Qat məni gecələr yuxularına – Təranə MƏMMƏD.

32155810_572480423151413_7092800990813880320_n

 

Qat məni gecələr yuxularına

Əlvan boyaların al rəngi olum,
Süzülüm fırçadan rəsminə dolum,
Həzin röyalarda qonağın olum, 
Qat məni gecələr yuxularına.

Zülmət gecələrin Ayına dönüm,
Göydə ulduz olub hey yanıb sönüm,
Uçan pərvanətək başına dönüm,
Qat məni geçələr yuxularına.

Sədləri adlayıb yollar açaram,
Qaranlıq dünyana işıq saçaram,
Sübhə gözlərimi sənlə açaram,
Qat məni gecələr yuxularına.

Oda alışmışam, bir gün sönərəm,
Ayrılıb bədəndən ruha dönərəm,
Onda istəsən də bir də demərəm,
Qat məni gecələr yuxularına.

Müəllif: Terane Memmed

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma