
Bu gün Azərbaycan pedaqoji fikrinin görkəmli nümayəndəsi, pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar müəllim, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin doğum günüdür. Əjdər müəllimi bu münasibətlə təbrik edir, ona möhkəm gümrahlıq, uzun ömür, yaradıcılıq uğurları diləyirik. Arzu edirik ki, Əjdər müəllim təhsilimizin, pedaqoji elmimizin, pedaqoji publisistikamızın, təhsil jurnalistikasının, uşaq ədəbiyyatının, poeziyamızın, nəsrimizin, ictimai fikrimizin inkişafına töhfələr verməkdə davam etsin.
QISA ARAYIŞ:
Ağayev Əjdər Əbdülhüseyn oğlu — azərbaycanlı şair, nasir, publisist, tənqidçi, pedaqoq, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1957), Əməkdar müəllim (2000), pedaqoji elmlər doktoru (1996), professor (1996). azərbaycan təhsil şurasının sədri, respublika müəllimlər şurasının sədri
Əjdər Ağayev 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. Burada kənd yeddiilik, Salyanda orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil almışdır (1955-1960).
Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlamışdır (1960-1965). Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olmuşdur (1965-1969). Burada Əhməd Seyidovun rəhbərliyi ilə “Fərhad Ağazadənin pedaqoji göruşləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, sonra elmi işçi, baş elmi işçi, bölmə müdiri, şöbə rəisi, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışmışdır (1969-cu ildən). “Azərbaycan ictimai fikrində şəxsiyyətin formalaşması” adlı doktorluq işi müdafiə etmişdir. “Azərbaycan məktəbi” jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olmuşdur (1974-1981). Hazırda Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda pedaqogikanın nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, Lənkəran Dövlət Universitetində pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində çalışır (1981-ci ildən). Azərbaycan Təhsil Nazirliyi nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavinidir.
Bədii yaradıcılığa keçən əsrin 50-ci illərindən başlamışdır. İlk hekayəsi “İlk və son mahnı” 1956-cı ildə “Azərbaycan pioneri” qəzetində, “Bir də çal o mahnını” adlı ilk şeri isə 1957-ci ildə “Azərbaycan gəncləri” qəzetində çap olunmuşdur. 200-dək şerinə mahnı bəstələnmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Bədii əsərlərini mətbuatda Ə.Ə.Ağayev, A.Əjdər, Əjdər Ağazadə, Ə.Atəşin, Əjdər Ağayev imzaları ilə çap etdirmişdir.
Türkiyə ixtisas kursunda (1999), Türk xalqlarının VIII qurultayında (2001) və Macarıstanda YUNİSEF-in təşkil etdiyi konfransda (2001) olmuşdur.
Akademik Mehdi Mehdizadə adına mükafatın və “Araz” ali ədəbi mükafatın laureatıdır.
Çox dəyərli ziyalımız Əjdər müəllim həyat və yaradıcılığı boyu yazıb – yaratdığı aşağıdakı əsərləri hələ çox qaranlıqlara işıq tudacaq, xüsusi ilə uşaq və gənclərin təlim-tərbiyəsində böyük rol oynayacaq. Əjdər müəllimə bir daha can sağlığı, uzun ömür arzu edir və bu dəyərli əsərlərin siyahısını daha da artırmağı arzu edirik.
- Məktəblərdə vətənə sədaqət tərbiyəsi. Bakı: 1975, 36 səh.
- Məktəblərdə vətəndaşlıq borcunun tərbiyə edilməsi. Bakı: 1975, 72 səh.
- Azərbaycan maarifpərvərləri şəxsiyyət haqqında. Bakı: 1978, 56 səh.
- Vətəndaş olmağa borclusan. Bakı: 1979, 84 səh.
- Sülh gəmisinin kapitanı. Bakı: 1982, 68 səh.
- 150 yaşlı Şuşa məktəbi (publisistika). Bakı: 1982, 64 səh.
- Həyatın astanasında (publisistika). Bakı: 1983, 100 səh.
- Fərhad Ağazadənin pedaqoji görüşləri. Bakı: 1987, 124 səh.
- Azərbaycan dili (II siniflər üçün). Bakı: 1991, 96 səh.
- Ötən əsrdə doğulmuşlardan biri (publisistika). Bakı: 1999, 80 səh.
- Pedaqogika (dərs vəsaiti). Bakı: 1993, 292 səh.
- Payız (mahnı). Bakı: 1995, 4 səh.
- Sona xanım Tağıyeva (publisistika). Bakı: 1995, 44 səh.
- Tikdim ki, izim qala (publisistika). Bakı: 1996, 32 səh.
- Kosmos və Mən (mahnılar). Bakı: 1997, 24 səh.
- Bala dadı, bal dadı (şeirlər). Bakı: Mütərcim, 1999, 44 səh.
- Ceyran nənəm (hekayələr). Bakı: Mütərcim, 1999, 64 səh.
- Böyük Sabirin adına layiq (publisistika). Bakı: Təhsil, 1999, 64 səh.
- Gəlirəm, gözlə məni (şeirlər). Bakı: Mütərcim, 2000,
YAZARLAR.AZ
Mənbə:
https://az.wikipedia.org/wiki/%C6%8Fjd%C9%99r_A%C4%9Fayev