Sən eşqimə ağasan, mən bir qulam, xətam var.
GÜNAHKARAM YANINDA.

Eşqin sazın mən çalım, nəğməsin sən yaz dedim,
Bu qədər cilvələnmə, çox eyləmə naz dedim.
Mən səni az vəsf edib, tərifini az dedim,
GÜNAHKARAM YANINDA.

Xoş xatirən qalıb tək, o eşq adlı filimdən,
Həmin vaxtdan ölmüşəm, beş gün keçib ilimdən.
Bilirəm, səhv söz çıxıb kəsiləsi dilumdən,
GÜNAHKARAM YANINDA.
GÜNAHKARAM YANINDA.

Müəllif:   Adil Cefakes

Təranə MƏMMƏD: TANRIDAN XAHİŞ.

14656413_245641719183854_122288930104648622_n

Tanrıdan xahiş

Düzəltmə əyilən bənövşələri,
Saxlama sahildə göy ləpəıəri,
Silmə yaddaşımdan xatirələri,
Qoy belə qalsın…

Pozma leysanını qara buludun,
Söndürmə günəşin atəşin, odun,
Biçmə eşq bağından səadət otun,
Qoy belə qalsın…

Dağıtma dağların başından qarı,
Ayırma bülbülün yanından xarı,
Bölmə həsrət ilə qəlbimi yarı,
Qoy belə qalsın…

Gərdişin dəyişmə çərxi fələyin,
Yolunu qaraltma xoş gələcəyin,
Atəşin azaltma sevən ürəyin,
Qoy belə qalsın…

İstəsən silərəm xatirələri,
Biçilər dəryazla eşq zəmiləri.
Səslənər qəlbimdə həsrət telləri,
Bircə dünyaların yerin dəyişmə
Qoy belə qalsın…

Müəllif:  Terane Memmed

LİLPAR CƏMŞİD QIZI – RÜBAİLƏR.

17308915_199160790571201_2893971810304151458_n

 

Rübailər

Yaralı könlümü aman incidir,
Səngimir ağrısı yaman incidir.
Təbibi tapılmır, dəvası yoxdur,
Yaram yaşadığı zaman incidir.

Sorğu-sual edir həyat, dərsindən,
Silləni üzümə vurur tərsindən.
Səbrin ilmələri tərs-tərs çözülür,
Ürək nalə çəkir, yanar közündən.

Baxıram aynada əksimə hərdən,
Diksinib baxıram özümə birdən.
Erkən bəyaz rəngə bürünüb zülfüm,
Söyləyir, nöş küsdün, eşqi təməldən?

Məni eşqin zirvəsinə ucaltdın,
Kam almamış ayrılığı yaratdın.
Ayrılıq yoluna baxmaqdan, ey yar,
Sevgi teşnəsiylə erkən qocaltdın.

Dünyanı dolaşır insan doymayır,
Zamanın hökmünü görür duymayır.
Nəfsinə uyarsa yaşayır qəmlən,
Əcəl karvanında var, oyanmayır.

Dünya yaranışdan sirlə doludur,
Cənnət söylədiyin dünya uludur.
Bu yoldan keçəcək bütün yaranan,
Hər kəsin son yolu Tanrı yoludur.

Bu kəkliyin ayaqları xınalı,
Qayalarda at oynadır dörd nalı.
Dişisiylə aşiq- məşuq olandan,
Asimana yetmək olub xəyalı.

Yaşadıqca gözəlliyi duyursan,
Gözəlliyə tər ürəyi soyursan.
Havasını bircə dəfə dərindən,
Nəfəs alıb saflaşdıqca doyursan.

Sevgilimə namə yazım göndərim,
Cavabında onun fikrin öyrənim.
Əgər özgəsini sevib seçibsə,
Dünyasını cəhənnəmə döndərim.

Sürmənin qarası gözdə qəşəngdi,
Ənlik ilə kirşan üzdə qəşəngdi.
Ənbər vurub yar yoluna çıxım ki,
Desin yarım gəlin olub qəşəngdi.

Çeşmə olub yanaq üstə süzülüb
Ləbdən keçib qara xala tökülüb
Ağ buxağa yetsə onu qəsd edər,
Yetişməmiş nizam ilə düzülüb

Gülşəndə güllərin bəhsi düşübdü,
Ləçəklər xəndandan rəqsə düşübdü.
Dolaşır bülbülün çiçək başına,
Elə bil duz yeyib güldən küsübdü.

Qəribliyə saldı tale Kərəmi,
Axtarırdı tapsın nazlı sənəmi.
Yarın Kərəm röyasında görmüşdü,
Tapmaq üçün dolaşırdı aləmi.

Qaya olub əzəmətlə durmuşam,
Sal daşımla nadanları əzmişəm.
Məni bərkə-boşa çəkən dünyada,
Zülümlərə, əzablara dözmüşəm.

Sinəsində hər çiçəyin rəngi var,
Sankı dağın, çəçəkdən çələngi var.
Lətafətin göz oxşayır ay, gözəl,
Gözəlliyin məgər sənlə cəngi var?

 

Müəllif:  Lilpar Cəmşid Qızı

23 İYUL- AĞDAM RAYONUNUN İŞĞAL GÜNÜDÜR.

agdam_ay

23 İYUL- AĞDAM RAYONUNUN İŞĞAL GÜNÜDÜR

Ağdam rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonun sahəsi 1094 km2 olamaqla relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Qarabağın mərkəzində, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun və əhalisinin üzərinə düşmüşdür.
1993-cü il iyul ayının 23-dən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. İşğaldan öncə Ağdam rayonunda ət kombinatı, şərab zavodu, konserv zavodu, barama toxumu zavodu, xalça fabriki, mexanikləşdirilmiş çörək zavodu, avtomaşınlara texniki xidmət stansiyası, məişət xidməti kombinatı, elektrik şəbəkəsi müəssisəsi, dəzgahqayırma zavodu mövcud idi. Eləcə də, kənd təsərrüfatı texnikumu, Kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumu, Musiqi və tibb texniki peşə məktəbləri , yeddi orta məktəb, bir səkkizillik məktəb, beş məktəbdənkənar uşaq müəssisəsi, bir uşaq bağçası, dörd körpə evi var idi. Ölkəşünaslıq muzeyi , Çörək muzeyi , üç kitabxana, Mədəniyyət evi, Kinoteatr, Xanoğlu türbəsi (Qarabağ xanı Pənahəli xanın imarəti (18-ci əsr), səkkiz xəstəxana erməni işğalçıları tərəfindən dağıdılmış viran edilmişdir. Dövrünün ən füsunkar rayonlarından olan Ağdam
İşğal olunmuşdur – 1993-cü il 23 iyul Ərazisi – 1154 km2 Əhalinin sayı – 158000 Şəhid olmuşdur – 538. Əlil olmuşdur – 587
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Sənaye və tikinti obyekti – 48
Mədəni-məişət obyekti – 598
Qəsəbə və kənd – 122
Tarixi abidə – 27
Dövlət dram teatrı

BMT Təhlükəsizlik Şurası (Təhlükəli Şurası) 1993-cü il iyulun 29-da Ağdamın işğalını pisləyən və işğalçı ordunun işğal etdiyi əraziləri qeyd-şərtsiz olaraq tərk etməsini tələb edən 853 №-li qətnamə qəbul etdi. Lakin beynəlxalq birliyin təcavüzkara qarşı sərt tədbirlər görməməsi səbəbindən həmin qətnamə bu günə qədər yerinə yetirilməmişdir.

Müəllif:  Mayisə Əsədulla Əliyeva

Yağış yağır – Zaur Ustac

13716187_866600963473044_6709336779849909518_n

Yağış yağır

Yağış yağır.
Göydən yerə nur çilənir,
qətrə-qətrə,
damcı-damcı,
şırıl-şırıl…
Elə bilki,
qətrə-qətrə
göydən yerə paklıq enir,
damcı-damcı
saflıq enir,
şırıl-şırıl
insanların günahların, şübhələrin
yumaq üçün tələsir…
İldırımlar çaxıb keçir,
dəstə-dəstə,
lopa-lopa,
topa-topa…
Dümağ, qara
buludlar da axıb keçir.
İldırımlar şaqqıldayıb, çaxır göydə,
Yerdə, bəzi nanəciblər qorxur bundan.
ildırımlar ürəklənir sanki, bundan
daha güclü, qorxunc səslə şaqqıldayır,
hədələyir….
qansızları,
arsızları,
barsızları…
Bu dünyaya yamaq olan,
O. dünyaya yaramayan,
Hər cür alçaq, fərsizləri….
Fəzaların bağrın dələn,
gur səsiylə,
rişələrlə
ildırımlar deyir sanki,
ey mürvətsiz, binəvalar,
az zülm edin insanlara…..
Vaxt olar ki,
gömülərsiz torpaqlara….
Qorxun yerdən,
qorxun göydən,
Nəhayətdə qorxun məndən!!!
Topa-topa buludlar da axıb gedir,
qətrə-qətrə,
damcı-damcı,
şırıl-şırıl,
yer üzünə enmək üçün;
məsalınlı,
qəlbigeniş,
safdiləkli,
insanların gen qəlbinə dolmaq üçün….
Məsalnından öpmək üçün….
Onun nəcib əməlinə,
O, Göylərin “ÇOX SAĞOLUN” yetirməkçün….
30.05.1992.(18:00) Ağdam – Yusifcanlı.

Təvəkkül Goruslu – GETMƏZ şeiri.

11241617_676012729197109_2760167283180963671_n

GETMƏZ

Bir mələk görmədim bu yaraşıqda,
Eşqimi, sevgimi alıb da getmiş.
Gözlərdən süzülən nur da, işıq da,
Könüldən könülə gizli yol imiş.

Yorulmam bu yolda nigaran qalma,
Hələ ki, ürəkdə təpər, dözüm var.
Əl verib hicrana fikirə dalma,
Hələ yolun güdən iki gözüm var.

Ürəyin qapısı üzünə açıq,
Kilidi məndəsə, açarı səndə.
Sevgimə olmasın şübhən azacıq,
Bir dəli eşq ilə gir, durma gendə.

Sənə olan eşqim ümman kimidi,
Sahili ölçüsüz, dərindən dərin.
Axdıqca toplanan zaman kimidi,
Aşkardı, şəffafdı, göstərməz zərin.

Nə qədər düşüncəm, ruhum yerində,
Sənə olan sevgim tükənməz, bitməz.
Dünyanı tərk etsəm günün birində,
Bədənim getsə də ürəyim getməz!

19.07.2017

Müəllif: Təvəkkül Goruslu Məmmədov