Eldar Ismayil Böyüktürk: – SƏNİN ŞƏHİDLİYİN QƏLƏBƏM OLDU.

31901177_1576871585775279_2586146885781684224_n

SƏNİN ŞƏHİDLİYİN QƏLƏBƏM OLDU

Bakı- Şamaxı yolunun üstündəki naməlum türk 
əsgərinin məzarı başında. Hər gün bu məzarı yüzlərlə Azərbaycan türkü böyük sayqı ilə ziyarət edir

Mənim dar günümdə Anadoludan
Sən köməyə gəldin Azərbaycana.
Qardaşın qardaşa arxa olması
Ağır zərbə oldu yağı düşmana.

Şirvan torpağına ayaq qoyanda
Təpildfin düşmana aslanlar kimi!
Nərən ildırıma, şimşəyə döndü,
Süzdün havadakı tərlanlar kimi.

Qanı su yerinə axıdan namərd
Öz qanı axanda tülküyə döndü!
Bakını işğala gələn cəlladın
Ümidi qırıldı, işığı söndü!

Sənin gəlişinlə dəyişdi ruzgar,
Yaşamaq eşqini döyüşdə buldun.
Sən canını qoydun qardaş yolunda,
Müqəddəs torpağın şəhidi oldun!

Naməlum qəhrəman, ey türk əsgəri,
Dedin Azərbaycan qoy azad olsun!
Sənin şəhidliyin qələbəm oldu,
Qəbrin nurla dolsun, ruhun şad olsun!

Dünən heyran qaldı bu yer- göy sənin
Bu xalqa, bu yurda məhəbbətinə…
Bu gün bir coşquyla, bir ehtiramla
Azərbaycan gəlir ziyarətinə!

12.09.2014.

Müəllif: Eldar Ismayil Böyüktürk

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma