Verin Suşamızı verin deyirdi – Vidadi Ağdamlı.

10405611_520858741380603_2832956189186008079_n — копия

 

Verin Suşamızı verin deyirdi

(Şuşanın işğalından 26 il ötdü)

Bu gecə dağları gəzdim röyada,
Pənahəli xanda girdi yuxuma.
Yaman tutulmuşdu səmada ayda,
İrahim Xəlil xan çıxdı qarşıma,
Verin Suşamızı verin deyirdi.

Vaqif kinli idi susmuşdu yaman,
Narahatdı Xurşudbanı Natavan,
Qasım bəy Zakirdə baxıb kənardan,
Söz tapa bilmədim deyim Xanıma,
Verin Suşamızı verin deyirdi.

Xarrat Qulu bizə tənə edirdi,
Həsənəli xan qeyrət getdi deyirdiu,
Nəcəf Bəy Vəzirov küskün gəzirdi,
Qaçaq Nəbi düz baxırdı gözümə,
Verin Suşamızı verin deyirdi.

Səməd Bəy Mehmandarov,at belində,
Bəhlul Behcət,durub cıdır düzündə,
Əhməd bəy Ağayev qılınc əlində,
Əbdurrəhimov bəy Haqverdiyəv mənə,
Verin Suşamızı verin deyirdi.

Sultan bəy Sultanov,Həmidə xanım,
Süleyman Sani Axundov,yazarım,
Zülfüqar Hacıbəyov,dağ torpağım,
Söz tapa bilmədim dediklərimə,
Verin Suşamızı verin deyirdi.

Üzeyil bəy yaman narahat idi,
Əhməd bəy dağılan yurdu gəzirdi,
Barat Şəkinski ağu deyirdi,
Səs verən yox idi mənim səsimə,
Verin Suşamızı verin deyirdi.

Xarıbülbül küskün-küskün baxırdı,
İsa bulaq gözündən qan axırdı,
Saxsı bulaq daş altından baxırdı.
Cavabsızdım orda olan şəhdimə,
Verin Suşamızı verin deyirdi.

Cıdır düzüm,Topxana,qədim Qala,
Olubdu dağlarda bir qanlı qala,
Oğul lazım torpağı geri ala,
Vidadi nə deyim mən ,Bülbülümə,
Verin Suşamızı verin deyirdi.

Bakı 08-05-2018

Müəllif: Vidadi Ağdamli Şair

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma