Zaur USTAC – DOQQUZU ON BEŞ KEÇİR…

20170731_091616

DOQQUZU ON BEŞ KEÇİR…

(Mayakovskidən danışan Xanıma)

 

Danışdıq,  gələcəksən…

Sən dedin: – “Çalışaram…”

Mən dedim: –  “Gözləyəcəm…”

Səkkizi  on beş keçir…

Kipriklərim asılıb, saniyə əqrəbindən

Baxışlar mədət umur, saatın məhvərindən…

Zamanın  kəfkirində  yellənir  neçə xəyal…

Doqquzun yarsı oldu…

İstəyirəm, diksinim qəfil qapı zəngindən

Ta ki, yaxam qurtarsın bu zamanın əngindən…

Çık-çık saat səsində ələnir neçə istək…

Daha doqquz olubdur…

Eşikdə şər qarışıb…

Fikirlər də dolaşıb…

Çöl işığı yandırım, yolun işıqlı olsun…

Doqquzu on beş keçir…

Danışdıq gələcəksən…

Sən dedin: – “Çalışaram…”

Mən dedim: –  “Gözləyəcəm…”

Yəqin ki, çalışırsan…

Mən də ki, gözləyirəm…

Kipriklərim dolaşıb,  əqrəbi izləməkdən,

Baxışlarım əzilib,  zamanı “bizləməkdən…”

Onun da yarsı oldu…

Zaman sürəsi doldu…

Bundan sonra hər bir an,  artıq, zamana yükdü…

Durum, eşiyə baxım…

İşıq sönməyib, barı…

Birdən qəfil gələrsən, gözün görməz kandarı…

On oldu, torba doldu…

On birdir, – gözləyirəm…

Çalışırsanmı, sən də…

On iki, bir, iki, üç…

Əlim gəlmir, söndürüm, bayırdakı işığı…

Dilimdə bitən budu: – “Xoş gəldin içəri keç…”

Dörd yoldaş sirdaş olub,

Belə qovuşduq sübhə…

Daha gələ bilməzsən,

Buna qalmadı şübhə…

İndi saat doqquzdur, hətta onu beş keçir…

Qulaq qapı zəngində, göz ilişib əqrəbə…

Dünya şən, zaman məzə…

Təkcə bizik qəribə…

Doqquzu on beş keçir…

Yəqin, indi yoldasan, işə tələsən vaxtdır…

Çalışırsan çatasan gecikmədən işinə…

Mən də durum, söndürüm, qoy  bayırın işığın…

Çalar saatla oyaq, alım gözün acısın…

Zaman kimə istəyir qoy dişini qıcasın…

Düz qoqquzun yarsıdır…

Əlim qopmur qələmdən…

İstəyirəm biləsən, bunlar hamısı deyil…

Bu sözləri yazmağa ən ağ vərəq seçmişəm…

Hələ, neçə kəlmənin üstündən vaz keçmişəm…

 

31.07.2017. BAKI. (09:40)

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac

 

MÜƏLLİFİN  ÖZ   SƏSİ  İLƏ:

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma