Elburus QƏMGİN – Diş qıcayanlar.

26838f2db0

Diş qıcayanlar
(Sallama təcnis)
Yurdum tarımardır torpağım viran
Diş qıc ey zamanlar diş qıc ay anlar
Hiylə qarşısında vicdanlar yatıb
Diş qıc ey duyanlar diş qıc ayanlar

Kğnlüm tarımar
Yadın tarı mar
Zar-zar inildə
Etmə tarım ar

Nifrətim silahlan hayı qıracam
Kəsəcəm harayı hayı qıqacam
Bir qisas acıyam hayı qır acam
Dişin qırıldıqca diş qıca yanlar

A yağı dayan
Ay ağı dayan
Ey rusun əli
Ayağı dayan

Haqq tələb edir ki həqiqət dərim
Sifətim bircədir həqiqət dərim
Qəmgin duyulmasa həqiqətdərim
Haqlıdır haqsıza diş qıcayanlar

Yatma dur, oyan
Virandır o yan.
Daha itirmə
Saniyə oy… an

Müəllif: Elburus Qemgin

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma