ƏBÜLFƏT HEYDƏR – “QARABAĞDADI”

10405611_520858741380603_2832956189186008079_n — копия

“QARABAĞDADI”

Sən ocaq yerisın, sən bir pir yeri,
Söz-söhbətin həmşə təzə tər yeri,
Dədələr yurdumun əcəb sir yeri,
Cənnəti-Rizvanım Qarabağdadı.
***********
Nə gözəldi bu yerlərin meşəsi,
Sevən kəsin qəm çəkməkdir peşəsi,
“İsa bulağı”nda “Bülbül”ün səsi,
Müqəddəs məkanım Qarabağdadı.
************
Bulaq üstə boyu bəstə qızlar hey,
Sinəsində köz olanlar sızlar hey,
Qatar-qatar durnalar hey, qazlar hey,
Mənim şöhrət-şanım Qarabağdadı.
************
Dərdindən xəstəyəm, ovutmağın yox,
Könlümü sevinclə ayıltmağın yox.
Bu necə gərdişdi, qayıtmağın yox,
Mənm yarı canım Qarabağdadı.
************
Qoca qartal “Şuşa”danmı gəlirsən!
Ah çəkmə dözmürəm, ah çəkəndə sən.
Əbülfət deyiləm, yox olmuşam mən,
“Kəbə”m, din-imanım Qarabağdadı.

 30.09.2017

Müəllif:  Abulfat Heydar 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma