ZAUR USTAC – “LAZIM” GƏLSİN…

hqdefault

“LAZIM” GƏLSİN…
(Lazım gəlsə...)
Ya ağ olub, ya da qara,
İstəyirəm, bozum gəlsin…
Dar quranlar, salıb tora,
İstəyirəm, çözüm gəlsin…
* * *
Cümlə-cahan batıb qara,
Təbiət də çəkib dara,
İnsan oğlu möhtac qora,
İstəyirəm, Yazım gəlsin…
* * *
Bixəbər, nanəcib gəlib,
Soylu gəlib, nəcib gəlib,
Haram gəlib, vacib gəlib,
İstəyirəm, “Lazım” gəlsin…
* * *
Bəşər itirib həvəsi,
Yox hal, tükənib nəfəsi,
Bizi yorub tütək səsi,
İstəyirəm, sazım gəlsin…

* * *
Ustac verər, düzə dəyər,
Haqq bildiyin, üzə deyər,
Sazı öyər, sözü öyər,
İstəyirəm, bizim gəlsin…

16.01.2018. (13:00 – 10’) Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Advertisements

SADİQ QARAYEV NAMİZƏD OLDU.

32350142_121024032101235_488715987785351168_n

MƏŞHUR ALİM, TANINMIŞ YAZIÇI, QARAYEV SADİQ QURBAN OĞLU  İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktoru vəzifəsinə namizəd oldu: 

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb. Namizədlər içində MƏŞHUR ALİM, TANINMIŞ YAZIÇI, QARAYEV SADİQ QURBAN OĞLU var. Gənc alimə bu yolda uğurlar arzu edir və məhz onun namizədliyinin təsdiq olunacağına inanırıq. Namizədlərin tam siyahısı belədir:

Soyadı, adı, atasının adı

Hal-hazırda işlədiyi müəssisə

1

Abbasov Rauf Müzəffər oğlu

Gəncə regional fövqəladə hallar və

mülki müdafiə şöbəsi, rəis müavini

2

Abbasov Səbuhi Mübariz oğlu

7news.az saytı, baş redaktor

3

Mehrəliyeva Şəfəq Akif qızı

ADA Universiteti, aparat rəhbəri

4

Mehtiyeva Rahilə İbrahim qızı

Elit informasiya agentliyi, MMC

baş direktor

5

Xəlilova Qərənfil Əli qızı

Hazırda işsizdir

6

Qarayev Sadıq Qurban oğlu

AMEA Mərkəzi Nəbatat

Bağı, elmi işçi

7

Qasımov Balakişi Ələkbər oğlu

İctimai Televiziya və Radio Yayımları

Şirkəti, baş direktorun müavini

YAZARLAR.AZ

İLKİN MƏNBƏ:  https://oxu.az/society/259240

RAHİM ÜÇOĞLANLI: – ARADA YAD EYLƏ MƏNİ.

13716187_866600963473044_6709336779849909518_n

 

ARADA YAD EYLƏ MƏNİ

Gözəlim,bir pay edib,
Sevindir şad eylə məni..
Eşqimi qəlbə salıb,
Sevginə ad eylə məni..

Yolum,haqqın yoludur,
Qəlbim eşqlə doludur..
Dilim şeirin balıdır,
Ağızda dad eylə məni..

Rahiməm,əhli halam,
Qıyma tək tənha qalam..
Su çilə qoyma solam,
Arada yad eylə məni..
Ağdam-29.05.2018

Müəllif: Rahim Ucoglanli

ZAUR USTAC VƏ TUNCAY MİRZƏ ƏLƏKBƏR SABİRİN EV MUZEYİNDƏ – ŞAMAXI.

13339441_840506426082498_2198320282828274833_n

RUHUN ŞAD OLSUN, USTAD… BU AY SƏNİN AYINDI…  “RAMAZAN” VƏ “QAZAN” SÖZLƏRİ İLƏ TANIMIŞIQ SİZİ… SONRA ANLADIQ Kİ, İLK BAXIŞDA SADƏ GÖRÜNƏN BU SÖZLƏRDƏ ÇOX GİZLİ MƏTLƏBLƏR VAR İMİŞ… BİLİRƏM Kİ, RUHUNUZ HEÇ CÜR ŞAD OLA BİLMİR, ANCAQ ÇALIŞIN HEÇ OLMASA SAKİTLİK TAPASIZ.. HƏRDƏN MƏN DƏ DÜŞÜNMƏK İSTƏYİRƏM VALLAH, biz  DÜZƏLƏN zzz DEYİLİK… ANCAQ, TEZ BU FİKİRDƏN DAŞINIRAM, ÇÜN … YARADAN YARDIMÇIMIZ OLSUN, USTAD… BİZƏ ELƏ BİR GÜLÜŞ BƏXŞ EDİB GETMİSİZ Kİ, TƏBƏSSÜM DODAQLARIMIZDAN ASILI QALIB.

Müəllif: Zaur Ustac

ADİL CƏFAKEŞ -DİLİ BU EŞQİN .

26838f2db0

DİLİ BU EŞQİN

Elə susdurubsan, həniri yoxdu,
Tamam lal olubdu dili bu eşqin.
Düşmür nə bir nota, nə bir pərdəyə, 
Bəmdən də bəm olub, zili bu eşqin.

Sanma ki, özgəyə, yadadır gözəl,
Ünvanı sən adlı adadır gözəl.
Duya bilmirəm ki, nə dadır gözəl,
Darçını bu eşqin, hili bu eşqin.

Sənin ürəyindir dəfn olunan yer,
Adiləm, er oldu bu qətl, çox er.
Namazın qılginən, fatihəsin ver,
Artıq tamam oldu ili bu eşqin.

Müəllif: Adil Cefakes

ƏBÜLFƏZ ÜLVİ – DEYİL – ŞEİR.

1361714729_t1cda74ab2-e1cb-41cc-a97e-b394aa3e5b95

DEYİL

Şairə Rahilə Dövranın 
“Sənə bənd oldum”şeirinə

Kimə bənd olduğun bəllidir, bacı,
Bu bir xoşbəxtlikdir, bu bir qəm deyil.
Qardaşım olduğu deyil sirr, bacı,
Bilirəm hansısa əqli kəm deyil.

Bu gün düşünmüşəm çoxdan da xeyli,
Sevda ola bilməz sizdən gileyli,
Biriniz Məcnunsuz, biriniz Leyli,
Amma heç biriniz gözü nəm deyil.

Bu eşq Rəbb tərəfdən dəstəklənibdi,
Sanki üstünüzə məst ələnibdir,
Taleniz sevincə bəstələnibdi,
Şükür, talenizə qəm həmdəm deyil.

Bəxtiyar olmaq var qismətinizdə,
Uyur bir-birinə ismətiniz də,
İnana bilmərəm xislətinizdə,
Kim desə sən Həvva, o Adəm deyil.

Qovdunuz yol üstdən toz, dumanları,
Kurs açın, öyrədin eşq umanları,
Ülvi ayıq başla deyir bunları,
Vallahi, billahi sərxoş, dəm deyil.
29.05.2018.

Müəllif:  Ebulfez Eliev

Bu gün dahi söz ustadı Mirzə Ələkbər Sabirin doğum günüdür.

13339441_840506426082498_2198320282828274833_n

BU FOTO ARTIQ TARIXDIR: 
Bu gün dahi söz ustadı Mirzə Ələkbər Sabirin doğum günüdür. Ad günün mübarək, ruhun şad olsun, Mirzə!!!! Siz sübut etdiz ki, Qələm bütün zamanların fövqündə dayanan and yeri, Söz isə ən qiymətli mirasdır….

YAZARLAR.AZ

Sadiq Qarayev – SAHİBSİZ KÖLGƏLƏR…

yagmur

 

Məni həmişə sahibsiz kölgələr düşündürüb. İlk baxışdan mücərrəd
görünən “sahibsiz kölgə” ifadəsinin bir çox müstəvilərdə mənasına
nəzər salaq. Bəşəriyyətin ümumi təkamülündə öz elmi, cəsarəti və ya
başqa fitri istedadı, zəhməti ilə mühüm rol oynamış dahi alimlər, sərkərdələr
və s. müxtəlif peşə sahibləri olub. Ancaq hansısa səbəblərdən onların
adlarına tarix sahib çıxa bilməyib. Bir millətin, vətənin, dövlətin
uğrunda canlarından keçmiş, böyük zəhmətlər çəkmiş insanların da bir
hissəsinin həyat və ölümləri bəzən kölgədə qalmış, milli yaddaş onları
xatırlaya bilməmişdir. Məsələn, Qarabağda müxtəlif döyüş vəziyyətlə-
rində elə qəhrəmanlıq göstərib şəhid olan qəhrəmanlarımız var ki, nəinki
cəmiyyətin, bəlkə də heç valideynlərinin də o barədə məlumatı yoxdur.
Əgər onun bütün silahdaşları özü kimi şəhid olubsa, bu qəhrəmanlıq
haqda kim danışacaqdı? Əsir düşüb, hər cür işgəncəyə rəğmən, vətəni,
dövləti satmayan, cəsur qəhrəmanlarımızdan necə xəbər tuta bilərdik?
Və yaxud fəaliyyətləri həmişə gizlin qalan, vətən, dövlət üçün canları-
nı vermiş xüsusi xidmət əməkdaşlarının həyatları, ölümləri bütünlüklə
cəmiyyətə açıqlana bilməzdi. Bu insanlar NAMƏLUM QƏHRƏMANLARDIR.
Onların həyat və ölümləri yaddaşlar və xatirələr tərəfindən sahibsiz
buraxılmışdır. Hər bir xalqın NAMƏLUM QƏHRƏMANI onun
mənəvi dayaq nöqtəsi, xatirələrinə qoyulmuş abidə isə qürur mənbələrindən
biri olmalıdır.
Digər müstəvidə – valideynləri olmayan və ya atılmış uşaqlar, atası,
həyat yoldaşı, övladları – heç kəsi olmayan insanlar da sevgi, nəvaziş, qay-
ğı, hər cür dayaq nöqtəsindən məhrum olmuş sahibsiz kölgələrdir. Onların
taleləri öz iradələrindən asılı olmayaraq, nakam olur. Ancaq insanın əsl
sahibi Allahdır. Vicdanı olmayan, mənəviyyatı pozulmuş, Allahın üz döndərdiyi
bəndələr də başqa müstəvidə sahibsiz – insanlığından ayrı düşmüş
kölgələrdir.
Demək, yaradılışın xilqətində olduğu kimi xeyir və şər, mələk və
şeytan mahiyyətli SAHİBSİZ KÖLGƏLƏR var. Hər bir insanın sahibi
Allahı, xalqı, dövləti, valideynləri və övladları, bir də mənəviyyatıdır.
Bunlardan biri tərəfindən tərk edilmiş insan, sahibini itirmiş kölgəyə…

Müəllif: Sadıq Qarayev

SƏNİ – Həqiqət Həqiqi.

13716187_866600963473044_6709336779849909518_n

SƏNİ

Nə gözəl bir tale,nə gözəl həyat,
Ömür vəfa etmir,nə edək heyhat.
Sevirəm əzizim,ol hər an rahat,
Tanrım qəlbimə yar,verəcək səni.

Sevgi hiss etdikcə könlüm olur,şən,
Son nəfəs alarkən göz önümdə,sən.
Məzar torpağında darıxanda mən,
Ruhum toxuyacaq,hörəcək səni.

Dünyanın hər yeri sevgi qoxuyur,
Ürək ritimləri nəğmə oxuyur,
Həqiqət qəlbinə səni toxuyur,
Ruhum tez tapacaq,görəcək səni.

25.05.2018.

Müəllif:Həqiqət Həqiqi

Zaur Əliyevin “İrəvan-100” kitabı çapdan çıxdı.

 

33750351_10155231556627691_5876795186952011776_n

 

28 may Azərbaycan Cümhuriyyətinin 100 ili və 29 may İrəvan şəhərinin böyük dövlətlərin təyziqi ilə ermənilərə güzəştə gedilməsinin 100 illiyinə həsr edilən, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “İrəvan-100” kitabı çapdan çıxdı. Kitab Azərbaycan, İran, Türkiyə, Rusiya, Gürcüstan, Britaniya arxiv sənədləri əsasında və bu istiqamətdə çap olunan tədqiqatlara əsaslanaraq hazırlanıb. Kitabda nadir fotolar və xəritələr də öz əksini tapıb. “Erməni psixalogiyası” və “Erməni xəstəliyi” bölmələri ilə kitaba giriş verilib. Müəllif bu mövzulara müraciət etməklə Azərbaycan xalqına düşmən kəsilən ermənilərin psixoloji və tibbi durumunu tədqiq edib. Bu hissənin hazırlanmasında xarici və yerli psixaloq və həkimlərlə müzakirlər edilib.
Kitabda “İrəvanın tarixi”, “Gülüstan müqaviləsi (1813)”, “Türkmənçay müqaviləsi (1828)”, “Batum konfransı və beynəlxalq münasibətlər”, “Cənubi Qafqazda böyük güclərin maraqları” və “İravanın güzəşti” başlığında mövzular öz əksini tapıb.
Məlumadur ki, Batum müqaviləsində İrəvanın güzəştə gedilməsi və ermənilərin hər hansı öhdəlik götürməsi ilə bağlı razılaşma əksini tapmayıb: İrəvan erməni Milli Şurası ilə Azərbaycan Milli Şurası arasında centlmen razılaşması əsasında verilib. 1918-ci ildə erməni cümhuriyyəti yaratmaq üçün paytaxt olmadığına görə Azərbaycan Milli Şurası İrəvanı güzəştə gedib. Bunun müqabilində erməni Milli Şurası Yelizavetpol quberniyasının dağlıq hissəsinə, indiki Dağlıq Qarabağa olan iddialarından imtina haqda öhdəlik götürüb. Batum müqaviləsində həmin razılaşmanı özündə ehtiva edən hər hansı bir maddə yoxdur. Kitabda bu məsələlərlə yanaşı Azərbaycan Cümhuriyyəti ilə Ermənistan arasında sonradan İrəvanın taleyi və hüququ statusu ilə bağlı danışıqlar və sənədlər öz əksini tapıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kİtabın redaktoru AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutun elmi işçisi Səbuhi Hüseynovdur. (Sabuhi Huseynov)

Mənbə: Zaur Aliyev

#İRƏVAN100