ADİL CƏFAKEŞ: – CİNAS SÖZÜN CİLASIDIR…

RUHUN ŞAD OLSUN, DƏDƏ  ƏLƏSGƏR….

26838f2db0

ADİL CƏFAKEŞ  QƏLƏMİNDƏ CİLALANMIŞ KƏLMƏLƏR….

TƏCNİS

Eh ! Keçmişdə qaldı əsil kişilər,
Artıq o dediyin baba ta yoxdu.
Kimi dindirirsən, deyir ürəkdən,
Heç mənim atama bab ata yoxdu.

Başının sağlığın əla san hələ,
Əllər baş kəsəndi, əl asan hələ.
Mən kimə deyim ki, əlasan, hələ –
Tuş gələ bilmədim babata, yoxdu.

Şax yeri, dayanma a ları, çəp – çüp,
Düz bax, seyr eləmə Aları çəp – çüp.
Adiləm, yazıblar “A” ları çəp – çüp,
Adımı yazmağa babat “A” yoxdu.

 


 

TƏCNİS

Dedim qız, nə gözəl yerişin varmış,
Dedi yox ay şair, gözəl ədamdı.
İncitmə sən Allah şairi dedim, 
Dedi incitmərəm, gözəl adamdı.

Dedi həmdəmim yox, hələ birdəyəm,
Dedim razısanmı, sənə bir dəyəm ?
Dedi sığınmağa yoxdu bir dəyəm,
Dedim gəl, ürəyim gözələ damdı.

Görməyim gözündə dedim pəri, nəm,
Sən eşq qayığımsan, mənsə pərinəm.
Dedi ay Cəfakeş, ilham pərinəm,
Dolub sevincindən göz ələ damdı.


 

AYAQLI TƏCNİS

Qəlbimi şumlayıb qəm dönə – dönə,
Nə əkib – becərib, nə dərdi məndən ?
Həsrətin karvanı keçir içimdən, 
Fələyin açdığı nə dərdi məndən ?
Bu yol hikkədi,
Yol acıqdı, gəl.

Bir arzum ölübdü hə, dəfindədi,
Zamanın neyində, hə dəfindədi.
Sinəm kəm taleyin hədəfindədi,
Nə qəmi yan keçməz, nə dərdi məndən.
Durma sən də keç,
Yol açıqdı, gəl.

Önüm qaya, sağ – sol uçqun, arxa xır,
Cəfakeşəm, bu çay dəli, arx ağır.
Bütün bədənimdən sanki arx axır,
Bilmirəm tökülən nə dərdi məndən.
Qəm qoşun çəkib,
Yola çıxdı, gəl.

Müəllif: Adil Cefakes

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma