“MƏN BELƏ YERİNƏN YOXAM” – Kəmaləddin QƏDİM.

1394145_274833009366232_2413214000078266013_n

 

MƏN BELƏ YERİNƏN YOXAM

Adamam , adamdı haram,
Var kimi görünən yoxam.
Beş günlük ömürnən varam,
Beş qarış gorunan yoxam.

Kimə əzizlənib gəzən,
Kimindən gizlənib gəzən,
Bəzənib, süslənib gəzən,
Bəslənən , qorunan yoxam.

İşim yox haqsız davaynan,
Keçinnəm suynan, havaynan.
Ağzı yava oğlu yavaynan,
Zor oğlu zorunan yoxam.

Bu yük , bu şələ bir yana,
Çəksin də hərə bir yana…
Bu tor, bu tələ bir yana,
Çəpiknən, xorunan yoxam.

Eşq adlı meydən gəlmişəm,
Bilmişəm meydan, gəlmişəm
Mən elə göydən gəlmişəm,
Mən belə yerinən yoxam…

Müəllif: Kemaleddin Qedim

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma