ZAUR USTAC: – QƏLƏM  HAQQI  VƏ  YA  MÜRƏKKƏB  PULU. (ON DÖRDÜNCÜ YAZI)

zaur (1)

ON  DÖRDÜNCÜ  YAZI

 

QƏLƏM   HAQQI  VƏ  YA  MÜRƏKKƏB  PULU

(HESABAT)

 

Salam, dəyərli oxucum… Uca Yaradana  şükürlər olsun ki, Bizə qarşı çox səxavətlidir və hər dəfə Sizinlə  yeni görüşə gələndə bu şükrü-sənanı qeyd etməyi özümə borc bilirəm. Hər yaşadığımız an üçün şükürlər olsun… Min şükür…  Mətləbə keçməzdən əvvəl onu qeyd edim ki, nə qədər çalışsam da yenə  yazıma bir sözdən ibarət ad seçə bilmədim…  Söz addan düşmüşkən, artıq ad öz-özlüyündə oxucuya söhbətin nədən gedəcəyi barədə ipucu verir. Necə deyərlər əldə qələm 30 – a gəlib çatdıq.

2018 – ci ilin Mayın 24 –də  ilk yazımın  rəsmi şəkildə  mətbu orqanda işıq üzü görməsinin   30  ili tamam olur. 24 May 1988 – ci il  “Əməyə məhəbbət” adlı  məqaləm, Ağdamda nəşr olunan “Lenin yolu” (sonralar “Ağdam”) qəzetinin 62-ci (7194) sayında, 4-cü səhifəsində dərc edilib. (“OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”   adlı kitabın üz qabığına çıxarılmış  foto – cild “Ağdam” qəzetinin  Zaur  Ustacın şəxsi arxivində saxlanılan həmin bu nömrəsindən istifadə olunaraq hazırlanmışdır.) Və ilk qələm haqqımı deyim, mürəkkəb pulumu deyim  – qonorar  – aldığım vaxtdan 30 il keçir… Təfsilata  keçmədən sadəcə onu qeyd etməyi özümə borc bilirəm ki, həqiqətən də çox keşməkeşli bir həyat yaşamaq qismət oldu Bizlərə…

Sözüsüzki, yaradıcılığımız  həyatımızın  inkası olduğundan  – “qabda nə var çıxar üzə” (Z.U)- bu anlamda  mən  nəzmi deyil, məhz nəsri nəzərdə tuturam … Yaşadıqlarımız yazdıqlarımıza çox təsir edir. Hətta, yəqin ki, yaşadıqlarımız  yazdıqlarımızı yaradır… Yəni, belə uzun və keşməkeşli bir zamanın müqabilində Biz heç nə yazmamışıq…  Adları  qoyulmuş,  içəriyi də məlum sayı 10 –dan artıq kitab – roman, povest və hekayələr – yazılacağı günü gözləyir… Və gözləyə-gözləyə zənginləşir, dərinləşir, vacibləşir… Yəqin elə buna görədir ki, kəlmələr kağız üzərinə köçməyə tələsmir, hələ bir az da qələmə naz edirlər… Nəsə, yazılmamışları qoyaq bir kənara, keçək yazılmışlara… 30 il əvvəl  bir  məktəbli  məqaləsi ilə başlayan sərgüzəştlərim Uca Yaradanın izni ilə davam etməkdədir və inanıram ki, istədiklərimin hamısını yazıb Sizlərin ixtiyarına verməyə vaxtım olacaq. Bu günə qədər yazdıqlarımdan işıq üzü görən kitablarım aşağıdakılardır:

“GÜNAYDIN” (“AĞÇİÇƏYİM”) Bakı – 2010. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.)

 

“İSTƏMƏZDİM  ŞAİR  OLUM  HƏLƏ  MƏN”  Bakı – 2010. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.)

“GÜLZAR” Bakı – 2011. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var. )

 

“MUM KİMİ YUMŞALANDA” Bakı – 2011. (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.)

 

“MƏHDUD  HƏYATIN  MƏCHUL  DÜŞÜNCƏLƏRİ” Bakı – 2011. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.)

 

“ŞEHÇİÇƏYİM” Bakı -2011. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.)

 

“BALÇİÇƏYİM” Bakı – 2012. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var. )

 

“BƏRZƏXDƏ”  Bakı – 2014. (Bu günə qədər bir  dəfə nəşr olunub)

 

“NİŞANGAH” Bakı – 2016. (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.)

 

“ORİYENTİR  ULDUZU” Bkı -2011. (Bu günə qədər  beş dəfə nəşr olunub və elektron variantı var.)

 

“GÜLÜNÜN  ŞEİRLƏRİ” Bakı – 2011. (Bu günə qədər  üç  dəfə nəşr olunub və elektron variantı var.)

 

“SEVİN Kİ, SEVİLƏSİZ” Bakı – 2014. (Bu günə qədər  bir   dəfə nəşr olunub və elektron variantı var.)

 

“BAYATILAR” –     بایاتیلار  ” زائـــور اوستاج ” – Bakı -2014. (Bu günə qədər  iki əlifba ilə üç dəfə nəşr olunub və elektron variantı var. Təbrizdə yayımlanıb.)

 

“QƏLBİMİN  AÇIQCASI”  Bakı – 2016. (Bu günə qədər  bir   dəfə nəşr olunub və elektron variantı var.)

 

“USTADNAMƏ” Bakı – 2016. (Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.)

 

“USUBCAN  ƏFSANƏSİ”   (MƏQALƏLƏR)  Bakı – 2017. (Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.)

 

“ÇƏHRAYI  KİTAB”  Bakı – 2017.  (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.)

 

“OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”  Bakı – 2018.

(Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.)

 

YANDIRILMIŞ  (LƏĞV OLUNMUŞ) KİTABLAR:

 

“93 – ün yayı və ya bir qaşıq qatıq”,  Roman,  Bakı – 2011.  (Bərpa olunacaq.)

 

“2016”, Povest,  Bakı – 2011.  (Bərpa olunacaq.)

 

 

Yuxarıda  sadalanan  müəllifi olduğum kitablardan əlavə, dostların məsləhət bilib daxil etdikləri bir-neçə antologiya, toplularda da yer almışam ki, onlardan Mənə məlum olanları bunlardır:

 

 

“ZİRVƏ”  antologiyası.  Bakı – 2017. (Sona xanıma və Vüsal bəyə təşəkkürlər.)

 

“RUHUMUZUN TURAN ƏTRİ” “Dədə Qorqud”  kitabxanası seriyasından.  Bakı – 2017. (Balayar müəllimə, Sabir müəllimə, Mehman müəllimə təşəkkürlər.)

 

“MƏQAM”  Toplu.  Bakı – 2017. (Hacıxanım  Aidaya təşəkkürlər.)

 

 

ASKEF-in  yayımladığı “KARABAĞD’AN, KERKÜK’DEN  ÇANAKKALE’YE”  (şiir  seçkisi)   antologiyası.  Türkiye– 2017. (Günel xanıma, Sayman Aruz bəyə, Sona xanıma və Savaş Ünal bəyə təşəkkürlər.)

 

Bu günə qədər ənənəvi qaydada nəşr olunmuş bütün kitablarımın elektron variantları var. Hamı üçün tam pulsuz və təhlükəsiz  əlçatanlığı  təmin  etmək  məqsədi ilə yaradıcılığın 30 iliyi yubley tədbirləri çərçivəsində  təkrar EK nəsrlər olacaq.

 

Son illər müntəzəm olaraq,  http://yazarlar.az/ , http://ustac.az/  , http://zaurustac.tr.gg/ saytlarında,

“EV BAZARI”  yomoristik  e-qəzetdə, “MAKLER-VİP”  satirik  e-jurnalda, “MARALLAR”  satirik  bloqda  yazılarımı yayımlayıram. Bunlardan  əlavə   istər http://www.tezadlar.az/  saytı  olsun, istərsə də ənənəvi qaydada “TƏZADLAR” qəzeti  Bizim üçün Ağdamın bir parçasıdır,  “AĞDAM” qədər doğmadır.

Onu qeyd etmək istəyirəm ki, istər ənənəvi qaydada qəzet və jurnallarda, istərsə də elektron variantda bütün təkliflərə isti yanaşıram. Heç bir müraciəti cavabsız qoymuram. Eyni zamanda özüm də vacib bildiyim mövzularda yazılarım olanda və şeirlərimi  hər iki qayda ilə mətbu orqanlara göndərirəm və yayımlanıram. Əlbətdə, vacib bildiyim mövzularda….

“YARADANLA  BAŞ-BAŞA”  kitabına  daxil  olan  “QƏLƏM   HAQQI  VƏ  YA  MÜRƏKKƏB  PULU”  (on dördüncü yazı) adlı,  hesabat xarakterli  bu  məqalə “OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”  kitabında  və  yubley tədbirləri  çərçivəsində  Elektron Kitab formatında  nəşr olunacaq bütün kitablarda yer alacaq. Ona görə məhz bu yazıda bir məlumatı  da  açıqlamaq  istəyirəm.

Çox düşündüm ki, bu yazılardan, kitablardan başqa nə edə bilərəm… Bilirsiz ki, 2007 – ci ildən  fəaliyyət  göstərən YAZARLAR.AZ  – Yazarlar  jurnalının  yaranma  səbəbi, məqsədi, uşaq və gənclərə dəstək olmaq, ümumiyyətlə yaşından asılı olmayaraq  yayımlanmaq problemi olan hər kəsə yardım etmək olub. Odur ki, yenə həmin ampuladan çıxış edərək,  yaradıcılığın 30 illik yubleyi münasibəti ilə “USTAC”  Milli   Mükafatını  təsis  etdim.  Mükafat   diplomdan, nağd puldan  və laureatın  YAZARLAR.AZ –da yayımlanmış yazılarından ibarət,  “Yazarlar” jurnalının xüsusi buraxılışı şəklində, 100 ədəd tirajla – pulsuz, kitabının  nəşr olunmasından  ibarətdir.  Pul mükafatının məbləği bütün dövrlərdə  stabil və inflyasiyaya  davamlı olması üçün təqdim olunacağı ildə qüvvədə olan Azərbaycan Respublikası Müharibə Veteranın bir aylıq tam müavinəti  həcmində  nəzərdə  tutulur. Pul mükafatı bir  dəfə, tam  həcimdə  ödənilir  və  qanunamüvafiq  olaraq  bəxşiş – bağışlama,  hədiyyə  etmə  əsasında  olduğuna görə  vergidən  azaddır. Mükafat ildə bir dəfə, yalnız  bir  nəfərə  28  May  Respublika  Günü  ərəfəsində – əvvəl, sonuncu Bazar günü – 2019 – cu ildən başlayaraq təqdim olunacaq. Kitab isə növbəti  ilin təltifinə  qdər çap olunub, laureata  təhvil veriləcək.  Mükafat barədə ətraflı məlumat YAZARLAR.AZ da elan olunacaq.

Bu arada “AZAD  QƏLƏM”,  “HAQQIN  SƏDASI”, “ƏDƏBİYYAT” , “TƏZADLAR” qəzetlərinin, “YURD”, “ULDUZ”, “AZƏRBAYCAN”,  “KİRPİ”,  “MOLLA NƏSRƏDDİN   XXl   ƏSRDƏ”,  jurnallarının,  eləcə də

http://azpress.az/ , http://senet.az/  , http://zaman24.net/

http://www.yazar.in/ , http://take.az/ , http://siirvideo.com/ https://10yazar.wordpress.com/https://yazyarat.com/ ,

http://www.tehsilproblemleri.com/, http://ayb.az/

http://azeri.press/ ,  http://www.tezadlar.az/ ,

saytlarının bütün işçi heyyətlərinə  və  rəhbərbərlərinə,  ölkəmizdə  elektron  kitabçılığın və  kitabxanaçılığın əsasını qoymuş, günümüzdə olduqca zəngin, böyük  həcmli e-kitab bazasına malik http://www.kitabxana.net/ saytının qurucusu, bir çox vacib ictimai işlərdə daim öndə  fəallığı ilə seçilən,  gənclərə həmişə dəstək olan  Aydın Xan müəllimə  xüsusi  təşəkkürlər… Var olasız, Dostlar  və əlbətdə,  Bizim tanımadığımız  digər   Qəhrəmanlar … Kim cəhaləti ortadan qaldırmaq üçün bir kəlmə deyirsə, yazırsa çox xoşbəxt adamdır… Bu əməlin qəlbə verdiyi fərahlıq hissini ikinci bir iş bəxş edə bilməz…. Uğurlarımız bol olsun…  Amin… (Amen…)

Düzü, bilmirəm nəsə  unutdum ya yox…  Ancaq,  yazımı yekunlaşdırmaq istəyirəm.

Sağ olun! Var olun! Hamınıza xoş və əyləncəli günlər arzu edirəm! Arada kitab oxumağı da unutmayın!!!! “Mütailə orqanizmin kompleks müalicəsi, sağlam həyat deməkdir….” (Z.U)

02.04.2018. Bakı.

Müəllif: Zaur Ustac ,
© Zaur USTAC,2018. Bakı.

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma