ADİL CƏFAKEŞ: PƏRDƏLƏRƏ QONAN SÖZLƏR…

 

ad

ADİL CƏFAKEŞ: PƏRDƏLƏRƏ QONAN SÖZLƏR…

KƏSMƏZ

Ayaqdan çəkən yox, əldən tutan ol,
Yardım edən əldən İLAHİ kəsməz.
Sevinci, kədəri bölub bərabər, 
Nə gülüşü kəsməz, nə ahı kəsməz.

Gah düzə, gah dağa çəkər bəndəni,
Danladar, qınağa çəkər bəndəni.
Azaldar, sınağa çəkər bəndəni,
Amma birdəfəlik mətahı kəsməz.

Bizə düz göstərir yolu Tanrımız,
Ürəyi rəhm ilə dolu Tanrımız.
Adil, çətin gündə ulu Tanrımız,
Heç vaxt üstümüzdən pənahı kəsməz.

 

ELƏ BİL Kİ, YER ÜZÜNƏ NAXIŞDI

Elə bil ki, yer üzünə naxışdı,
Gözüm, di gəl bu gözəldən doy belə.
Dövrün zövqü – səfasından ləzzət al, 
Belə keçsin qalan ömür, qoy belə.

Bu şeiri qəlbim yazır, özüm yox,
O baxışın qarşısında dözüm yox.
Aman Allah, qaşa, gözə sözüm yox,
Qamət belə, buxun belə, boy belə.

Kaş bu sevda gerçək olsun nağılsa,
Ağlım fikrin heç dəyişməz ağılsa.
Dönərəmmi bu sevdadan, yığılsa –
Tayfa belə, nəsil belə, soy belə.

 

 

KƏSİLİR

Quruyub giləsi ğözlərimin ta,
Artıq yavaş – yavaş yaşım kəsilir.
Nə zaman ki, düşüb vüsal yoluna – 
Getmək istəyirəm, qarşım kəsilir.

Durub boş – boşuna qoruma, dəyməz,
Məzarıma dəyməz, goruma dəyməz,
Bir kimsə qurumuş quruma dəyməz,
Həmişə bar verən yaşım kəsilir.

Elə ləlik idi, ləlik də durub,
Cəfakeş birtəhər çəlikdə durub.
Bu bıçaq dirənib ilikdə durub,
Neçə illərdir ki, başım kəsilir.

 

 

GÜNAHKARAM YANINDA

Sifariş etmisən ki, saatda yüznən gəlim,
Aşım uca dağları, dərəynən, düzən gəlim.
Axı sənin yanına mən hansı üznən gəlim, 
GÜNAHKARAM YANINDA.

Düşünmədim sənintək haqq göndərən butam var,
Bəxtim sıfırdı artıq, nə qalıq var, nə tam var.
Sən eşqimə ağasan, mən bir qulam, xətam var.
GÜNAHKARAM YANINDA.

Eşqin sazın mən çalım, nəğməsin sən yaz dedim,
Bu qədər cilvələnmə, çox eyləmə naz dedim.
Mən səni az vəsf edib, tərifini az dedim,
GÜNAHKARAM YANINDA.

Xoş xatirən qalıb tək, o eşq adlı filimdən,
Həmin vaxtdan ölmüşəm, beş gün keçib ilimdən.
Bilirəm, səhv söz çıxıb kəsiləsi dilumdən,
GÜNAHKARAM YANINDA.
GÜNAHKARAM YANINDA.

Müəllif:   Adil Cefakes

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma