Adil Cəfakeş : TƏCNİSƏ KÖKLƏNDİ TƏB…

images

Adil Cəfakeş qələmindən süzülən sətirlər:

TƏCNİSƏ KÖKLƏNDİ TƏB

Təcnisə kökləndi təb,
Qələm cinasda yazdı.
Qışın şaxtasında da,
Aləm cinasda yazdı.

Ta açıqdı dər indi,
Söz bağımdan dərin di.
Batarsan, çox dərindi,
Sanma cinas dayazdı.

Ay Cəfakeş, ara dan,
Ara şəfəq, ara dan.
Şeytan çıxdı aradan,
Dərdin cin asta yazdı.


 

TƏCNİS

Bir baxın, nə gözəl sıralanıbdı,
O Sayad bunundu, bu Sayad onun.
İlahi, necə də gözəl yaraşır, 
O güllüsün geyib, bu saya donun.

Qış getdi, gəlibdi yaz ayın daha,
Bax yaz həftəsin də, yaz ayın da, ha !
Qız, qəlbin buzladı, yaz ayında ha,
Lap az qalıb ömrü, bu saya donun.

Cəfakeş, yazılıb yeddi “Sİ” nədə ?
Hansı not yer tutub yeddi sinədə ?
Püşk atdım hər notun yeddisinə də,
Gəlib adı düşdü, bu saya “DO”nun.


LƏNƏT SƏNƏ ÇƏRXİ – GƏRDİŞ

Lənət sənə çərxi – gərdiş,
Anan denən, atan denən.
Gör şairin nə gündədi, 
Xəcalət çək, utan denən.

Əl çəkib söz zinnətindən,
Keçdin nadan minnətindən.
Ayrı düşüb cənnətindən,
Çirkablarda batan denən.

Zaman vurub dönə – dönə,
Saldı məni gör nə günə.
Şair Adil demə mənə,
Artıq bəxti yatan denən.


 

SEVDANA BƏH -BƏH

Başqa hərif yoxdu eşq dəftərində,
Sənin sevdan “A”dı, sevdan “A” bəh – bəh.
Sevəndə bax belə sevmək lazımdı,
Min dəfə baş əydim sevdana, bəh – bəh.

Əsil sevda haqdan gələn sevdadı,
Sən sevdada sev ləzzəti, sev dadı.
Dedin rəfiqəmdi, bu qız Sevdadı,
Maşallah nə gözəl, Sevdana bəh – bəh.

Adiləm, zər atar kim “sə” mənimtək ?
Səməni cücərdər, kim səmənimtək ?
Denən səni sevməz, kimsə mənimtək,
Mən deyim fəxrlə sev dana, bəh – bəh.

 

Müəllif:  Adil Cefakes

Advertisements

TƏQVİMDƏ BU GÜN – 27 MART DƏMİR GƏDƏBƏYLİNİN DOĞUM GÜNÜDÜR.

 

Dəmir_Gədəbəyli

TƏQVİMDƏ BU GÜN – 27 MART DƏMİR GƏDƏBƏYLİNİN DOĞUM GÜNÜDÜR. BUGÜN MÜNASİBƏTİ İLƏ GÖRKƏMLİ ŞAİRİMİZİ TƏBRİK EDİR. UCA YARADANDAN SAĞLIQLI BİR ÖMÜR ARZU EDİRİK. UĞURLARINIZ BOL OLSUN, DƏMİR MÜƏLLİM….

 

QISA  ARAYIŞ:

Dəmir Gədəbəyli 27 mart 1939-cu ildə  Gədəbəyin Ataxal  kəndində anadan olub. 1961-ci ildə ADU-nun filologiya fakültəsini bitirib. 1975-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1961-1991-ci illərdə AzTV-də müxbir, redaktor və məsul katib işləyib. 1991-1994-cü illərdə “20 yanvar” qəzetinin baş redaktoru olub.

İLKİN MƏNBƏ:

https://az.wikipedia.org/wiki/D%C9%99mir_G%C9%99d%C9%99b%C9%99yli

YAZARLAR.AZ

DİQQƏT !!!  – ELAN : 

28167051_1665515703504690_6813050885150984253_n

 

DİQQƏT !!! 
ELAN : 
ASKEF-in yayımladığı
“KARABAĞDAN
KERKÜKTEN
ÇANAKKALEYE”
adlı antoloji kitabı,
Aprel ayının ilk günlərində
AYB-nin Natavan klubunda
Təşəkkür bəlgələri ilə birlikdə
Qatılımçı şairlərə təqdim olunacaq.
DƏQİQ TARİX BARƏDƏ ASKEF AZƏRBAYCAN BAŞQANI
SAYIN SAYMAN ARUZ BƏY TƏRƏFİNDƏN ƏLAVƏ
MƏLUMAT VERİLƏCƏK.

Mənbə:  Sona İsmayılova

“DÖRD SUAL” -ın  Mart  qonağı Şahin müəllim – “Əməkdar mədəniyyət işçisi” Qasımv Şahin Həsən oğlu – oldu.

 

ShainM

 

“DÖRD SUAL” -ı  Mart  ayı  üçün cavablandırmaq bu dəfə Şahin müəllimn öhdəsinə düşdü:

– Salam, Şahin  müəllim!

–  Salam!

-“YAZARLAR” jurnalı olaraq, YAZARLAR.AZ –da  yayımlanmaq şərti ilə oxucu zövqünü formalaşdırmaq, oxucuların mütaliəsini istiqamətləndirmək,  əsasən də yeniyetmələrdə,  gənclərdə,   mütailə vərdişlərinin formalaşmasına  məqsədyönlü  şəkildə təsir  göstərmək  üçün  aşağıdakı DÖRD sualı cavablandırmanızı  xahiş edirik:

– Buyurun!

-İlk oxuduğunuz kitab hansıdır?

– “Hesab” –  adlı bir kitab idi – dəqiq yadımdadır..

– İlk oxuduğunuz iri həcmli kitab hansıdır?

– “Koroğlu”  dastanı.

– İlk oxuduğunuz çoxcildli kitab hansıdır?

– “Min bir gecə nağlııarı” .

– İlk oxuduğunuz xarici ədəbiyyat nümunəsi hansıdır?

– Üstünə “Cek London”  yazılmış bir kitab idi – içərisində bir – neçə əsər var idi, adları dəqiq yadımda deyil.

YAZARLAR.AZ – 2018.

Sona Abbasəliqızı – GÖYÇƏM şeiri.

27654772_543863449319130_8591094112387265799_n
GÖYÇƏM

Dərdin duvağını cəkib üzünə,
Kədərli gəlinə bənzəmə,GÖYÇƏ.
Həsrət dumanını asıb üzündən,
Gözəl camalını gizləmə,GÖYÇƏ.

Aglar sinən üstə həzin bulaqlar,
Serin çesmələri öpməz dodaqlar.
Şəlalə hörüklü qayaların var,
Zülfünü dərdinlə bəzəmə,GÖYÇƏ.

Ələsgər ocagı,ərənlər yurdu,
Namərdlər bəxtinə min hiylə qurdu.
Hər gün yal verdiyin bir gün qudurdu,
Qəfil qan ələndi izimə GÖYÇƏ.

Arzular qəlbimdə saçını yolur,
Sonalı günlərin saralır ,solur.
Adını cəkəndə gözlərim dolur,
Məndən vəfasızlıq gözləmə,GÖYÇƏ.

 

Müəllif: Sona İsmayılova 

«ASKEF» bir ədəbiyyat-mədəniyyət dərnəyidir.

29261755_559883207717154_3643125949996039717_n

«Askef» bir ədəbiyyat-mədəniyyət dərnəyidir.

Məlumdur ki, Ulu Öndər Heydər Əliyevin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Prezident İlham Əliyevin milli inkişaf konsepsiyasının başlıca qayəsi ölkədə demokratik transformasiya proseslərini yaxın müddətdə başa çatdırmaq, vətəndaş cəmiyyəti strukturlarının və təsisatlarının formalaşmasına başlamaq səyləri ilə həyata keçirilən “sabitlikdən inkişafa doğru” ideyasıdır. Artıq bu istiqamətdə çox uğurlu addımlar atılıb və atılır. Açığı, bu siyasi xəttə ictimai önəm verən təşkilatlar da dövlət xəttini öz fəaliyyətlərinin başlıca amalı hesab edirlər və bu yöndə Türkiyə-Azərbaycan siyasi-ictimai və ədəbi proseslərinin rolu danılmazdır. Məsələn, ölkəmizlə ədəbi əlaqələrin daha geniş ampulada yayılması, inkişaf etdirilməsi kimi bir proqramla çıxış edən Azərbaycan-Türk Gültür Dərnəyinin – (ASKEF – Avrasiya Sənət Kültür və Ədəbiyyat Federasiyası) də ölkəmizdə sivil toplum quruluşların ədəbiyyat marağını təmin etmək məqsədi ümdə vəzifələr kimi diqqət çəkir. Bəzi hallarda bu dərnəyin fəaliyyəti müxtəlif çətinliklər səbəbindən sıxıntılarla üz-üzə qalsa da, artıq ətrafında çox sayda ədəbiyyat bilicisi toplayıb, şair-yazıçı məhəbbəti qazanıb. Adıçəkilən dərnəyin çap etdiyi toplular, dərgi və kitablar həm qardaşlığın ədəbi simvolu, həm də iki qardaş ölkə arasındakı sabitlik və əmin-amanlığın bariz səciyyəsidir. Bu dərgilərdə qardaşlıq hayqırtıları «İki dövlət, bir millət» sevgisi ilə çıxış edir. Bir daha əmin oluruq ki, Türkiyə dövləti təkcə siyasi yöndə deyil, ədəbi mənada da xalqımızın yanındadır. Bu da qarşılıqlı mükəmməl dövlətçilik siyasətinin ədəbi təzahürü kimi diqqət çəkir və biz bu kimi nüansları alqışlayırıq.
Sevindirici haldır ki, yuxarıda adıçəkilən dərnəyin fəaliyyətinin bir əsasını da novatorluq, ənənə ilə yeniləşmə, müasirləşmə və modernləşdirmə vəhdət təşkil edir. Artıq dərnək tərəfindən işıq üzü görmüş kitablarda bu ictimai örnəklər geniş kütlənin maraqla qarşıladığı ənənələrdir və bu istiqamətdə qardaşlıq zəminində atılan addımlar da əhəmiyyətli rol oynayır. Dərnəyin fəaliyyətində siyasi zəminlər deyil, ədəbi-mədəni zəminlər əsasdır və bu proseslər qarşılıqlı ədəbiyyata inkişaf bəxş etmək mənası verir və bu istiqamətdə Azərbaycan-Türk Gültür Dərnəyinin rəhbərliyi də üzərinə düşən işi uğurla həyata keçirir, Prezident İlham Əliyevin yürütdüyü siyasətin Azərbaycan xalqının sırf milli maraqlarına xidmət etdiyini bildirir.

Müəllif:  Sona İsmayılova 

ZAUR USTACDAN BAYRAM TƏBRİKİ:

meadnflag-11

Salam! Sizi qarşıdan gələn Bahar bayramı münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı arzu edirəm! Bahar təravəti çöhrənizdən, ruzi- bərəkəti evinizdən, fərahlığı  könlünüzdən əksik olmasın… Var olasız…

Hörmətlə: Zaur Ustac. Bakı – 2018.

#zaurustac #poet #офицеры #writers #model#models #judo #sports #music #musica #art#artist #men #star #stars #azerbaycan#azerbaijan #ismayıllı #aşıqbayramlı#photography #زائوراوستاج #kollage #коллаж#kollagebyzaurustac#kollaj#azərbaycanşairləri #کوللاژ#in_god_we_t_rus_t #zaur_ustac  

 

Mənbə:  Zaur Ustac