Əbülfəz ÜLVİ: – İNSANI YARADAN TANRIDIR, AXI…

14671221_1657388607924751_3465088171600080406_n-1

İNSANI YARADAN TANRIDIR, AXI

Deyirlər meymundan yaranıb insan,
İnsanı yaradan Tanrıdır axı.
Bunu sübut etdi zamanca, zaman,
Danmaq mümkündürmü böyük Allahı.

A dostum, demirəm Meymunu qına,
Mən belə deyimdən deyiləm məmnun.
Qəribə odur ki, ulu insana,
Biri Əşrəf deyir, birisi meymun.

Fildən fil, dovşandan dovşan olursa,
Bilmirəm bunları düz demək armı?
Aslandan yaranan Aslan olursa,
Söyləyin meymundan insan olarm.

İnsandır dünyaya verən yaraşıq,
Gör necə düşübür dilə kökümüz.
Meymundan, filandan yaranmamışıq,
İnsandan olubdur elə kökümüz.

Bu sözə inanmaq olarmı məgər?
Bu sözə Rəbbim də qane olmazdı.
Meymundan dönsəydi insanlar əgər,
İndi meşələrdə meymun qalmazdı.
10.03.2018.

Müəllif:  Ebulfez Eliev

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma