TƏQVİMDƏ  BU  GÜN – 14 – ü DEKABR – RƏŞİD BEHBUDOVUN DOĞUM GÜNÜDÜR…

1817592.jpg

TƏQVİMDƏ  BU  GÜN – 14 – ü DEKABR,  DÜNYACA MƏŞHUR  AZƏRBAYCAN OĞLU, RƏŞİD BEHBUDOVUN DOĞUM GÜNÜ OLMASI İLƏ ƏLAMƏTDARDIR. BU GÜN RƏŞİD BEHBUDOVUN DOĞUM GÜNÜDÜR… RUHUN ŞAD OLSUN, VƏTƏN OĞLU…

 

1915-ci il dekabrın 14-də Tiflisdə doğulan Rəşid Behbudov uşaq yaşlarından məktəb xorunda oxuyub.  Uşaqlıq illəri qismən çətinliklərlə keçsə də uca  Yaradanın ona bəxş etdiyi, heç kimdə olmayan böyük bir sərvət sahibi idi Rəşid… O özü də bunun fərqində idi…   Hansı sahədə təhsil almasından və çalışmasından asılı olmayaraq həyatını bir an da olsun musiqisiz, səhnəsiz təsəvvür edə bilmirdi… O, səhnə üçün, doğulmuşdu….

 

R.Behbudov 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olur. Təhsil dövründə tələbə özfəaliyyət orkestrində çalışır. Hərbi xidməti zamanı ordu ansamblında solistlik edir. Həmin illərdə Tiflisdə „Teo-caz“ adlı kiçik ansambl yaradır. Cəbhədə konsertlər verir. Bakıda qastrol səfərində olanda burada qalmaq qərarına gəlir. Onun səsi sevgiyə, şəfqətə, saflığa çagırır. Çox keçmir ki, Rza Təhmasib onu „Arşın mal alan“ filminə dəvət edir, 1945-ci ildə arşınmalçı rolunda çəkilir və bu film ona böyük şöhrət gətirir. Filmin ssenari müəllifi Sabit Rəhman „Azərbaycan kinematoqrafiyasının təntənəsi“ məqaləsində aktyorun oyununu belə qiymətləndirib: „Əsgər rolu Rəşid Behbudovun ilk roludur. Rəşid öz gözəl, lirik səsilə estrada səhnəsində SSRİ-nin bir çox şəhərlərində sevilmiş, alqışlanmışdı. Əsgər onun ilk rolu olmağına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir…“

Çəkilişlər zamanı atasının ölüm ayağında olması haqqında kinostudiyaya teleqram gəlir. O, qrimini təmizləmədən yol maşını ilə Qazağa tələsir. Gəlib çatanda görür ki, atası eyvanda oturub çay içir. „Mənə dedilər ki, indi sən məşhur müğənni olmusan, kinoda çəkilirsən. Mən də yoxlamaq istədim -görüm, düzdür, ya yox“. R.Behbudov söhbətlərinin birində demişdi: „Mən dünyanın hər hansı bir ölkəsində konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl “Arşın mal alan» filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar. «Arşın mal alan» Azərbaycan kinosunun bütün dünyada bayrağına çevrildi. Bizim «Arşın mal alan» dünya ölkələrinin ekranlarını gəzdi. Çox vaxt öz konsertlərimlə filmin arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl «vizit vərəqəm» idi”.

1946-ci ildə bu filmə Dövlət Mükafatı verilir. «Arşın mal alan» Behbudova dünya söhrəti gətirir, ona yeni yaradıcılıq yolları açır. Onun yaratdığı lirik obrazın — Əsgərin könül oxşayan səsi hər tamasaçını valeh etmişdir.
1946-ci ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. 1949-cu ildə Budapeştdə Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir. Sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artır. T.Quliyevlə sənət əlaqələri bərkiyir. Behbudovun repertuarında «Azərbaycan», «Neftçi», «Züleyxa» və b. mahnılar yer alır. O, F.Əmirovun romans və mahnılarını ifa edir.

R.Behbudovun Azərbaycan milli kinematoqrafiyasının inkişafında xidmətləri təkcə «Arşın mal alan» kinokomediyası ilə bitmir. O, həmçinin «Bəxtiyar» filmində, «1001-ci qastrol», «Doğma xalqımıza», «Toyda görüş», «Abşeron ritmləri» film-konsertlərində və bir çox sənədli filmlərdə, kinojurnallarda çəkilir. 1951-ci ildə Rəşid Behbudov Çinə qastrol səfərinə gedir. Bu ölkədə «Arşın mal alan» filmi “Örtüksüz məhəbbət” adı ilə nümayiş etdirilərək çox məşhurlaşmışdı. Rəşidi orada hamı tanıyır, məşhurluq onu addımbaşı izləyirdi. «Bəxtiyar» filmi isə bu populyarlığın yeni dalğası idi. Üstəlik, Tofiq Quliyevin mahnıları, solo-konsertlər, laureatlıq. O, mahnıları elə ustalıqla ifa edirdi ki, hər dəfə dinləyicilər arasında hədsiz sentimentallardan heç olmasa birinin ürəyi gedirdi. Odessada onun maşınını camaat əlləri üstündə gəzdirirdi. Keçmiş ittifaqda müğənniyə vurulmayan qız bəlkə də tapımazdı.

Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verib. Premyerası 25 dekabr 1953-cü ildə olmuş «Sevil» operasında əsas qəhrəman — Balaş rolu Behbudova tapşırılır. F. Əmirovun  bu məşhur operasında yaratdığı Balaş rolu — dərin dramatizmlə aşılanmış bu obraz sanballı opera-səhnə uğurlarından biri kimi geniş miqyasda təqdir olunmuş, respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. O, öz sənəti ilə işıqlı bir ümid doğurur, dünyanın sənət fəlsəfəsini açır, insanları daha xoşbəxt çağların gələcəyinə inanmağa çagırırdı. Səsindəki həzin lirizm insan ürəyinin qüdrətini və genişliyini vəsf edirdi.

3fd39c3d2e9bb1cf86885d00c9b6e2f0

1946-56-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-60-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuş R.Behbudov 1966-cı ildən musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrları üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını yaratmış və onun bədii rəhbərli olmuşdur. Bu, SSRİ-də ilk belə teatr idi. Müğənni həmin ansamblla 56 ölkəni gəzmiş, Mərkəzi Amerikadan başqa dünyanın hər yerində olmuşdu. Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynamışdır. Azərbaycan mahnıları ilə yanaşı o, 50-dən artıq xarici mahnını da həmin xalqın dilində ifa etmişdir. Ansambl bəzi ölkələrdə bir neçə dəfə, təkcə Hindistanda 6 dəfə qastrol səfərində olmuşdu. O, xarici ölkələrdə verdiyi konsertlərdə yerli xalqların dilində oxuyur, heyrət nidaları və alqışlarla qarşılanırdı. R.Behbudovun özünün çəkdiyi və filmə daxil edilmiş kinoxronikadan aydın olur ki, İran səfəri zamanı verdiyi konsertlərdən yığılan vəsaiti Tehranda Gənclər Evinin konsert salonunun tikintisinə hədiyyə edir. İran gənclər naziri çıxışında bildirir ki, 1962-ci ildə Tehranda dəbdəbəli konsert kompleksi vaxtilə onun şərəfinə «Rəşidiyyə» adlandırılıb. Çilidə olarkən R.Behbudov bir çox şəhərlərdə konsertlər verir. Hətta partizanlar onu öz kollektivi ilə birgə dağlara aparırlar. Burada R.Behbudov və onun həmkarları 4200 metr hündürlükdə konsert verir, antraktlarda isə isti çay içmək əvəzinə oksigen yastığı ilə nəfəs alırdılar.

 

Həmin səfərdə iştirak edən Boris Brunovun dediyinə görə, üç ay ərzində kollektiv tərəfindən 85 konsert verilib və həmin konsertlərdə bir neçə yüz min tamaşaçı iştirak edib. R.Behbudov özünün parlaq yaradıcılığı və ictimai fəaliyyəti ilə xarici ölkələrlə mədəni əlaqələrini daha da möhkəmlənməsinə kömək edirdi. O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə olmuşdur. Bir çox görkəmli bəstəkarların mahnıları R.Behbudovun ifasında dünya xalqlarının 50-dən çox dilində səslənib. R.Behbudov dünyanın məşhur ölkəsinə səfəri haqqında «Uzaq Hindistanda» kitabını yazır. 1954-cü ildə yenidən ekranda göründü — «Doğma Xalqıma» sənədli filmində, Azərbaycanın elə bir şəhəri və rayonu və kəndi yoxdur ki, sənətkarın ayağı oraya dəyməmiş olsun. Dünyanın hər yerində, bütün keçmiş sovet respublikalarında yüz minlərlə adam onun ecazkar səsinə valeh olmuşdur. Böyük mügənni Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi hesab edilirdi. Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, 2 “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunmuşdur, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüşdür. O özünün bütün istedadını, tükənməz qüvvəsini, böyük təcrübəsini və biliyini Azərbaycan mədəniyyətinin inkişafına və tərəqqisinə vermiş, öz yaradıcılığı ilə vətəndaşlıq, xəlqilik ideyalarına bərqərar etmişdir. 1989-cu il iyunun 9-da xalqın lirik tenoru həyata gözlərini əbədi yumdu. Onun şirin və ecazkar səsi neçə on illərdir ki, milyonlarla tamaşaçı və dinləyicini ovsunlayır.

Zəngin çalarlı, müstəsna səsə malik Rəşid Behbudov Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindəndir. Azərbaycan ifaçılıq həyatını onsuz təsəvvür etmək mümkünmü?! Rəşid ifaçılığında hisslər necə də təbii və dolğun, necə də səmimidir! Azərbaycan xanəndələri üçün səciyyəvi olan improvizə xüsusiyyəti R.Behbudov yaradıcılığında bir az da təbii, bir az da orijinal görsənir. Onun mahnıları Azərbaycanı dünyaya tanıtdı, əcnəbilərə bu diyarın gözəl musiqisi, nəğmələri tanışlıq imkanı verdi…

 

HƏLƏ MAY AYINDA YAYILAN MƏLUMATLARA GÖRƏ  –

Rəşid Behbudovun həyat yoldaşı dünyasını dəyişib.

18302142_1507453992621171_763980555_n-540x369

Bu barədə Azərbaycanın tanınmış opera müğənnisi R.Behbudovun qızı Rəşidə Rəşid sosial şəbəkədə məlumat yayıb.

 

Prezident İlham Əliyev böyük sənətkar, SSRİ xalq artisti Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

 

RƏŞİD BEHBUDOVDAN TƏKRARSIZ İFA: – SEVGİLİM.

 

QEYD:

Без названия (1)

QARANLIQ SƏHİFƏ:

 1915-ci il dekabrın 14-də məşhur şuşalı xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmiş Rəşid Behbudov 1989-cu il iyunun 9-da müəmmalı şəkildə dünyasını dəyişib.

O zamandan bəri müğənninin ölümü ilə bağlı bir neçə versiya dolaşır. Əsas ehtimal isə onun 1988-ci ildə baş tutan Hindistan səfəri ilə bağlıdır. Belə ki, o zaman özünün yaratdığı Mahnı Teatrının kollektivi ilə Hindistana səfər edən Rəşid Behbudov maraqlı bir faktla rastlaşır. Komandasına tərcüməçilik edən hindistanlı şəhərlərin birindən keçən zaman SSRİ-dən olan Şaumyanın burada basdırıldığını və dəfnində özünün də iştirak etdiyini deyir. O zaman SSRİ Ali Sovetinin deputatı olan azərbaycanlı müğənni buna çox təəccüblənir və həmin adamdan dəfnlə bağlı olan kaseti ona verməsini xahiş edir.

1988-1989-ci illərdə Dağlıq Qarabağ problemli başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə SSRİ prezidenti Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Bunu Rəşid Behbudovun həyat yoldaşı da təsdiq edib. Rəşid Behbudov xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər.

Qeyd edək ki, müğənninin ölümü ilə bağlı teleməkanda ilk dəfə “Ölümdən 24 saat əvvəl” verilişində geniş araşdırma aparılıb.

Modern.az saytı Hindistan səfəri zamanı Rəşid Behbudovun yanında olmuş tanınmış müğənni, xalq artisti Bilal Əliyevlə bu mövzuda söhbət edib. Bilal Əliyev bizə açıqlamada kasetlə bağlı maraqlı detaldan danışdı:

“1988-ci il idi. O zaman Rəşid müəllimlə birlikdə rəhbərlik etdiyi Mahnı Teatrının üzvləri bir ay Hindistanda səfərdə olduq. Bizə Ravi adlı hindistanlı tərcüməçi də vermişdilər. Rus-ingilis dilləri arasında tərcümanlıq edirdi. Dəqiq yadımda deyil, ya Mədrəsə, ya da Kəlküttə şəhərinə gedən zaman bir kəndin yanından ötəndə Ravi dedi ki, “burada siz tərəfdən bir nəfər dəfn edilib. Adı Stepan Şaumyandır, uzun müddət burada yaşayıb və 10 il bundan qabaq rəhmətə gedib”.

Rəşid müəllim o zaman istəmədi ki, qastrol heyətinin əhvalı korlansın, bununla bağlı söz-söhbət yaransın. Ona görə də bu söhbəti ikilikdə etmək istədi. Çünki o həm də Ali Sovetin deputatı idi. Rəşid müəllim həmişə elə bilib ki, mən rus dilini bilmirəm. Çünki başa düşsəm də, yaxşı danışa bilmədiyim üçün Rəşid müəllimin yanında rusca bir kəlmə də kəsmirdim. Ona görə də uşaqların hamısı durub gedəndə məni ayağa qalxmağa qoymadı. Dedi, “Bilalçik sən otur”. Sonra tərcüməçiyə tərəf dönüb dedi ki, “bu oğlan rusca heç nə bilmir, sən məni başa sal ki, bu nə məsələdir? Nə Şaumyan, nə dəfn, nə məzar?!”.  Ravi dedi ki, “bəli, Şaumyan burada yaşayıb və burada da dəfn olunub. Mən hətta onun dəfnində də iştirak etmişəm”.
Onda Rəşid müəllim dedi ki, “həmin dəfnlə bağlı kaseti görə bilərəm?”. Ravi dedi ki, “bəli, Bombeyə qayıdım, lazımı adamlarla danışım, sonra sizə kaseti verərəm”. Mənim yanımda olan söhbət bu qədər olub”.

Bilal Əliyevin yanında söhbətin yalnız bir hissəsi olub. Amma həmin şəxs vasitəsilə Rəşid Behbudova kaset verilib. Xüsusi nüfuz sahibi olan müğənni o zaman Moskvaya gələrək həmin kaseti Qorbaçova fakt kimi təqdim edib. Çünki bu kaset rus-erməni işbirliyinin və Şaumyanın güllələnməməsinin bir sübutu idi. Hər şey də bundan sonra başlayıb:

Bilal Əliyev: “Sonradan Bakıya qayıdanda maraqlı bir söhbətin şahidi oldum. Yəni o vaxt insanların danışdıqlarını indi sizə açıqlayıram. O zaman deyirdilər ki, Rəşid Behbudov Hindistandan bir kaset gətirib və Qorbaçovla görüşəndə ona təqdim edib. Ondan sonra mübahisə düşüb və Rəşid Behbudovu SSRİ Ali Sovetindən uzaqlaşdırıblar. Onda mən barmağımı dişlədim ki, aha, sən demə, söhbət həmin kasetdən gedirmiş”.

Bu kasetə əslində sonun başlanğıcı da demək olar. Ondan sonra Ali Sovetdən uzaqlaşdırılan Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır. Bilal Əliyev bu barədə ətraflı danışır:

“Rəşid Behbudov haqqında nə istəsəniz məndən soruşun. Çünki mən ona övladı qədər yaxın idim. Biz bilirdik ki, onun səhhətində, xüsusən də böyrəklərində problemlər var. Hətta özü ikilikdə mənə demişdi ki, onun sidik kisəsində də hansısa problem var. Amma son hadisələr, Ali Sovetdən uzaqlaşdırılması, başqa deputatların yanında aşağılanması ona pis təsir etdi. Ondan sonra xəstə yatdı. Həyat yoldaşı Ceyran xanım, bir də teatrın o zamankı direktor müavini Eduard gəlib onun səhhəti barəsində danışırdılar. Onların danışığından eşitdik ki, Rəşid müəllimi o zaman Moskvada xüsusi tibbi komissiyaya da qoymayıblar. Hərçənd ki, Rəşid müəllim həmişə ora gedirdi. Ceyran xanımın bəzi müraciətlərindən sonra bu qadağa aradan qaldırıldı. Sonra çağırdılar. Bəlkə də bu çağırışda xüsusi planları olub, onu mən deyə bilmərəm”.

Elə bu çağırış Rəşid Behbudovun Moskvaya, ümumiyyətlə, bu dünyadakı hansısa bir şəhərə sonuncu səfəri olub: “Ceyran xanım və Eduard bu haqda  danışırdılar. Mən də onlardan eşitmişəm. Deyirdilər ki, “biz Rəşid müəllimin olduğu palatanın qapısının azında gözləyirdik. Qəfildən, gözləmədiyimiz halda tibb bacısı çölə çıxıb dedi ki, “Rəşid Behbudov dünyasını dəyişib”. Biz şok olduq. Tez içəri girdik. Gördük ki, sistem-filan, nə varsa hamısını çıxarıblar. Səs-küy salıb dedik nə ixtiyarınız var ki, sistemi çıxarasınız”. Onlara da yalandan deyiblər ki, guya, Rəşid müəllim yerində çapalayanda sistem çıxıb”.

Söhbətin bu yerində müğənniyə “Bilal müəllim, belə söhbət də var ki, Rəşid Behbudovun özü xanımına deyibmiş ki, o kasetdən və Qorbaçovla mübahisədən sonra onu aradan götürəcəklər. Bu haqda nə bilirsiniz” sualını verdik.
Xalq artistinin cavabı belə oldu:

“Mən o zaman başqa yerdə olmuşam. Rəşid Behbudov dünyasını dəyişəndə Naxçıvanda toyda idim. O zaman Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Fəttah Heydərovun müavini Sveta xanım mənə yaxınlaşaraq dedi ki, “bir xəbər deyəcəyəm, amma toxtaq ol, Rəşid müəllim rəhmətə getdi”. Diz üstə çökərək ağladım. Toy da yarımçıq qaldı. Məni Bakıya yola saldılar. O zaman vəziyyət başqa cür idi. Əbdürrəhman Vəzirov ölkəyə rəhbərlik edirdi. Amma onu deyim ki, dəfn pis təşkil olunmadı. Vəzirovun özü də ora gəlmişdi.

Rəşid müəllimin çox arzusu ürəyində qaldı. Məsələn, mənə deyirdi, “bunlara, yəni rəhbərliyə çox deyirəm ki, yoldaşım məndən cavandır, qoy məndən sonra Mahnı Teatrına o rəhbərlik etsin. Çünki dünyada ilk Mahnı Teatrını mən yaratmışam və xanımın bu zaman yanımda olub. Teatrın bütün işlərini bilir”. Amma ona imkan vermədilər. Çox söz-söhbətlər oldu. Bunları mənə Rəşid müəllim danışıb. Mən də danışım ki, el-oba, xalq bunlardan xəbərdar olsun”.

Dünya şöhrətli müğənninin ölümü bu gün də müxtəlif səbəblərlə izah edilir. Amma əsas səbəb kimi yuxarıda danışılan detal göstərilir. Bir neçə il bundan qabaq AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov da çıxışında müğənninin ölümünü Şaumyanla bağlı olan məsələlərin izini silməklə əlaqələndirmişdi:

Onun dediyinə görə, bu faktla bağlı əsas məqamlardan biri sovet hökumətinin liderlərindən olan Anastas Mikoyanın Stepan Şaumyanla bağlı izi itirməyə çalışmasıdır: “Mikoyan uzun müddət izi itirməkdən ötrü məlumat verib ki, guya o, Şaumyanla bağlı Hindistan arxivlərinə sorğu göndərib və ona orada heç bir sənədin olmadığını deyiblər. Guya, onun oğlu Serqo Mikoyan da eyni şəkildə arxivlərə müraciət edib. Guya, bu sənəd tapılmayıb. İngilis jurnalisti Brayn Pirs isə Hindistana, Dehliyə gedərək arxivə müraciət edib. Arxivdən ona arayış veriblər ki, Mikoyan soyadlı şəxslər həmin arxivə müraciət etməyiblər. Bunların hamısı çox aydın sübut edir ki, güllələnən “26-lar” sırasında Şaumyan olmayıb”.

Yaqub Mahmudovun sözlərinə görə, sovet dövründə turizm xətti ilə Hindistana gedən şəxslərdən Stepan Şaumyanın Hindistanda qaldığı evlərdə olanlar da var.

 İLKİN MƏNBƏLƏR:

https://az.wikipedia.org/wiki/R%C9%99%C5%9Fid_Behbudov

http://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/5594/r%C9%99%C5%9Fid-behbudov.html

http://a24.az/resid-behbudovun-heyat-yoldasi-vefat-etdi-foto/

http://modern.az/az/news/90601/#gsc.tab=0

 

YAZARLAR.AZ  OLARAQ, BÖYÜK SƏNƏTKARI HÖRMƏTLƏ ANIR, BİR DAHA RUHUN ŞAD OLSUN DEYİRİK…. AZƏRBAYCAN DURDUQCA ONUN MAHNILARI, ONUN SƏSİ GƏLDİKCƏ AZƏRBAYCAN YAŞAYACAQ….

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma