NƏMLİ QÖNÇƏLƏR – BU BAHAR DA BELƏ GƏLDİ – ŞAİRLƏRDƏN ŞEİRLƏR…

YAZARLAR.AZ  TƏQDİM  EDİR:

NƏMLİ QÖNÇƏLƏR – BU BAHAR DA BELƏ GƏLDİ – ŞAİRLƏRDƏN ŞEİRLƏR… Hər il ümid edirik ki, gələn Bahar daha fərqli olacaq… Olurmu, olmurmu çox nisbi məsələdir…. Bu kövrək hisslər şairlərimizin qələmindən bax belə  süzülüb  gəlir:

24993637_1549296738499459_1987073738013257772_n

 

” …BAHAR FƏSLİ YAZ AYLARI GƏLƏNDƏ

SÜSƏNLİ, SÜNBÜLLÜ, LALALI DAĞLAR….”  – ruhuna   min rəhmət Dədə Ələsgər…

images

YURD HƏSRƏTİ TANINMIŞ ŞAİR TƏVƏKKÜL GORUSLUNUN QƏLƏMİNDƏ:

GÖRƏN, BİLƏN YOX

Yenə bahar gəlir, yenə yaz gəlir,
Amma ki, yurduma gedən, gələn yox.
Qəlbləri bir həsrət, bir nisgil dəlir,
Çiçəyi açırmı, görən, bilən yox!

Eyvanda palşıqdan yuvasın qurub,
Şimşək tək şütüyüb, özünü yorub,
Hərdən də naqildə oturub, durub,
Qaranquş uçurmu, görən, bilən yox!

Xatirə boylanır köhnə, təzəli,
Vətən təsviridi sonu, əzəli,
O orman dilbəri, meşə gözəli,
Cüyürü qaçırmı, görən, bilən yox!

Kim görsün, kim bilsin xəbər halından,
Çıxıbmı nurani nənəm şalından,
Boylanıb , göz vurub Dəfin Yalından,
Günəşi saçırmı, görən, bilən yox!

Çəkirmi peç altda məstan xornalar,
Səfini düzübmü telli durnalar,
Arandan yol gələn naxır, fermalar,
Dağlara köçürmü, görən, bilən yox!!!…

28.02.2018

Müəllif:  Təvəkkül Goruslu Məmmədov   

 

 

BAHARLA GƏL

Göstərib nəhayət məharətini,
Bahar gözlüm, baharla gəl ömrümə.
Verib ürəyimə hərarətini,
Bahar gözlüm, baharla gəl ömrümə!

Bir ali qüvvənin təkanı ilə,
Yenə də öz yeri, məkanı ilə,
Çiçəyi, yarpağı, tikanı ilə,
Bahar gözlüm, baharla gəl ömrümə!

Fəsillər dördürsə, bahar göyçəyi,
Könülün, qəlblərin açan çiçəyi,
Çırtlayır butası, açır ləçəyi,
Bahar gözlüm, baharla gəl ömrümə.

Təbiətdə bahar, gözündə bahar,
Ləbində gül açan sözündə bahar,
Yanağında bahar, üzündə bahar,
Bahar gözlüm, baharla gəl ömrümə.

Havadan qoxuyan lətif nəfəsi,
Oyadır qəlblərdə sevda həvəsi,
Bahardı sevginin, eşqin Kəbəsi,
Bahar gözlüm, baharla gəl ömrümə!

02.03.2018

 

 

 

 

 

QARABAĞIMIZDAN, AĞDAMDAN RAHİM ÜÇOĞLANLI…..

SƏN OLMAYANDA

Nədən üzüm gülmür,açılmır eynəm,
Min hala düşürəm,sən olmayanda..
Həsrətin qəlbimi yandırıb yaxır,
Qovrulub bişirəm,sən olmayanda..

Şirinlik olmayır şeirim sözümdə,
Qəm kədər tökülüb bitir üzümdə..
Həyatın mənası itir gözümdə,
Həvəsdən düşürəm,sən olmayanda..

İçimdə cəmlənir,dünyanın qəmi,
Olur xəyallarım yelkənsiz gəmi..
San ki yem axtaran aç quşlar kimi,
Gülüm,yer eşirəm,sən olmayanda..

Rahimin çiyninə bir nisgil qonur,
Ulduzum titrəyir,günəşim sönür..
Hər yan qaranlığa zülmətə dönür,
Yolumu çaşıram,sən olmayanda.!
Ağdam-01.03.2018

Müəllif:  Rahim Ucoglanli 

 

 

TANINMIŞ  ŞAİRƏMİZ XURAMAN XANIM CAMALQIZININ QƏLƏMİNDƏ:

 

Şeir Gözleyirem

Şeir gözleyirem , bir az duyğulu,
Benövşe etirli, nergiz qoxulu,
Oxuduqca meni alıb götürsün,
Qara gözü xumar , xefif yuxulu.

En gözel eylemdi şeir söylemek,
Ne qeder zövqlüdü onu dinlemek,
Uçursan meleyin qanadlarında,
İlahi ilhama şükür ederek.

Sevginin özüdü, eşq dünyasıdı,
Ruhun qanadları alıb götürür.
Üreyin saflığı söz aynasıdı,
Xeyal dünyasına dalıb götürür.

Heyat sanki durur, sessizlik hakim,
Qelbin ehtiyacı misra duyulur.
Bir az saflaşırsan, ruhun dincelir,
Könlünün nisgili sözle yuyulur.

Sükutun en gözel anı yaşanır,
Dolu üreyimden leysan tökülür.
Ürek qızdırmaram kimseye deyim,
Varağa , deftere nece tökülür.

 

Müəllif:  Xuraman Camalqızı  

 

“Laçınım, Kəlbəcərim olsa da dağlar gözəli,
İtirib şahbazını, zirvə dumandır Vətənim…”  Lilpar  CƏMŞİDQIZI qələmindən        Vətən həsrəti belə süzülür könüllərə… belə yazılır ömürlərə, belə dzülür sətirlərə:

Vətənim

Yad alıb canımı candan, mənə candır Vətənim,
Tökülüb köksünə nəşlər, yenə qandır Vətənim.

Nə qədər mərdlərimi qoynuna aldın, uyuyur,
Susduraq güllə səsin, yetsin, amandır Vətənim.

Laçınım, Kəlbəcərim olsa da dağlar gözəli,
İtirib şahbazını, zirvə dumandır Vətənim.

Ağı söylər Analar, naləsi ərşə yetişər,
Al qərənfil düzülüb dərdli kamandır Vətənim.

Bu bahar da yetişir, torpağım açmır gülünü,
Qələbə müjdəsi yox, etmə, gümandır Vətənim.

Elə həsrət çəkirəm, torpağıma yetsin əlim,
Ayrılıq dərdinə dözmək də yamandır, Vətənim.

Lilparın səbri tükənmiş, Vətən eşqiylə yanır,
Zəfərə çatmalıyıq, indi zamandır, Vətənim!

 

Müəllif:  Lilpar Cəmşidqızı

 

“Bahar gəlib pəncərəmə, Ürəyimə gələ bilmir….” Zaur USTAC.

Pəncərə
Bahar gəlib pəncərəmə,
Ürəyimə gələ bilmir….
Lap dayanıb qəlb evimə,
İçəriyə girə bilmir….

* * *

O, zənn edir düz gəlməyib,
Neçə yazdır naz eyləyir….
Deyirəm ki, düz tuş gəlib,
Mən dediyim az eyləyir….

* * *

Ustac, sənə düz eyləyir,
Nə eləyir saz eyləyir….
Sən deyirsən naz eyləyir,
Hər nə edir, az eyləyir….

28.04.2016. Bakı.
Müəllif: Zaur Ustac 

 

YAZARLAR.AZ 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma