Tofiq QƏBUL – SƏNİ SEVƏCƏYƏM ŞƏRQLİ SAYAĞI. 

10405611_520858741380603_2832956189186008079_n — копия

SƏNİ SEVƏCƏYƏM ŞƏRQLİ SAYAĞI. 
Mən diz çökməyəcəm qarşında sənin,
Səni sevəcəyəm şərqli sayağı.
Mən gül səpməyəcəm başına sənin,
Səni sevəcəyəm şərqli sayağı.

Yalan vədlər İlə aldatmayacam,
Özümü qarşında alçaltmayacam,
Sənə tərif deyib ucaltmayacam,
Səni sevəcəyəm şərqli sayağı.

Sevirəm sözünü gözüm deyəcək,
Ailə ocağını közüm deyəcək,
Bu xoşbəxt birliyi dözüm deyicək,
Səni sevəcəyəm şərqli sayağı.

Toyumuz keçəcək el şənliyi tək,
Nə lazım, səpilsin pul ətək-ətək,
Axı toy edirik məhəbbət dərək.
Səni sevəcəyəm şərqli sayağı.

Ananın, atanın yeri olacaq,
Nənənin, babanın yeri olacaq,
Bir də bu Vətənin yeri olacaq,
Səni sevəcəyəm şərqli sayağı.

Bu sevgi nə saxta röyalar kimi,
Bu sevgi nə saxta boyalar kimi,
Səni sevməyəcəm boyarlar kimi.
Səni sevəcəyəm şərqli sayağı.

Sevgi qəlbimizdə yaşıyacaqdır,
Sonra övladlara daşınacaqdır,
Ailə sevgisi başlıyacaqdır,
Səni sevəcəyəm şərqli sayağı

20.05.2018.

Müəllif: Tofiq Qəbul 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma