Adil Cəfakeş : TƏCNİSƏ KÖKLƏNDİ TƏB…

images

Adil Cəfakeş qələmindən süzülən sətirlər:

TƏCNİSƏ KÖKLƏNDİ TƏB

Təcnisə kökləndi təb,
Qələm cinasda yazdı.
Qışın şaxtasında da,
Aləm cinasda yazdı.

Ta açıqdı dər indi,
Söz bağımdan dərin di.
Batarsan, çox dərindi,
Sanma cinas dayazdı.

Ay Cəfakeş, ara dan,
Ara şəfəq, ara dan.
Şeytan çıxdı aradan,
Dərdin cin asta yazdı.


 

TƏCNİS

Bir baxın, nə gözəl sıralanıbdı,
O Sayad bunundu, bu Sayad onun.
İlahi, necə də gözəl yaraşır, 
O güllüsün geyib, bu saya donun.

Qış getdi, gəlibdi yaz ayın daha,
Bax yaz həftəsin də, yaz ayın da, ha !
Qız, qəlbin buzladı, yaz ayında ha,
Lap az qalıb ömrü, bu saya donun.

Cəfakeş, yazılıb yeddi “Sİ” nədə ?
Hansı not yer tutub yeddi sinədə ?
Püşk atdım hər notun yeddisinə də,
Gəlib adı düşdü, bu saya “DO”nun.


LƏNƏT SƏNƏ ÇƏRXİ – GƏRDİŞ

Lənət sənə çərxi – gərdiş,
Anan denən, atan denən.
Gör şairin nə gündədi, 
Xəcalət çək, utan denən.

Əl çəkib söz zinnətindən,
Keçdin nadan minnətindən.
Ayrı düşüb cənnətindən,
Çirkablarda batan denən.

Zaman vurub dönə – dönə,
Saldı məni gör nə günə.
Şair Adil demə mənə,
Artıq bəxti yatan denən.


 

SEVDANA BƏH -BƏH

Başqa hərif yoxdu eşq dəftərində,
Sənin sevdan “A”dı, sevdan “A” bəh – bəh.
Sevəndə bax belə sevmək lazımdı,
Min dəfə baş əydim sevdana, bəh – bəh.

Əsil sevda haqdan gələn sevdadı,
Sən sevdada sev ləzzəti, sev dadı.
Dedin rəfiqəmdi, bu qız Sevdadı,
Maşallah nə gözəl, Sevdana bəh – bəh.

Adiləm, zər atar kim “sə” mənimtək ?
Səməni cücərdər, kim səmənimtək ?
Denən səni sevməz, kimsə mənimtək,
Mən deyim fəxrlə sev dana, bəh – bəh.

 

Müəllif:  Adil Cefakes

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma