İldırım Əkbəroğlu: – “OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsində Zaur USTAC haqqında.

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  doqquzuncu  yazı:

 

otuzfscild

Əvvəllər şairlərin, yazıçıların əsərləri çap olunduqdan sonra respublikamızın ərazisində fəaliyyət göstərən kitab satış mərkəzlərinə göndərərdilər, kitabların satışı təşkil olunardı və hər kəs şair və yazıçıları tanıyardı, öz sevdiyi yazarının kitabını əldə edərdi. Lakin indi, şeriləri ürəkləri fəth edən, hər kəsin sevimlisinə dönən şairlərimizin kitabını əldə etmək, onun yaradıcılığı ilə yaxından tanış olmaq üçün, onların şer kitablarını tapmaq çox çətin olub. Elə gözəl şeriləri ilə ürəkləri fəth edən, vətənimiz Azərbaycanın hər bir guşəsini poetik düşüncələri, lirik duyğuları ilə oxucularına qarış-qarış tanıdan, sevgi şeriləri ilə qəlbləri, ürəkləri duyğulandıran Zaur Ustac belə şairlərdəndir və nə yaxşı ki, müasir vasitələr,  – internet resursları – sosial şəbəkələr, elektron qəzet və jurnallar var… Yoxsa, adamın heç dünyadan xəbəri olmaz… Zaur Ustacı kimi istedadlı bir şairi kəşf etməkdə, onun gözəl şerlərindən yararlanmaqda mənə  də belə elektron vasitələri yardımçı olub.   Zaur Ustacın yazdıqları şerilərində onun istedadı, təbi ilə yanaşı, həm də, gecəli-gündüzlu çəkdiyi zəhməti,  şerilərindəki sözləri inci dənələri kimi, sözlərin içindən seçməsi oxucunun istər-istəməz nəzərini cəlb edir və Zaur Ustacı oxucusunun sevimlisinə çevirir.  “Qələmlə elə yaz,qoy izi düşsün”misrası,onun “Söz” şerindəndir ki, bu da, dediyimə sübut ola bilər və həm də bu şeridə hər bir yazarı məsuliyyətə səsləyir Zaur Ustac.                           “Yağı cövlan edir,dağıdır yenə,   Qoynunda büsatı,cəlalı,dağlar!”-deyən Zaur Ustac gözəl Qarabağımızın yağı düşmən tərəfindən işğalını poetik duyğuları ilə oxucularına çatdırır,hər bir vətənini sevənini Gözəl Qarabağımızın işğaldan azad edilməsi üçün canini belə verməyi hazır olduğunu bəyan edir. Zaur Ustac poeziyası, müasir Azərbaycan ədəbiyyatında sevilən və seçilən poeziyalardan biridir və o, hər şeri ilə Azərbaycanımızı, onun gözəlliyini, qüdrətini tərənnüm etməklə bərabər, həm də, onun dərdini, sevincini poetik duyğuları ilə oxucular çatdırır. Onun hər bir yeni şerində poetik tapıntıları ilə, yeniliyi ilə oxucunu özünə bağlayır və oxucularının sevimlisinə çevirir.

Zaur Ustaca yaradıcılığında uğurlar arzu edir  və onun yeni, gözəl şerilərini gözləyirik!

Müəllif: İldırım Akberoğlu

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma