Cəbrayılov Fəxrəddin Mövsüm oğlu – Azərbaycanın Milli Qəhrəmanı.

20727981_1664676760270476_8003922596884675197_n

 

Cəbrayılov Fəxrəddin Mövsüm oğlu – Azərbaycanın Milli Qəhrəmanı.

 

 

1958-ci il avqustun 12-də Qərbi Azərbaycanın Gorus şəhərində anadan olmuşdur. Uşaqlıq illəri Culfa şəhərində keçmişdir. Atasının Almaniyada yerləşən Sovet Qoşunları Qrupunda xidmət etməsi ilə əlaqədar, ibtidai təhsilini orada almışdır. Sonra Bakıya gələrək orta təhsilini burada başa vurmuşdur. 1975-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olur və 1979-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Gənc komandir təyinatla Almaniyada yerləşən Sovet Qoşunları Qrupuna göndərilir. O, bir il 52262 saylı hərbi hissənin motoatıcı taqımında, dörd il isə 60366 saylı hərbi hissənin əlahiddə qumbaraatan taqımında komandir vəzifəsində çalışır. 1984-cü ildən öz fəaliyyətini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir.
İllər ötür. F.Cəbrayılov doğma respublikaya dönür. O, Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilir. Öz xidməti vəzifəsini uğurla davam etdirməklə o, hərbi biliklərə yiyələnməyi də unutmurdu, oxumaq, öyrənmək arzusu ilə yaşayırdı. Bu məqsədlə o, 1986-cı ildə Saratov şəhərində SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahı nəzdində yerləşən Ali Zabitlər Kursunu bitirdi. Onu Respublika Hərbi Komissarlığında 4-cü şöbənin rəis müavini vəzifəsinə təyin etdilər. 1992-ci ildə Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin nizamlanması şöbəsinin rəisi vəzifəsinə irəli çəkildi.
1992-ci il… Oktyabr ayı… Cəbhə bölgəsində vəziyyət gərginləşirdi. O, 656 saylı hərbi hissədə əlahiddə motoatıcı taborunun komandiri təyin olundu. Bir il sonra isə Naxçıvanda yerləşən motoatıcı alayın komandirliyi ona tapşırıldı.
1993-cü il… Beyləqan istiqamətində qanlı döyüşlər gedirdi. 704 saylı motoatıcı briqadasında qərargah rəisi idi. Beyləqan rayonu və onun mərkəzi tam təhlükə altında idi. Şəhərdə xeyli dağıntı və itki var idi. F.Cəbrayılovun təklifləri əsasında hazırlanmış əməliyyatlar öz bəhrəsini verdi. Erməni quldurları xeyli hərbi texnika və canlı qüvvə itirərək, geri çəkilməyə məcbur oldular.
1994-cü ilin fevral ayından isə o, Füzuli və Kəlbəcər istiqamətlərində döyüşən, Gəncə şəhərini qoruyan 172 saylı motoatıcı briqadasına komandir təyin olundu. Onun müxtəlif vaxtlarda komandiri olduğu tabor, motoatıcı alay və briqada düşmənə qarşı döyüşlərdə mərdlik və şücaət göstərmişdir
O, 1996-cı ilin iyul ayından Bakının Qaradağ rayon Hərbi Komissarı vəzifəsində çalışır.
Azərbaycan Respublikası prezidentinin fərmanı ilə F.Cəbrayılov 1994-cü ilin oktyabr ayında “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ailəlidir, iki övladı var.

BU  GÜN  QƏHRƏMANIMIZIN  DOĞUM  GÜNÜDÜR  – BU MÜNASİBƏTLƏ  ONU  TƏBRİK  EDİR  UCA  YARADANDAN CAN SAĞLIĞI, YENİ-YENİ UĞURLAR ARZU EDİRİK….

Müəllif:  Leyla Hesenova

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma