QABİL DƏRDLİ: – NƏ DESƏN EDƏRƏM.

zaur-ustac-sheirler

 

NƏ DESƏN EDƏRƏM.
Sevgi ümmanına gələcəm sənin,
Sən qayıq olarsan, mən də yelkənin.
Uyutmaz könlümü ətri kimsənin,
Tək səni sevmişəm, ay ömrüm-günüm,
Nə desən edərəm, başına dönüm.

Bir az orda burda ləngisəm belə,
Yoxuşda, enişdə təngisəm belə,
Yanına gələcəm, yox desən belə.
Səninçün alışım, səninçün sönüm,
Nə desən edərəm, başına dönüm.

Anlayan tək sənsən, halımı mənim,
Çən tutub zirvəmi, yalımı mənim.
Qerar ver “ölüm”ü, “qalım”ı mənim,
Sən oldun sabahım, bu günüm, dünüm,
Nə desən edərəm, başına dönüm.

Yaz keçdi, yay ötdü, payızdı gələn,
Ömrün havasına ayazdı gələn.
Qarşıdan bilmirəm nə yazdı qələm,
Neylərəm gecəyə dönərsə günüm?
Nə desən edərəm, başına dönüm.

Apar həsrətimi, hicranı dağıt,
Bu daş ürəyimi bir azca ovut.
Acığı, övkəni, kədəri unut,
Bağında, bağçanda bir gülə dönüm,
Nə desən edərəm, başına dönüm.

Sanma bir çarəsiz aşina məni,
Fələk vurdu dağa, daşına məni.
Çevir xoş günlərin başına məni,
Nə edim, Dərdliyəm, dəyişib yönüm,
Nə desən edərəm, başına dönüm.
18.04.2017

Müəllif:  Qabil Nabiyev

Advertisements

QABİL DƏRDLİ: – NƏ DESƏN EDƏRƏM.” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma