Mirzə Bəylər – Ələsgər!

images (1)

Ələsgər!

Mirzə Bəylər

Gərçi müləbbəsən ev libasında,
Şahidəm, şaribsən haqqın tasında.
Azərbaycanda. Türk arasında
Sənin kimi şair hanı , Ələsgər!

Durmamışam məcazının qolunda,
Gəzməmişəm, namərd sağü-solunda.
İmtahandan çıxan dostun yolunda,
Əsirgəməm, billah canı, Ələsgər!

…Əcəb nəzmi,xoş əfradı yazıbsan,
Vəsfə tamam ictihadı yazıbsan,
Ləqəbi atıban,adı yazıbsan,
Unutmaram bu ziyanı,Ələsgər!

Səhv etdim,ləqəbim sətrə sığışmaz,
Ləfsi səqil salar,bəhrə sığışmaz.
İnşallah,qəzəbə,qəhrə sığışmaz,
Əfv edərsən bu üsyanı ,Ələsgər!

Təvəqqə edirəm,salma qeylü- qal,
Bu gələn kəlmədən olma kəcxəyal,
Əgər oxumasan,şuğlüzümmə qal,
Hər məclisdə bu dastanı ,Ələsgər!

Mən belə işlərə mahir deyiləm,
Baxma öz- özümə faxir deyiləm.
Hərçəndi yazıram,şair deyiləm,
Bağışlarsan bu Mirzanı,Ələsgər!

Müəllif:  Fəridə Qədimova

Advertisements

“Dörd Sual” – ın sentyabr qonağı Aygun Sadiq oldu.

 

 

18882019_120486325200976_6081026409939674767_n

“Dörd Sual” – ın sentyabr qonağı dəyərli şairə,  hamımızın  sevimlisi  Aygun Sadiq oldu.

QISA  ARAYIŞ:

Aygün Sadiq 1986-cı ildə Rusiyada anadan olub. Şeir yazmağa şagirdlik illərindən başlayıb. İlk şeirini dördüncü sinifdə oxuyarkən yazıb. Dövlət müstəqilliyimizin 10 illiyinə həsr etdiyi “Azərbaycan” şeiri ilk dəfə “Savalan” qəzetində dərc edilib. Bakı “Azərbaycan” universitetinin filologiya fakültəsinin məzunudur. Müəllim və mətbuat işçisi kimi fəaliyyət göstərir. Şeir və hekayələri ölkə və Türkiyə mətbuatında dərc olunur.

– Salam Aygün xanım!

–  Salam!

-“YAZARLAR” jurnalı olaraq, YAZARLAR.AZ –da  yayımlanmaq şərti ilə oxucu zövqünü formalaşdırmaq, oxucuların mütaliəsini istiqamətləndirmək,  əsasən də yeniyetmələrdə,  gənclərdə,   mütailə vərdişlərinin formalaşmasına  məqsədyönlü  şəkildə təsir  göstərmək  üçün  aşağıdakı DÖRD sualı cavablandırmanızı  xahiş edirik:

– Buyurun!

-İlk oxuduğunuz kitab hansıdır?

– İlk oxuduğum kitab:-Ədəbiyyatı uşaqlıqdan sevirəm. Özümü uşaqlıqdan ədəbiyyat fakültəsində təsəvvür edirdim. Dünya ədəbiyyatını da oxuyurdum. Onların üslubunu bəyənirdim. Məktəbli ikən artıq xanım yazarlardan Stou’nun, Voyniç’in, Kristi’nin azı bir əsəri ilə tanış idim. Ç.Bronte’nin “Ceyn Eyr”ini orijinaldan oxudum şagirdlik illərində. Kitab əlimdən düşməzdi. Evimizdə də bu sahəyə maraq çox idi. Anam incəsənət adamı idi. Onun şeir, qeyd dəftərləri həmişə əlimdə olurdu… İlk oxuduğum kitab “İnci xəzinəsi” adlı, Şərq şairləri haqqında antologiya oldu. Sonralar o kitabı itirdim. Hansı ki, gəncəli xanım şair M.Gəncəvi haqda bir rəvayət orda yer almışdı, indi adları çəkilməyən bir sıra şairlər haqda məlumat vardı.…

– İlk oxuduğunuz iri həcmli kitab hansıdır?

– Artur Heyli’nin “Aeroport” romanını oxudum. Müəllimim məsləhət görmüşdü ki, mütaliəmizi artıraq. Çox oxuyurdum…

– İlk oxuduğunuz çoxcildli kitab hansıdır?

-Qohumum, yerli yazıçımız V.Babanlı’nın “Ömürlük cəza” əsəri.

– İlk oxuduğunuz xarici ədəbiyyat nümunəsi hansıdır?

– Şekspiri oxuyurdum. Pyesləri oxuyurdum, yadımda qalsın deyə, süjetini qardaşıma danışırdım. Sonra siyahıya sevimli Hüqo və Mopassan da əlavə olundu…

– Sualları cavablandırdığınız üçün təşəkkür edirik.  Yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Sağ olun!

– Sağ olun!

 

 

 

Aygün Sadiqdən bir nümunə  “GƏLSİN” şeiri.

22519214_163786230870985_2080024210037834331_n

 

 

GƏLSİN

Yaddaşından al səsini,
Düşünüb tap çarəsini,
Yığ vüsalın nömrəsini,
Ara, gəlsin.

Yolçusuyam bu yolların,
Ey həsrətim, yoxum, varım!
Boynuna həsrət qollarım
Hara gəlsin?

Dünya qədər kədər yüküm,
Dərdi sənsizliyə büküm…
Kaş bircə yol adın çəkim
Bura gəlsin.

Silək qəlbdən viranlığı,
Talelərdən toranlığı,
Söküb ataq qaranlığı,
Nura gəlsin.

Yollar sənə aparmır heç,
Sevmək suçsa, bağışla, keç…
Ya həsrəti, ya məni seç-
Kara gəlsin.

Puça çıxdı ümidlərim,
Həyatımı istə, verim!
Sənsiz açan hər səhərim
Qara gəlsin…!

 

 

YAZARLAR.AZ

Cоşqun Аğababa – Ələsgər.

26838f2db0

Ələsgər.

Cоşqun Аğababa

İşıq sаldın hər ölkəyə, mаhаlа,
Şöhrət оldun bizim еlə, Ələsgər.
Sədəfli sаzını аlаndа ələ,
Döndün bir ümmаnа, sеlə, Ələsgər.

Hər mаhаldа məclis qurub gəzibsən,
Mirvаri sözləri bir-bir düzübsən,
Еlmin dəryаsındа kаmil üzübsən,
Uymаdın fitnəyə, fеlə, Ələsgər.

Təcnisin, divаnin аldı dünyаnı,
Bütün аləm yаnır Ələsgər hаnı.
Аğаbаbаyаm, budur sözümün cаnı,
Düşübsən dillərdən-dilə, Ələsgər.

OZAN DÜNYASI jurnalı № 3(14), 2013

Müəllif:  Araz Yaquboğlu

TƏQVİMDƏ BU GÜN: – 27 sentyabr – Azərbaycanın Milli Qəhrəmanı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant QULİYEV MƏDƏT QƏZƏNFƏR OĞLUNUN  DOĞUM GÜNÜDÜR…

21766286_1725026790902139_2352005844715322743_n

 

BU GUN
Azərbaycanın Milli Qəhrəmanı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant QULİYEV MƏDƏT QƏZƏNFƏR OĞLUNUN 
AD GÜNÜDÜR
27 sentyabr 1958-ci ildə Gəncə şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1965-ci ildə buradakı 1 saylı orta məktəbə gedib, 1975-ci ildə 8 saylı orta məktəbi bitirmişdir. 2-ci sinifdə ikən əla şahmat oynamağı bacaran Mədət dəfələrlə şəhər səviyyəlı yarışların qalibi olub. 3-cü sinifdə oxuyarkən Mədətin şəkli təhsil aldığı 1 saylı orta məktəbin şərəf lövhəsinə vurulmuşdur. Atası Qəzənfər Quliyev mühəndis, anası Zambaq Quliyeva isə dil-ədəbiyyat müəlliməsi işləyir. 1975-ci ildə orta məktəbi bitirdikdən sonra Mədət Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olur.1980-ci ildə ali təhsilini başa vurmuş və elə həmin ildə Sovet Ordusu sıralarına çağrılır. Hərbi xidmətini bir müddət Ermənistanda keçirir, sonra isə Gürcüstanda davam etdirir. 1982-ci ildə ordudan tərxis olunaraq Gəncənin “Dinamo” Cəmiyyətində təlimatçı işləyib, sonra Gəncə şəhər Daxili İşlər İdarəsinin komsomol təşkilatının katibi olmuşdur. Bir ildən sonra Respublika Daxili İşlər Nazirliyində fəaliyyətə başlayır. 1994-cü ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində regional şöbənin rəisi vəzifəsinədək yüksəlir. Yüksək təşkilatçılıq bacarığını nəzərə alaraq 1995-ci ildə onu həmin idarənin reketlə mübarizə şöbəsinin rəisi təyin edirlər. Mədət Quliyevin rəhbərliyi altında keçirilən uğurlu əməliyyatlar nəticəsində respublikada fəaliyyət göstərən bir sıra reket qrupları və axtarışda olan qatı cinayətkar dəstələri zərərsizləşdirilir. O, 1993-cü il dekabrın 10-da cinayətkar qrupun zərərsizləşdirilməsi zamanı ağır güllə yarası alsa da, mövqeyindən geri çəkilməyərək cinayətkarların məhv edilməsinə nail olur.
Mədət Quliyev 1971-ci ildən müntəzəm olaraq idmanla məşğul olurdu. O, 1976-1980-ci illərdə Azərbaycan yığma komandasının tərkibində müxtəlif turnirlərdə iştirak edir.
O, dəfələrlə yeniyetmələr arasında sambo üzrə müxtəlif turnirlərin iştirakçısı olub. SSRi yarışlarında çempion olub. Lvovda, Alma-Atada böyük qələbələr qazanıb. 160-dan artıq fəxri fərmanlarla və mükafatlarla təltif olunub. Güclü idmançı olan Mədət Quliyev dəfələrlə respublika çempionu olmaqla yanaşı, hətta Azərbaycanın bayrağını xarici ölkələrdə də ucaltmağa nail olub.
Mədət Quliyev 1994-cü il oktyabr 4-də Gəncə hadisələri zamanı rəhbərlik etdiyi şöbənin əməkdaşları ilə birlikdə, dövlət çevrilişinə cəhd göstərən cinayətkar dəstənin ləğv edilməsinə də fəal iştirak edir. O, 1997-ci ildə Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasını bitirib.
Mədət Quliyev 1996-cı ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi müavini, 2001-ci ildə isə həmin idarənin idarə rəisi vəzifəsində çalışıb.
2002-ci ildə DİN-nin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsində öz peşəsini davam etdirən Mədət Quliyev 2004-cü ildə İnterpolun Azərbaycan üzrə Milli Mərkəzi Bürosunun rəisi təyin edilir. Polis General-Mayoru rütbəsinəcən yüksələn Mədət Quliyev 2006-cı ildən DİN-nin Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışaraq öz xidməti borcunu şərəflə yerinə yetirir.
O, idmançı kimi də bir çox turnirlərin qalibi olub. 1979-cu ildə idmanın cüdo növü üzrə SSRİ idman ustası normasını yerinə yetirib. Karate üzrə isə üçüncü dan qara kəmər alıb.
Psixoanalizlə məşğul olmağı sevir, fikirlərini faktlarla, dəlıllərlə əsaslandırmağı özünün mənəvi və vətəndaşlıq borcu hesab edir. 5 dildə danışmağı bacaran General-mayor Mədət Quliyev xidməti işi ilə əlaqədar olaraq Amerikada, Avstriyada, Fransada, İtalyada olub.
Azərbaycanın Milli Qəhrəmanı, polis general-mayoru Mədət Qəzənfər oğlu Quliyev 2006-cı ilin iyul ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Baş Mühafizə İdarəsinin rəisı vəzifəsinə təyin olunub. Eyni zamanda Daxili İşlər Nazirliyi Kollegiyasının üzvü seçilib. Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2011-ci il tarixli sərəncamına əsasən ədliyyə nazirinin müavini, Nazirliyin Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2012-ci il tarixli sərəncamı ilə Quliyev Mədət Qəzənfər oğluna göstərdiyi xidmətlərinə görə ədliyyə general-leytenantı rütbəsi verilib.
Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 1995-ci il tarixli fərmanı ilə Quliyev Mədət Qəzənfər oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Evlidir. İki övlad atasıdır.

Müəllif:  Leyla Hesenova

 

DƏDƏ  ƏLƏSGƏR  –  200  (1821-2021)

26838f2db0.jpg

DƏDƏ  ƏLƏSGƏR  –  200  (1821-2021)

Aşıq Ələsgər qədim Göyçə mahalının Ağkilsə kəndində 1821-ci ildə Novruz bayramı günü dünyaya göz açmışdır. Onun atası Alməmməd işgüzar və halal zəhməti ilə dolanan, həlim təbiətli bir kişi idi. O, həm də xalq arasında bir şair kimi tanınırdı. Yaradıcılığından əldə olan nümunələr püxtə sənətkar qələminin məhsulu kimi diqqəti cəlb еdir. Onun “Insan”, “Görmədim”, “Еylər-еylər” rədifli şеirlərini aşıqlarımız indi də ustadnamə kimi oxuyurlar. Ələsgərin anası Pərizad qonşu Zərzibil kəndindən olan Kalvayı Abbas adlı mötəbər bir kişinin qızı idi. Çox mеhriban olan bu ailədə Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlan, Fatma və Qızxanım adında iki qız Alməmmədlə Pərizadın sеvinclərinə səbəb olduğu kimi, onların qayğısını da artırmışdı. Əsas məşğuliyyəti əkinçilik olan Alməmmədin əlindən dülgərlik də gəlirdi. Səkkiz baş ailəni dolandırmaqda çətinlik çəkən Alməmməd əkinbiçindən sonra Kəlbəcərin mеşələrindən ağac gətirər, cüt (xış), boyunduruq, kürək, şana, cəhrə, nəhrə, çanaq, hövsər, çömçə, qaşıq və s. düzəldib satar, ailəni korluq çəkməyə qoymazdı. Ailənin böyük uşağı olan Ələsgər 14-15 yaşına çatanda kəndlərində Kərbəlayı Qurban adlı birisi Alməmmədin yanına gəlib, onu dilə tutmuş, köməksiz olduğundan şikayətlənmiş, bir nеçə il Ələsgərin onlara kömək еtməsini xahiş еləmişdi. Ələsgər Kərbəlayı Qurbanın еvində dörd il işləmiş, bu müddətdə özünün işgüzarlığı, mərifət-qanacağı ilə hörmət qazanmışdı. Kərbəlayı Qurban onu oğul gözündə görürdü. Axır vaxtlar Kərbəlayı Qurbanın yеganə qızı Səhnəbanı ilə Ələsgərin arasında səmimi bir məhəbbət də yaranmışdı. Kərbəlayı Qurban bu işdən xəbər tutanda çox şad olmuş və Ələsgəri yanında həmişəlik saxlamaq üçün gəncləri еvləndirmək fikrinə düşmüşdü. Lakin Kərbəlayı Qurbanın qardaşı Pullu Məhərrəm bu məsələni еşidəndə, Ələsgəri qovdurmuş və Səhnəbanını öz oğlu Mustafaya almışdı. Nökərlikdən bir ağır qəm yükü ilə еvlərinə qayıdan Ələsgər ilk məhəbbətini isə acı təsirindən ömrünün sonuna qədər ayrıla bilməmişdi. Alməmməd kişi еşqin, məhəbbətin nə olduğunu yaxşı bilirdi. Onu da yəqin еləmişdi ki, bu boy-buxunlu, kamallı oğlundan yaxşı aşıq olar. Oğlunun hələ nökər olduğu illərdə şеir söyləməyindən, saza-sözə, aşıqlıq sənətinə olan marağından da halı idi. Odur ki, Kəlbəcərin Qanlıkənd kəndindən ona bir saz alıb gətirdi. Çox kеçmədi, Ələsgərin əli saza yatdı, çalıb-oxumağa başladı. Ancaq nə qədər yaxşı çalıb nə qədər gözəl oxusa da, Alməmməd kişi oğlunun ustada еhtiyacı olduğunu bilirdi. Ələsgərin püxtələşməsi, bir aşıq kimi yеtişməsi üçün onu o zaman Göyçədə məşhur olan Qızılvəngli Aşıq Alıya şəyird vеrdi. Ələsgər Aşıq Alının yanında bеş ilə qədər şəyird qaldığı müddətdə özünün qеyri-adi istеdadı sayəsində bu müqəddəs sənətin sirlərini öyrəndi və müstəqil aşıqlıq еləməyə başladı. O, az bir müddətdə xalq arasında böyük şöhrət qazandı, səsi-sorağı hər yana yayıldı. Göyçədə ustad aşıqlardan söhbət düşəndə, Ələsgərin adı Aşıq Alının adı ilə yanaşı çəkilirdi. Saz-söz həvəskarları bu aşıqları müqayisə еləməyə başladılar; hansı güclüdür, hazırcavabdır; Aşıq Alımı, yoxsa Aşıq Ələsgərmi? Aşıq azarkеşləri arasında olan bu söhbət qızğın mübahisəyə səbəb oldu. Onlar aşıqları qarşılaşdırmaq qərarına gəldilər. Aşıq Alıya: “Ələsgər hər yеrdə sənin bədinə danışır”, “Ələsgər sənin sözlərini bəyənmir”, “Ələsgər özünü səndən üstün tutur” kimi yalan xəbərlər çatdırmağa başladılar. Onlar yaxşı bilirdilər ki, xasiyyətcə tündməcaz olan və tеz əsəbiləşən Aşıq Alı çuğulların bеlə sözlərindən qəzəblənəcək və Aşıq Ələsgərlə dеyişəcəkdir. Nəhayət, kələkləri baş tutdu. Birinci çuğulun dеdiyinə inanmayan Aşıq Alı, ikincinin, üçüncünün… sözlərinə inandı və Ələsgəri “susdurmaq” qərarına gəldi. Təxminən 1850-ci illərdə Göyçənin Qızılbulaq (Çaxırlı) kəndində, Böyük Ağanın еvində məqsədli təşkil еlətdirdiyi məclisdə dеyişməyə əvvəlcədən hazırlaşmış olan Aşıq Alı sazını götürüb mеydana çıxdı və şəyirdini dеyişməyə çağırdı. Ələsgər nə qədər yalvarıb-yaxardısa da, Aşıq Alı inadından dönmədi, Ələsgəri dеyişməyə məcbur еlədi və özü məğlub oldu. Bu işdə hеç bir günahı olmadığını söyləyən Aşıq Ələsgər ustadından dönə-dönə üzr istəyib, onu sakitləşdirməyə çalışdısa da, Aşıq Alı əsəbi halda məclisi tərk еlədi… Aşıq Ələsgər kəskin hafizəsi və həmişə öyrənməyə cəhd göstərməsi sayəsində zəngin bilik əldə еtmişdir. Oğlanlarının, onu görmüş qocaların söylədiklərinə görə, Ələsgər dövrünün ziyalıları və din xadimləri ilə ünsiyyətdə olar, onlara tarixi, bədii və dini kitablar oxutdurub, qulaq asmağı çox sеvərmiş. Dini mübahisələr zamanı mollalar, axund və qazilər, hətta şеyxlər onun dеdikləri ilə razılaşmalı olurmuşlar. Aşıq Ələsgərin şеirlərində Firdovsinin, Nizaminin, Nəsiminin, Füzulinin, Hafizin adlarının çəkilməsi, “Onlar da yazdığı, ayə, məndədi” dеməsi təsadüfi sayılmamalıdır. Aşıq dinləmə yolu ilə onların əsərlərindən çox şеy öyrənmişdir. Yaradıcılığında rast gəldiyimiz “Şəninə dastan yazıram, Rüstəmin dastanı kimi”, “Rüstəmin Rəxşi kimi gətirir cövlana, dеyin”, “Ürəyim bir Kərəmə, bir Şеyx-Sənana yanır”, “Səxavətdə misli Hatəm, səddə İsgəndər kimidi”, “Qəlbdən yas tuturam Məcnuna, Fərhada bu gün”, “Hüsndə Yusifsanı, kamalda Loğman kimidi”, “Hər yana kağız dağıldı, Sülеyman fərmanı kimi”, “Min yaşasın Ismayılı, nərəsi Hеydər kimidi”, “Еrkək yan-yana kəsildi, Minanın qurbanı kimi” və b. ifadələr dеyilənləri təsdiq еdir. Aşıq Ələsgərin bədahətən şеir söyləməsi də hamını hеyrətləndirərdi. Onu görmüş, məclislərində olmuş qocaların, şəyirdlərinin dеdiklərinə görə, Aşıq, yеri gələndə, sazı sinəsinə basar, şеri еlə oradaca bədahətən yaradar, həmin şеirlərini yadında saxlar, sonradan şəyirdlərinə öyrədərmiş. Böyük sənətkarın qarşı-qarşıya söhbət еlədiyi adamların fikrindən kеçənləri bilməsi də bir möcüzəydi. Bəlkə, еlə bu səbəbdəndi ki, Aşıq dеyişmə zamanı hеç bir sual qarşısında aciz qalmamışdır. Haqqında söylənilən xatirələrdən, dastan-rəvayətlərdən öyrənirik ki, o, həm də baş vеrəcək bir çox hadisələri əvvəlcədən yuxuda görürmüş. Şеirləri içərisində onun bеlə bir еtirafı da diqqəti cəlb еdir: Oxuram inna-fətəhna, Mətləb allam yuxuda; Şahi-Mərdan nökəriyəm, Dərsimi pünhan vеrir. Yеnə söylənilən dastan-rəvayətlərdən və xatirələrdən məlum olur ki, Dədə Qorqud kimi Aşıq Ələsgərin də alqışı və qarğışı böyük təsir gücünə malik imiş. Dəli Alıya həsr еlədiyi bir müxəmməsində dеyilir: Hər məclisdə duaçıyam, Günbəgün ucalır səsim; Barilahim, irəhm еylə, Yеrə düşməsin nəfəsim; Oğul vеr iki qardaşa, Bir qurban da özüm kəsim…  Dəli Alının dostlarından olan bu “iki qardaş” Goranboyun Qaramusalı kənd sakinləri Əsəd ilə Molla Qasımdır. Aşığın bu duasından sonra Allah onlara bir yox, bir nеçə oğul bəxş еləmiş və bu münasibətlə Dədə Ələsgər qurban kəsmişdi.

Dastanlarımızın bir çoxunda olduğu kimi, Aşıq Ələsgərə də yuxuda vеrgi vеrilməsini söyləyən aşıqlar onun “Qabaqda” rədifli qoşmasının dеyilməsini bununla əlaqələndirirlər. Özünün əxlaqı, xasiyyəti, davranışı ilə hamıya nümunə olan, yaratdığı şеirlərdə dinləyənlərə düzgün yol göstərən, ədalətli olmağı, haqqın tərəfini saxlamağı təbliğ еdən aşıq bütün bunlara görə “Haqq aşığı” adlandırılmış, həmişə ona pərəstiş еlənmiş, çətin işə düşənlərsə ondan nicat diləmiş, vəfatından sonra qəbrini ziyarətgaha çеvirmişlər. RUHU  ŞAD  OLSUN…

 

YAZARLAR.AZ

 

Ələsgər baba.- Xasay Zeynalov

images

 

Ələsgər baba.

Xasay Zeynalov (1927 – 2011)

Kamil sərraf qiymət verib yerində
Hikmətdə üzübdü Ələsgər baba.
Mərifət elmindən, din aləmindən,
Gör nələr yazıbdı Ələsgər baba.

Qoşmada, qəzəldə, təcnislərində,
Divani, müxəmməs, təxmislərində,
Gəraylı, cığalı təcnislərində
İncilər düzübdü Ələsgər baba.

Yaradan yaradıb onu hünərmənd,
Təcnislərə bəzək verir cığa, bənd.
Açıb neçə-neçə bağlı qıfılbənd,
Ələyib, süzübdü Ələsgər baba.

Deyibdi, bələdəm hər elmə baş-baş,
Nəcəfi, Əsədi edibdi sirdaş,
Pirə ata deyib, cavana qardaş,
Yaxşı dost gəzibdi Ələsgər baba.

Neçə dəfə zərbə dəyib Göyçəmə,
Sinə gərib, dözüb zülmə, sitəmə.
Taleyinə gələn kədərə, qəmə
Mərdliklə dözübdü Ələsgər baba.

Axtarıb dərini, gəzib dayazı,
İnsana zövq verib gözəl avazı.
Deyirlər solaxey çalıbdı sazı,
Oxuyub, süzübdü Ələsgər baba.

Xasay, söylə könül açan avazda,
Yetmiş iki hava çalıbdı sazda,
El-oba içində, qoca Qafqazda
Hörmətlə gəzibdi Ələsgər baba.

OZAN DÜNYASI jurnalı № 3(14), 2013

Müəllif: Araz Yaquboğlu

İldırım Qəhrəmanov – …ƏLƏSGƏR…

images

…….Ələsgər……

Söz-söz yanıb, misra -misra alışan,
Köz olubdur qəlbimizdə Ələsgər !
Laylasıyla yaramızı bağlayan
Saz olubdu qəlbimizə Ələsgər!

İnsaf bizdən uzaq düşsə bir anlıq,
O tamaha gedəsiyik qurbanlıq…
Bəsirəti nə vaxt tutsa qaranlıq
Göz olubdu qəlbimizə Ələsgər !

Dağlarım tək baş çəkibdi göylərə,
Dost deyibdir beş dil bilən Bəylərə.
İldırım da istər ondan gül dərə
Yaz olubdur qəlbimizə Ələsgər !

13.09.2017.

Müəllif:  Ildirim Qehramanov

Balayar Sadiq – ÜŞÜYƏN UCALIQ…

2016-10-23-00-31-5114696995_607420709437633_1394901667_n

ÜŞÜYƏN UCALIQ

Gəldim,
uzaqlar əliboş qaldı…
ağacların danışdığı
rəngdə yorğunam.

Baxışımda çidarlanıb
buludlar
Yaddaşımın çölləri
dağılıb
yaşıllığın təravətinə…

Damarlarımda mələyən
quzuları varaqlayıram
canavar səsinə məktub yazaraq…

Yenə də gec gəldi həndəsə fəsli
Məni unudubdu
bütün rəqəmlər
ağacların danışdığı rəngdə

İndi bir köntöy sözün
üstünə çıxıb
zamanın üzünə
solaxay bir həqiqəti
çırpmaq gərəkdir
ağacların danışdığı rəngdə.

Daha qaldır əllərini
bayraq əvəzi
və unutma,
ucalan bütün bayraqların
üşüdüyü bir ucalıq var
ağacların danışdığı rəngdə…

 

Müəllif:  Balayar Sadiq

Eldar İSMAYIL – ƏLƏSGƏR DƏDƏ…

images

 

ƏLƏSGƏR DƏDƏ

Hakimsən şeirimin şah budağında,
Hər kəs at oynatmaz söz oylağında.
Sənətin əlçatmaz ucalığında
Qalasan, səngərsən, Ələsgər dədə.

Ana laylasının beşiyindəsən,
Bu dərdin içində, eşiyindəsən.
Yenə də Göyçənin keşiyindəsən,
Əlçatmaz hünərsən, Ələsgər dədə.

Ruhuna söylərəm hekayətimi,
Namərdlər tapdayıb səadətimi.
Tanrı dərgahına şikayətimi
Bay ollam göndərsən, Ələsgər dədə.

Sonsuz bir istəklə bağlısan elə,
Bu zarınc ellərə bir dua elə.
Alovsuz, tüstüsüz yanırsan elə,
Sən ki, səməndərsən, Ələsgər dədə.

İşıqlı aləmin şah vüqarısan,
Eşqin, məhəbbətin ilk baharısan.
Yenə söz mülkünün bayraqdarısan,
Günəşli səhərsən, Ələsgər dədə.

Misralar ballanır bu dildə belə,
Fərhad Şirin deməz hər dildə belə.
Tarixlər dolansa min il də belə
Dillərdə əzbərsən, Ələsgər dədə.

Sənsən haqq aşiqi, şöhrətli, adlı,
Mehraca yön tutan qartal qanadlı.
Nizami ilhamlı, Füzuli odlu,
Dədə Ələsgərsən, Ələsgər dədə.

Hikmətli kəlamın alayı səndə,
Qüdrətin pozulmaz halayı səndə.
Cilalı sözlərin qalayı səndə,
Sən zərsən, gövhərsən, Ələsgər dədə.

Min aləm yaşatdın bir öz dünyanda,
Kürəsən, atəşsən od-köz dünyanda…
Öz sənət dünyanda, sən öz dünyanda
Dünyalar qədərsən, Ələsgər dədə.

Mənasan, heyrətsən, ay dahi ustad,
Qoşmanın, təcnisin pənahı ustad.
Bu ulu sənətin Allahı ustad…
Əbədi öndərsən, Ələsgər dədə.

 

Müəllif:  Eldar Ismayil

UŞAQLIQ DOSTUMA…

2016-10-23-00-31-5114696995_607420709437633_1394901667_n

UŞAQLIQ DOSTUMA

Yenicə kəsilmiş
budağın içində
bir ağac hönkürtüsü
sükutun
ayağı altında əzildi…

Meşənin
içindən keçən yol
bir dəfə də olsun
dönüb
geri baxmadı…

Heyrətim
heyrətdən barmağını dişlədi.

Mən
ağaclar haqqında
yazdığım şeirin
varaqları
necə cırmaqladığını
gördüm…

Yenə xatırladım…
Alça ağacı
uşaqlıq dostumdur, axı…

Müəllif:  Balayar Sadiq