“Dörd Sual” – ın sentyabr qonağı Aygun Sadiq oldu.

 

 

18882019_120486325200976_6081026409939674767_n

“Dörd Sual” – ın sentyabr qonağı dəyərli şairə,  hamımızın  sevimlisi  Aygun Sadiq oldu.

QISA  ARAYIŞ:

Aygün Sadiq 1986-cı ildə Rusiyada anadan olub. Şeir yazmağa şagirdlik illərindən başlayıb. İlk şeirini dördüncü sinifdə oxuyarkən yazıb. Dövlət müstəqilliyimizin 10 illiyinə həsr etdiyi “Azərbaycan” şeiri ilk dəfə “Savalan” qəzetində dərc edilib. Bakı “Azərbaycan” universitetinin filologiya fakültəsinin məzunudur. Müəllim və mətbuat işçisi kimi fəaliyyət göstərir. Şeir və hekayələri ölkə və Türkiyə mətbuatında dərc olunur.

– Salam Aygün xanım!

–  Salam!

-“YAZARLAR” jurnalı olaraq, YAZARLAR.AZ –da  yayımlanmaq şərti ilə oxucu zövqünü formalaşdırmaq, oxucuların mütaliəsini istiqamətləndirmək,  əsasən də yeniyetmələrdə,  gənclərdə,   mütailə vərdişlərinin formalaşmasına  məqsədyönlü  şəkildə təsir  göstərmək  üçün  aşağıdakı DÖRD sualı cavablandırmanızı  xahiş edirik:

– Buyurun!

-İlk oxuduğunuz kitab hansıdır?

– İlk oxuduğum kitab:-Ədəbiyyatı uşaqlıqdan sevirəm. Özümü uşaqlıqdan ədəbiyyat fakültəsində təsəvvür edirdim. Dünya ədəbiyyatını da oxuyurdum. Onların üslubunu bəyənirdim. Məktəbli ikən artıq xanım yazarlardan Stou’nun, Voyniç’in, Kristi’nin azı bir əsəri ilə tanış idim. Ç.Bronte’nin “Ceyn Eyr”ini orijinaldan oxudum şagirdlik illərində. Kitab əlimdən düşməzdi. Evimizdə də bu sahəyə maraq çox idi. Anam incəsənət adamı idi. Onun şeir, qeyd dəftərləri həmişə əlimdə olurdu… İlk oxuduğum kitab “İnci xəzinəsi” adlı, Şərq şairləri haqqında antologiya oldu. Sonralar o kitabı itirdim. Hansı ki, gəncəli xanım şair M.Gəncəvi haqda bir rəvayət orda yer almışdı, indi adları çəkilməyən bir sıra şairlər haqda məlumat vardı.…

– İlk oxuduğunuz iri həcmli kitab hansıdır?

– Artur Heyli’nin “Aeroport” romanını oxudum. Müəllimim məsləhət görmüşdü ki, mütaliəmizi artıraq. Çox oxuyurdum…

– İlk oxuduğunuz çoxcildli kitab hansıdır?

-Qohumum, yerli yazıçımız V.Babanlı’nın “Ömürlük cəza” əsəri.

– İlk oxuduğunuz xarici ədəbiyyat nümunəsi hansıdır?

– Şekspiri oxuyurdum. Pyesləri oxuyurdum, yadımda qalsın deyə, süjetini qardaşıma danışırdım. Sonra siyahıya sevimli Hüqo və Mopassan da əlavə olundu…

– Sualları cavablandırdığınız üçün təşəkkür edirik.  Yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Sağ olun!

– Sağ olun!

 

 

 

Aygün Sadiqdən bir nümunə  “GƏLSİN” şeiri.

22519214_163786230870985_2080024210037834331_n

 

 

GƏLSİN

Yaddaşından al səsini,
Düşünüb tap çarəsini,
Yığ vüsalın nömrəsini,
Ara, gəlsin.

Yolçusuyam bu yolların,
Ey həsrətim, yoxum, varım!
Boynuna həsrət qollarım
Hara gəlsin?

Dünya qədər kədər yüküm,
Dərdi sənsizliyə büküm…
Kaş bircə yol adın çəkim
Bura gəlsin.

Silək qəlbdən viranlığı,
Talelərdən toranlığı,
Söküb ataq qaranlığı,
Nura gəlsin.

Yollar sənə aparmır heç,
Sevmək suçsa, bağışla, keç…
Ya həsrəti, ya məni seç-
Kara gəlsin.

Puça çıxdı ümidlərim,
Həyatımı istə, verim!
Sənsiz açan hər səhərim
Qara gəlsin…!

 

 

YAZARLAR.AZ

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma