BİR DAHA XATIRLADIRIQ Kİ, TORPAQLARIMIZIN İŞĞALI DAVAM ETDİKCƏ VƏ XOCALI LƏKƏSİ TƏMİZLƏNƏNƏ QƏDƏR FEVRAL AYINDA YAZARLAR.AZ SUSACAQ…. ZAUR USTACIN “ORİYENTİR ULDUZU” – dan BİR PARÇA PAYLAŞARAQ, HƏM MÜBARİZ İBRAHİMOVU FEVRAL AYINDA ANIR, HƏM DƏ MÜƏLLİFİN DİLİ İLƏ NƏ ETMƏLİ OLDUĞUMUZU NİŞAN VERİRİK…

1-d0bad0bed0bfd0b8d18f

BİR DAHA XATIRLADIRIQ Kİ, TORPAQLARIMIZIN İŞĞALI DAVAM ETDİKCƏ VƏ XOCALI LƏKƏSİ TƏMİZLƏNƏNƏ QƏDƏR FEVRAL AYINDA YAZARLAR.AZ SUSACAQ…. ZAUR USTACIN “ORİYENTİR ULDUZU” – dan BİR PARÇA PAYLAŞARAQ, HƏM MÜBARİZ İBRAHİMOVU FEVRAL AYINDA ANIR, HƏM DƏ MÜƏLLİFİN DİLİ İLƏ NƏ ETMƏLİ OLDUĞUMUZU NİŞAN VERİRİK…

 

 

…..O, bir peşəkar kimi insan orqanizminin bu vəzyyətdə çox davam gətirə bilməyəcini bilirdi, ancaq mümkün qədər çox, çox dovşan ovlamaq lazımdı, yol azuqəsi üçün- o, düşündü. Hiss edirdi ki, istəmədiyi hərəkətləri edir, beyni sarsıdıcı uğultunun, canqa-curuq səs-küyün içində sızıldayırdı. Yaralanmasa da, özünü yaxşı hiss etmirdi. Lazım olmadığı anda qalxır, fırlanırdı. Qəflətən gicgahında arı sancdı sanki, əlini başına apardı, deyəsən başına nəsə dəymişdi. Yəqin, “AQS” qəlpəsidi, gör a, bir belə ehtiyatla hazırlaş, dəbilqəni götürmək yaddan çıxsın, indi əgər başımda olsa idi, heç bu zibil də başıma dəyməzdi, bir az da qırardım bu şərəfsizlərdən, ona görə komandirlər həmişə deyərdi ki, “kaska” əsgərin ikinci başıdı, döyüşə “kaska”-sız gedən elə bil, bir başla gedir, ona da bir şey olanda, bax belə olur – dedi öz-özünə Seyid, ancaq hər şey qaydasında idi, Seyid axırıncı əl qumbarasın yaxınlaşmaq istəyən qrupun üzərinə atdı. Bir yandan uğultu, bir yandan yaralı dovşanların cığıltısı Seyidin beyninə işləyirdi. Gözü açıq olsa da, arada sanki, yumulur, gözünün qabağına dağlar gəlir, həmişə Günəşin batdığı yerdə, Günbatanda GÜNƏŞ doğurdu. O, başını silkələdi- əstəğfirullah, bu nədi o, Gündoğana baxdı dan yeri al qana boyanmışdı, ancaq Günəş dağların arxasında doğmaqda idi, Günbatanda. Seyid ani olaraq nəsə düşünüb, tüstü şaşkasının birini çəkib, atdı. İkincisini də onunun bir az qabağına atdı. Ətrafı qırmızıya, boza çalan göy tüstü bürüdü. Seyid mövqeyindən çıxıb, sökülmüş asfalt örtüklə torpağa tərəf getdi. İndi o, örtüyün qurtardığı yeri, bizim bağlardan sökülən beton dirəkdən olan səkini aydın görürdü. Bu anda çıp, çıp iki səs gəldi qulağına, öndən bir balaca sağ tərəfdən sanki, iki arı eyni anda sancdı. Bu, it arıları ilə çox oynadım a, deyəsən – düşündü Seyid. Sol böyründə ağrı hiss etdi, əlini yumşaq komfilyaj köynəyinin üstü ilə aşağı sürüşdürdü. Solda, aşağıda baş barmaq girən yara açılmışdı, bu da son – düşündü Seyid. Üzünü göyə tutub, Allahım, bu mərtəbəni mənə çox görmə, yaralı bu şərəfsizlərə əsir etməginən- dedi. Üstündə quru otlar olan torpağı görürdü. İstədi ora çatıb, torpağın üstünə uzanıb, dincəlsin. Səkiyə üç-dörd addım var idi, hər tərəf tüstü idi, hiss etdi ki, iki dəstəkli avtomatı ona ağırlıq edir istədi atsın, ancaq  komandirlərinin sözü qulağında cingildədi:-  “Əsgərin silahı arvadından irəlidir!”- atmadı, avtomat özü sürüşüb düşdü əlindən. Bir, iki addımladı, səkiyə çatdı, indi beş-altı santılıq səki onun qabağını kəsmişdi. Bu qədər dağları, dərələri aşasan bir “barduru” keçə bilməyəsən- düşündü Seyid. Son gücünü toplayıb, bir addım da atdı, nəsə,  nə vaxtsa murdar dığaların əli ilə tökülmüş asfalta yıxılmaq istəmirdi. İstəyirdi ki, illərdi mərd ogulların nəşinə təşnə qalan, şərəfsiz düşmən əsarətində inləyən VƏTƏN TORPAĞINA yetirsin özünü… Ayağı səkiyə ilişdi, yıxılmadı səndələdi bir az… Yavaşca sağ dizi üstə çöküb, sag böyrü üstə uzandı- sol yaman incidirdi- sağ əlini torpağa tərəf uzatdı, başını qaldırıb, həsrətlə baxdı burnunun ucundakı torpağa; İlahi hələ çoxmu öz torpağımızda həsrətlə baxacayıq öz torpağımıza-dedi və başını qolunun üzərinə qoydu. Hiss etdi ki, iradəsini itirir, istədi gözlərini yumsun, ancaq  göz qapaqları sözünə baxmadı. İstədi sol əlini qaldırıb, gözlərini yumsun. Qolunu bir az qaldırdı, ancaq axıra qədər qalxmadı yanına düşdü. Göy üzünə baxa-baxa kelmeyi-şəhadət gətirdi. Daha heç nə düşünmürdü,  gedirdi üzü Günbatanda doğan Günəşə tərəf gedirdi… Sanki, kimsə onu gəzdirirdi; bura Ağdərədi, bura Kəlbəcərdi, bura Laçındı, bura Göyçədi, bura Borçalıdı,bura Dərbənddi, bura İrəvandı, bura Zəngəzurdu, bura Təbrizdi,   bura Füzulidi, bura Zəngilandı, bura Qubadlıdı, bura Cəbrayıldı, bura Xocavənddi, bura Ağdamdı, bura Xocalıdı, bura Xankəndidi, bura Şuşadı- Qaladı eee, Qala- bura QARABAĞDI- bura dünyanın mərkəzidi, bura bəşəriyyətin beşiyidi, bura ADƏMİN vətənidi, bura AZƏRBAYCANDI, bu torpaqlar türk oğluna UCA TANRININ ərmağanıdı, bu torpaq Adəmin yoğrulduğu torpaqdı, bu torpağın uğrunda ŞƏHİD olmaq hər kəsə nəsib olmur… O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil, bir az əvvəl   bir səkinin əlində aciz qalan adam deyildi. Üzü Günbatanda doğan Günəşə doğru gedirdi. Birdən dayandı mən hara gedirəm belə, bəs bu mənə deyilənləri necə çatdırım Vətən oğullarına, düşüncəsi ilə uçdu göylərə…

İndi, Günbatanda bir ulduz parlayır, elə parlayır, elə parlayır ki, sanki, gəl, gəl, bu tərəfə gəl, buralar səni gözləyir deyir…

07-21 fevral 2011. BAKI.

   TAM TƏHLÜKƏSİZ  BU LİNGLƏRDƏN OXUMAQ OLAR:

https://oxuzal.wordpress.com/zaur-ustac-oriyentir-ulduzu/

http://www.kitabxana.net/files/books/file/1430716832.pdf

http://anl.az/el/Kitab/2016/uz_ou.pdf

http://www.ebooks.az/book_Q46EB1Uk.html

Advertisements

Zaur USTAC: – “DÜNYA  BİR  PƏNCƏRƏDİR…” (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

aaaaaaaaaaaaaaaaaaffffffff

“DÜNYA  BİR  PƏNCƏRƏDİR…”

(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

 

“Dünya bir pəncərədir”, pəncərən  olsa, qardaş…

De, heç vaxtın oldumu, pəncərədən baxmağa,

Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…

Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,

O da, Sən də yox idi, işin-gücün çox idi…

Çoxunun gözü ackən, Sənin gözün tox idi…

*        *        *

Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???

Yeddi ürək  gərəkdi,  baxışına baxmağa,

Qəlb adlı əzamızı,  qan vurmağı  saymasaq…

Bizdə ürək nə gəzir,  gözümüz yox baxmağa,

O ürək Səndə idi, baxışların ox idi…

Çoxunun  haqqı  yoxkən,  Sənin haqqın  çox idi…

*        *        *

“Nə yatdın ki, nə yuxu”,  görəsən, əziz qardaş….

Yaradan yaratmışdı, Səni oyaq qalmağa,

Ayaqüstü, sırada,  göz qırpmağı saymasaq…

Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,

Düşüncə, dərin ümman, zehin, iti ox idi…

Çoxunda  beş-beş olan, Səndə biri yox idi….

*        *        *

Damarda coşdu qanın, ürək dözmədi, qardaş…

Dizindəki təpərin bəs eylədi qalxmağa,

Dostlarının toyunda oynamağı saymasaq,

Toy-düyün də görmədin, oturmağa-qalxmağa,

Ərgənlənmiş ər idin, bəy otağın yox idi…

Çoxu sayın bilmirdi, Sənin biri yox idi…

*        *        *

İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…

Sənin etdiklərini ehtiyac yox saymağa,

Arada qəmli-qəmli bu baxmağı saymasaq,

Eyibin də yox idi,  barmaq ilə saymağa,

Yan-yörədə bildiyin, nacis, naqis çox idi…

Bilən bilir qardaşım, Sənin mislin yox idi….

21.01.2018. Bakı. (13:33-15’)

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

Zaur USTAC : – İNCİ  QƏRƏNFİL şeiri.

azar

İNCİ  QƏRƏNFİL

Olsan da, bu işdə ən son müqəssir,

Gəl, məndən incimə, inci qərənfil…

Utanc çiçəyisən, utanc çiçəyi,

İstəsən lap  məndən inci, qərənfil…

*        *        *

Ruhum bu halından çox mütəəssir,

Yenə döşənmisən küçəyə, daşa…

Qaxınc  çiçəyisən, qaxınc çiçəyi,

Qaxanc  örf-adətə, öfkəyə, başa,

*        *        *

Bu işdə bilmirik, kimdi müqəssir,

Bizim üz qaramız, qırmızımızsan…

Həya örpəyisən, güvənc ləçəyi,

Sən bizim dünyaya qırımımızsan…

*        *        *

Ustac  tək oğullar çox mütəəssir,

Üz-üzdən utanır, dözür ağrına…

Əlacsız-əlacsız ödünc çiçəyi,

Silah əvəzinə sıxır bağrına…

 

20.01.2018.  Bakı. (15:00)

 

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac

TƏQVİMDƏ BU GÜN : – 19- YANVAR ŞƏHİDİMİZ – AZƏRBAYCAN ORDUSUNUN GƏNC ZABİTİ FƏRİD ƏHMƏDOVUN DOĞUM GÜNÜDÜR….

aaaaaaaaaaaaaaaaaaffffffff

DÜNYA BİR PƏNCƏRƏDİR….

TƏQVİMDƏ BU GÜN – Fərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008-2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.

2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.

Prezidentin sərəncamı:
2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Gülağa oğlu Əhmədovun “İgidliyə görə” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb

Xatirəsi Əbədiləşdirilib:
2014-cü ilin yanvar ayında şəhid Fərid Əhmədovun ömür yoluna həsr olunmuş “Hay ver mənə, leytenant” filminin təqdimat mərasimi keçirilib.

ALLAH ŞƏHİDİMİZƏ  RƏHMƏT ELƏSİN…. DOĞMALARINA SƏBR VERSİN…. RUHUNU  ŞAD  EDƏ  BİLMƏMİŞİK  HƏLƏ   QARDAŞIM….  NUR İÇİNDƏ  YAT…….

YAZARLAR.AZ

#yazarlaraz#poet #pottery #writer #writers
#army #star #stars #azerbaycan #azerbaijan #baku #photography#photographer #bayraq #şəhid #political #cəlilabad #vatan

Zaur USTAC və Mehman GÖYTƏPƏLİ “HAQQIN SƏDASI” qəzetinin redaksiyasında.

26907216_1985129095032140_3579920900555931358_n

BU  GÜN  TANINMIŞ  ŞAİR – PUBLİSİST  MEHMAN  GÖYTƏPƏLİNİN   AD GÜNÜDÜR.

ZAUR  USTAC  MEHMAN  GÖYTƏPƏLİNİ  “HAQQIN SƏDASI”  QƏZETİNİN  REDAKSİYASINDA  TƏBRİK  EDƏRKƏN. BİZ DƏ YAZARLAR.AZ OLARAQ TƏBRİKLƏRƏ QOŞULUR, MEHMAN MÜƏLLİMƏ UZUN ÖMÜR, CAN SAĞLIĞI,  BÜTÜN İŞLƏRİNDƏ UĞURLARININ BOL OLMASINI ARZU EDİRİK…

YAZARLAR.AZ

TƏQVİMDƏ BU GÜN: – 17 Yanvar – İCTİMAİ-SİYASİ XADİM, TANINMIŞ AKTYOR SƏMƏD HƏTƏMOVUN AD GÜNÜDÜR.

550094_476687989065693_572478975_n

TƏQVİMDƏ BU GÜN: – 17 Yanvar – İCTİMAİ-SİYASİ XADİM, TANINMIŞ AKTYOR SƏMƏD HƏTƏMOVUN AD GÜNÜDÜR. – BU GÜN MÜNASİBƏTİ İLƏ SƏMƏD MÜƏLLİMİ TƏBRİK EDİR, İCTİMAİ – SİYASİ İŞLƏRİNDƏ VƏ YARADICILIQDA  UĞURLAR ARZU EDİRİK… VAR OLUN…  UĞURLARINIZ BOL OLSUN….

QISA  ARAYIŞ:

17 Yanvar 1963 – də Ağdam rayonu,  Yusifcanlı kəndində anadan olub.   1980 – ci ildə, Yusifcanlı kənd orta məktəbindən , 1984 – cü ildə isə    Azərbaycan Dövlət Mədəniyyət  və İncəsənət Universitetindən – Dram və Kino Aktyoru – məzun olan, Səməd müəllim hal-hazırda Ümid Partiyası sədrinin müavini vəzifəsində çalışır. Səməd müəllim eyni zamanda olduqca müxtəlif mövzulu sənədli  filimlərin səsləndirilməsi sahəsində fəaliyyət göstərir.  Beləki, bu qəbildən olan flimlərin sonuda oxuduğumuz və ya eşitdiyimiz – səsləndirdi : Səməd Yusifcanlı  imzası, məhz Səməd müəllimə məxsusdur.  Səməd  Hətəmov evlidir.  Üç övladı, iki nəvəsi var. Bakı şəhərində yaşaır.

YAZARLAR.AZ olaraq, bugünkü təbriklərə qoşuluruq, bir daha  Ad gününüz mübarək, Səməd müəllim… Uğurlarınız bol olsun… Var olasız…

YAZARLAR.AZ

Zaur USTAC: “LAZIM” GƏLSİN şeiri.

lazim

“LAZIM” GƏLSİN…
(Lazım gəlsə…)
Ya ağ olub, ya da qara,
İstəyirəm, bozum gəlsin…
Dar quranlar, salıb tora,
İstəyirəm, çözüm gəlsin…
* * *
Cümlə-cahan batıb qara,
Təbiət də çəkib dara,
İnsan oğlu möhtac qora,
İstəyirəm, Yazım gəlsin…
* * *
Bixəbər, nanəcib gəlib,
Soylu gəlib, nəcib gəlib,
Haram gəlib, vacib gəlib,
İstəyirəm, “Lazım” gəlsin…
* * *
Bəşər itirib həvəsi,
Yox hal, tükənib nəfəsi,
Bizi yorub tütək səsi,
İstəyirəm, sazım gəlsin…

* * *
Ustac verər, düzə dəyər,
Haqq bildiyin, üzə deyər,
Sazı öyər, sözü öyər,
İstəyirəm, bizim gəlsin…

16.01.2018. (13:00 – 10’) Bakı.

 

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

“DÖRD SUAL”-ın Yanvar qonağı Elnur QƏRARİ oldu.

25994586_1408267662615717_591867089574761058_n

 

“DÖRD SUAL” -ın 2018 – ci  ildə  ilk – Yanvar  qonağı  dəyərli  dostumuz,  gənc  şair,  Elnur QƏRARİ   oldu:

– Saalam, Elnur    müəllim!

–  Salam!

-“YAZARLAR” jurnalı olaraq, YAZARLAR.AZ –da  yayımlanmaq şərti ilə oxucu zövqünü formalaşdırmaq, oxucuların mütaliəsini istiqamətləndirmək,  əsasən də yeniyetmələrdə,  gənclərdə,   mütailə vərdişlərinin formalaşmasına  məqsədyönlü  şəkildə təsir  göstərmək  üçün  aşağıdakı DÖRD sualı cavablandırmanızı  xahiş edirik:

– Buyurun!

-İlk oxuduğunuz kitab hansıdır?

-İlk oxuduğum kitab əlifba kitabıdır.

– İlk oxuduğunuz iri həcmli kitab hansıdır?

– Nizami Gəncəvinin “Xəmsə” si olub.

– İlk oxuduğunuz çoxcildli kitab hansıdır?

– İlk oxuduğum coxcildli kitab “Min bur gecə” olub

– İlk oxuduğunuz xarici ədəbiyyat nümunəsi hansıdır?

-İlk oxuduğum xarici ədəbiyyat Viktor Hüqonun “Səfillər” əsəri olub.

– Sualları cavablandırdığınız üçün təşəkkür edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun! Sağ olun!

– Sağ olun!

YAZARLAR.AZ

YAZARLAR.AZ TƏQDİM EDİR: – ELNUR QƏRARİ, GÖRDÜM ŞEİRİ.

25994586_1408267662615717_591867089574761058_n

 

GÖRDÜM

Yuxuda getmişdim doğma vətənə,
O gözəl yurdumu virana gördüm!
Gördüm ki, çiçəklər saralıb solub,
Çəmənlər düşübdür borana, gördüm!

ALLAH, bu nə gündü bu necə güzar?
Bülbüllər canından olubdur bezar,
Orda nə cənnət var, nə də laləzar,
Durnalar köçübdür arana, gördüm!

Bağçalar quruyub, solubdu güllər,
Nə vaxtdır qəm çəkir sonalı göllər,
Qızılgül həsrəti çəkən bülbüllər,
Möhdac qalıb danaqırana, gördüm!

Bir şəhid məzarı gördüm o yerdə,
Sanki keşik çəkir hələ də yurda,
Geyinib qəm donu, bürünüb dərdə,
Övladın oxşayan bir ana gördüm!

Arzusu gözündə qalmış ananın,
Ümidi alışmış, sönmüş ananın,
Bir oğul dərdinə yanmış ananın,
Naləsi yayılmış hər yana, gördüm!

Nə qədər solsa da orda çiçəklər,
Dolanıb dönsə də fitnə kələklər,
Hələ ölməyibdir arzu diləklər,
Vətən gəl-gəl deyir insana, gördüm!

Müəllif:  Elnur Qərari

TƏQVİMDƏ BU GÜN: – 12 yanvar, Cek Londonun DOĞUM GÜNÜDÜR.

yu31295301.jpg

Cek London (doğum adı Con Qriffit Çeyni; 12 yanvar1876 – 22 noyabr1916) — ABŞ yazıçısı, daha çox sərgüzəştlərlə dolu hekayə və romanların müəllifi. Cek Londonun anası Flora Wellman spiritualist musiqi müəllimi idi. Təxminən Cekin atası olduğu düşünülünən William Chaney isə astroloq idi. San Fransisko Chronicle qəzetinin 4 iyun 1875 tarixli nömrəsində çıxan bir xəbərə görə Flora Wellman Chaneyin uşağın götürülməsini istədiyini, lakin bu tələbinə rədd cavabı aldığını göstərmişdir. Bundan sonra Flora özünü vurmağa çalışsa da ciddi bir yara almamış, keçici olaraq ağlını itirmişdir. Doğumdan sonra uşağ baxmaq üçün Virciniya Prentisə verilir. Virciniya Londonun həyatında başlıca anası olaraq qalacaqdır. Həmin ilin sonlarına doğru Flora Wellman Con Londan ilə evlənir və sonradan Cek London adlandırılan Con da onlarla yaşamağa başladı. Cek ilk təhsilini Oklənddə almışdir. 1897-ci ildə Berkley Universitetində tələbə ikən isə anasının intihar cəhdi və bioloji atası ilə bağlı qəzet xəbərlərini araşdırmağa başladı. Aldığı məlumatlardan sonra Çikaqoda yaşayarkən William Chaneyə bir məktub yazdı. Chaneydən gələn cavab isə çox qəribə idi. Cekin atası olmasının mümkün olmayacağını, çünki iqtidarsız olduğunu söyləyən Chaney, Cekin anasının başqa bir adamla əlaqəsi olduğunu iddia edərək anasına uşağın götürülməsi barədə təkid etməsinin isə böhtandan başqa bir şey olmadığın demişdir.

 

 

————————————————————————————————————————————-

 london3

John Griffith “Jack” London (born John Griffith Chaney;January 12, 1876 – November 22, 1916) was an American novelist, journalist, and social activist. A pioneer in the world of commercial magazine fiction, he was one of the first writers to become a worldwide celebrity and earn a large fortune from writing. He was also an innovator in the genre that would later become known as science fiction.

Some of his most famous works include The Call of the Wild and White Fang, both set in the Klondike Gold Rush, as well as the short stories “To Build a Fire“, “An Odyssey of the North”, and “Love of Life”. He also wrote about the South Pacific in stories such as “The Pearls of Parlay” and “The Heathen“, and of the San Francisco Bay area in The Sea Wolf.

London was part of the radical literary group “The Crowd” in San Francisco and a passionate advocate of unionization, socialism, and the rights of workers. He wrote several powerful works dealing with these topics, such as his dystopian novel The Iron Heel, his non-fiction exposé The People of the Abyss, and The War of the Classe. 

 

————————————————————————————————————————————-

1289478111_j7

Джек Ло́ндон (англ. Jack London; урождённый Джон Гри́ффит Че́йниJohn Griffith Chaney; 12 января 1876 — 22 ноября 1916) — американский писатель, социалист, общественный деятель, наиболее известен как автор приключенческихрассказов и романов. Джек Лондон был вторым после Х. К. Андерсена по издаваемости в СССР зарубежным писателем за 1918—1986 годы: общий тираж 956 изданий составил 77,153 млн экземпляров

 

 

İLKİN  MƏNBƏLƏR:

  1. https://az.wikipedia.org/wiki/Cek_London
  2. https://en.wikipedia.org/wiki/Jack_London
  3. https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%B5%D0%BA_%D0%9B%D0%BE%D0%BD%D0%B4%D0%BE%D0%BD

 

YAZARLAR.AZ