Təvəkkül Goruslu – NURA BOYANSIN.

11241617_676012729197109_2760167283180963671_n

NURA BOYANSIN

Olsan da rəiyyət, olsan əfəndi,
Sonun qara torpaq, bezdi, kəfəndi!
Odur ki, özündən demə, ay adam, 
Bəndənin haqqını yemə, ay adam!

Könlüm istəyəni demə edəcəm,
Demə ki, dünyanı tutub gedəcəm.
Dağıtma bəlanı, səpmə mərəzi,
Əməlin çəkəcək mizan – tərəzi!

Yatıb da marığa, olub da sərvaxt,
Kimsəyə bədxahlıq eyləmə heç vaxt.
Düşünmə, bir böyük nəisə zadam,
Çıxma insanlıqdan, adam ol adam!

Saf olsun əxlaqın, olsun əməlin,
Yıxma insanlığı, qazma təməlin.
Səni xatırlayan etməsin lənət,
Desinlər insandı, ruhuna rəhmət!

İş – gücə, əməyə olsun marağın,
Pislikdən gəlməsin səsin, sorağın.
Nə qədər çox tutsan haqqın tərəfin,
O qədər yüksələr şanın, şərəfin!

Goruslu usanma, eylə nəsihət,
Hər cavan götürər bir damla, əlbət.
Qəlblərdə xeyirxah hisslər oyansın,
Dünyamız işığa, nura boyansın!

22. 04. 2018.

Müəllif: Təvəkkül Goruslu Məmmədov

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma